İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

“İş yerləri olmadığı üçün insanlar yenə də rayonlardan köçürlər, bu, ən ciddi problemlərdən biridir” - Vahid Əhmədov
Tarix: 12-04-2026, 07:23 | Çap et

İstiqlalçı millət vəkili, tanınmış iqtisadçı alim Vahid Əhmədov “AzPolitka”ya müsahibəsində İrana qarşı ABŞ-İsrail koalisiyasının apardığı 40 günlük müharibənin nəticələri, dünya və Azərbaycan iqtisadiyyatındakı yeni tendensiyalar, sosial-iqtisadi sahədə problemlər, onlardan çıxış yolları kimi mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Vahid müəllim, əvvəlcə regionda baş verən hadisələr barədə fikirləriniz maraqlı olardı. Aprelin 10-dan etibarən İran və ABŞ-İsrail koalisiyası arasında atəşkəs qüvvəyə minib, danışıqlar başlayıb. Bu atəşkəsi regionda sabitliyin başlanığıc mərhələsi saymaq olarmı? Ümumiyyətlə, vəziyyət hansı istiqamətə doğru gedir?

- ABŞ və İsrailin İrana qarşı bu müharibəsi dünya üçün çox ciddi böhrana gətirib çıxarır. Azərbaycanın maraqları konteksindən baxsaq, birincisi, İran bizim qonşumuzdur, müsəlman dövlətdir. Bizim yaxşı iqtisadi və siyasi əlaqələrimiz var. Belə irimiqyaslı müharibənin baş verməsi əlbəttə, bütün region üçün çox ciddi problemlər yaradır. Hətta Azərbaycanı da bu müharibəyə qoşmaq istədilər, müəyyən təzyiqlər etdilər. Eləcə də Türkiyəyə təzyiqlər etdilər və s. Yəni, bir çox dövlətləri bu müharibəyə qoşmağa çalışırdılar. Bunu üçüncü dünya müharibəsi adlandıranlar da var.

Mən 1992-ci ildə Baş nazirin müavini kimi İranda olmuşam. Əsas məqsədim İranın hərbi sənayesi ilə tanış olmaq idi. İran, ümumiyyətlə, hərbi sənaye baxımından güclü dövlətdir. Bildiyiniz kimi, neft ixracatçısıdır. Kifayət qədər – təxminən 140 milyon ton həcmində neft ixrac edir. Əldə etdiyi vəsaitlərin bir hissəsini də hərbi inkişafına, güclənməsinə yönəldir.

Azərbaycanla siyasi və iqtisadi münasibətləri normal səviyyədə olub. Bəzən müəyyən gərginliklər baş versə də, ümumilikdə münasibətlər pis deyil. Hətta yadımdadır, 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti Cəbrayılda olarkən İranla bağlı suala cavabında demişdi ki, İran bizim qonşu dövlətdir və münasibətlərimiz yaxşıdır. Amma İranın bizə münasibətində bəzən müəyyən problemləri olur. Bu nöqsanlar olmamalıdır, çünki o da, biz də müsəlman dövlətləriyik. Digər tərəfdən, əsas məsələlərdən biri də Azərbaycan–İsrail münasibətləridir...

- Çoxları hesab edir ki, İran məzh İsraillə strateji tərəfdaşlığımıza görə bizimlə münasibətləri korlayır...

- Bilirsiz, bu münasibətlər bu gün yaranmayıb, onun uzun illərə dayanan tarixi var və kifayət qədər möhkəmdir. Xüsusilə 44 günlük müharibə dövründə İsrail Azərbaycana ciddi dəstək verib. Mən bunu geniş açıqlamaq istəmirəm, amma müxtəlif sahələrdə bu dəstək olub. Azərbaycanda kifayət qədər yəhudi yaşayır. Hər bir dövlət xarici siyasətini qurarkən ilk növbədə öz milli maraqlarını nəzərə alır və çalışır ki, bu maraqları qorusun. O cümlədən qonşu dövlətlərlə münasibətlərdə də. Azərbaycan çalışır ki, bütün qonşularla – istər Rusiya, istər Ermənistan, istər İranla münasibətləri balanslı saxlasın və ciddi problemlər yaranmasın. Türkiyə isə tamamilə fərqlidir. Mən deyərdim ki, Türkiyə dünyada Azərbaycanın arxasında duran yeganə dövlətdir.

Gedişat göstərir ki, bu müharibə tez bir zamanda bitməyə bilər. Düzdür, 14 günlük atəşkəs elan edilib, amma bu müddətdə də müxtəlif bəyanatlar verilir. ABŞ deyir ki, biz qalib gəldik, İran da deyir, qalib bizik. Ümumiyyətlə, belə müharibələrdə qalib anlayışı çox nisbi olur. Əslində, ən çox zərər çəkən adi insanlardır. İranın infrastrukturu və digər sahələri ciddi zərbələr alıb və s.
- İranın hücumlara cavab reaksiyası nə qədər uğurlu oldu?
- Mən bayaq da dedim, İranın kifayət qədər güclü hərbi sənayesi var. Kifayət qədər hazırlıq görüblər və indi də bunu davam etdirirlər. Neft gəlirlərindən hər il bu sahəyə böyük vəsaitlər ayırırlar. İranda ən ciddi məsələlərdən biri, əlbəttə ki, demokratik hakimiyyətin formalaşmasıdır. Bu baxımdan, ölkədə müəyyən daxili gərginliklər var, onları yoluna qoymalıdırlar.

- Danışıqlardan nə gözləyirsiz?

-Mən bu müharibənin tez bir zamanda bitəcəyini gözləmirəm. Əgər İran ABŞ-nin qoyduğu “qırmızı xətləri”, məsələn, uranın zənginləşdirilməsi ilə bağlı tələbləri qəbul edərsə, o zaman vəziyyət dəyişə bilər. Orada başqa məsələlər də var. Deyirlər ki, təxminən 15 maddədən ibarət razılaşma ola bilər. Əgər tərəflər bunu müzakirə edib qəbul etsələr, müharibə dayana bilər. Əks halda, davam edəcək. Burada ABŞ–İsrail münasibətləri də çox vacib rol oynayır. ABŞ-də kifayət qədər yəhudi yaşayır və onların hökumətə həm iqtisadi, həm də siyasi təsir imkanları var. Bu münasibətlər strateji xarakter daşıyır.

İran da düşünməlidir ki, bundan sonra daha böyük dağıntıya yol vermək lazımdırmı? Bu qədər resurs xərcləmək nə dərəcədə doğrudur? Müharibələr adətən dövləti ən azı 10–15 il geri salır. Bu müharibə də İranı geri atacaq.

- Azərbaycanın bu böhrana yanaşmasını necə dəyərləndirirsiz?

- İran bizim qonşumuz, müsəlman dövlətdir. Nə olursa, olsun, biz İranın müharibə vəziyyətində olmasını istəmirik. Biz istəyirik ki, İran stabil inkişaf edən dövlət olsun. Orada yaşayan azərbaycanlılar üçün şərait yaradılsın – məktəblər olsun, mədəniyyət inkişaf etsin, müəyyən sahələrdə hüquqları bərpa edilsin və s. Bu məsələ həmişə gündəmdə olub və bu gün də gündəmdədir. Fikir verdinizsə, rəsmi səviyyədə bildirilib ki, biz soydaşlarımızı hər yerdə müdafiə edəcəyik. Çünki onlar azərbaycanlılardır. Necə ki, Azərbaycan dövləti dünya azərbaycanlılarını müdafiə edir, o cümlədən İran azərbaycanlılarını da müdafiə etməlidir. Çünki bu, bir millət məsələsidir.

- Vahid müəllim, müharibənin nəticəsi olaraq Hörmüz boğazı bağlandı və neft qiymətlərinin kəskin sıçrayışı dünya iqtisadiyyatını silkələdi. Bu istiqamətdə nələr gözlənilir?

- Təbii ki, müharibə nətiəsində yaranmış vəziyyət dünya iqtisadiyyatına ciddi təsir edir. Bir neçə gün əvvəl Azərbaycan nefti təxminən 140 dollara yaxınlaşmışdı. Atəşkəslə bağlı xəbərlər yayıldı və qiymət birdən birə təxminən 20 dollar aşağı düşdü. Bu gün isə qiymət 120 dollar civarındadır. Əlbəttə, neftin bahalaşıb-ucuzlaşması müharibə ilə bağlı müvəqqəti dalğalanmalardır. Qiymətin yüksək qalmasına razı olmayacaqlar, ona görə də artım müvəqqətidir. İnanmıram ki, ilin sonuna qədər neftin qiyməti 120 dollar səviyyəsində qalsın, qiymət tədricən aşağı düşəcək. Ona görə də mən hesab edirəm ki, Azərbaycanın dövlət büdcəsinə yenidən baxmağa ehtiyac yoxdur.

- Neftin qiymətinin artması büdcəyə əlavə vəsaitlərin daxil olmasına səbəb olur. Hazırda bu vəsaitlərin ölkə iqtisadiyyatına yatırılması ilə bağlı müzakirələr gedir. Sizcə, hansı istiqamətlər prioritetdir?

- Həmişə demişəm ki, Azərbaycanda vəsaitlərin yönəldilməsində ən ciddi məsələlərdən biri qeyri-neft sektorunun inkişafıdır. Bu, bizim üçün çox önəmlidir. Son vaxtlar müəyyən artımlar var. Strateji yol xəritəsində 2030-cu ilə qədər qeyri-neft sektorunun payını dövlət büdcəsində daha yüksək faizə çatdırmaq planlaşdırılır. Bu, çətin məsələdir. Artımlar var, amma baxanda görürük ki, istər sənaye, istər digər sahələrdə əsas fəaliyyət daha çox Bakıda cəmləşib. Bakıda imkanlar kifayət qədərdir, amma bütün inkişafı yalnız paytaxtda cəmləşdirmək olmaz. Bizdə urbanizasiya ilə bağlı düzgün proqram olmalıdır. Əhalinin kəndlərdən Bakıya axınının qarşısını almaq mümkün olmur.

- Niyə mümkün olmur?

- Çünki rayonlarda kifayət qədər sənaye müəssisələri, zavodlar açılmayıb. Yəni, qeyri-neft sektoru deyəndə ilk növbədə bu sahələrin inkişafına diqqət yetirmək lazımdır. Dövlət proqramları qəbul olunur, regionların inkişafı üçün böyük vəsaitlər ayrılır. Bir neçə dövlət proqramının icrasına 100 milyard manatdan çox vəsait xərclənib. Düzdür, infrastruktur layihələri həyata keçirilir – qaz, işıq xətləri çəkilir, yollar tikilir və s. Amma əsas məsələ iş yerləridir. Mən regionlarda sənaye sektorunda ciddi sayda iş yerlərinin yaradıldığını görməmişəm. Bütün sənayenin təxminən 85–90%-i Bakıda və Abşeronda yerləşir. Müəyyən hissəsi digər bölgələrdə olsa da, regionlarda iş yerləri məhduddur. İnsanların işləmək imkanları azdır. Sahibkarlığın inkişafı da yüksək səviyyədə deyil. Kənd təsərrüfatına baxsaq, son illərdə ixracda müəyyən artımlar var. Amma bu artımlar bizi tam qane edirmi? Məncə, yox. Kənd təsərrüfatı emalı müəssisələri rayonlarda aşağı səviyyədədir. Onları genişləndirmək lazımdır.

- İnkişafın əsas simullarından biri kiçik sahibkarlara istehsal etdikləri məhsulları xaricə çıxarmaq üçün dəstək verilməsidir. Amma bizdə əksinədir, bu dəstəyi əsasən böyük şirkətlər alır.

- Ümumiyyətlə, Sahibkarlığa Kömək Fondu yalnız sahibkarlarla işləməlidir. Kreditlərin faiz şərtlərinə baxmaq lazımdır. Rayonlarda iş yerləri yaradılmalıdır. Biz rayonlarda insanların məskunlaşmasını yüksək səviyyəyə çatdıra bilməsək, Bakını daha çox yükləsək, çox ciddi problemlərlə qarşılaşacağıq. Necə ki, indi də görürük, Bakıda sıxlıq artır. Köhnə evləri söküb yerində yeni binalar tikirlər. Bunlar da lazımdır, amma bu qədər yüklənmə özü böyük problemdir. Bakı özü dənizə yaxın şəhərdir. Son günlərdə baxıram, iki gün ərzində bir neçə dəfə dənizdə zəlzələ olub.

Mövzuya qayıtsaq, rayonlarda iş yerlərinin açılması bizim üçün ən prioritet məsələlərdən biri olmalıdır. Mən dəfələrlə demişəm, ölkədə dayanıqlı iş yerlərinin açılması ilə bağlı ciddi proqramlar hazırlanmalıdır. Emal müəssisələri yaradılmalıdır. Niyə biz kənd təsərrüfatı məhsullarını hazır məhsul şəklində deyil, xammal kimi ixrac edirik? Bu, düzgün deyil. Məsələn, pambıq istehsal edirik, amma Azərbaycanda tekstil və geyim istehsalı hansı vəziyyətdədir? Niyə biz özümüz istehsal etmirik? Əsasən xaricdən, xüsusilə Türkiyədən, Çindən idxal edirik və s. Digər tərəfdən, Azərbaycanda ət, toyuq və digər kənd təsərrüfatı məhsulları istehsal olunur. İxrac da var. Amma bu kifayət edirmi? Məncə, yox.

Hesab edirəm ki, regionlarda iqtisadi inkişaf kifayət qədər təmin olunmasa, emal müəssisələri və iş yerləri açılmasa, bu, ciddi problem yaradacaq. Əhali rayonlarda qalmaq istəmir. Mən görürəm ki, Şəki, Zaqatala, Balakən, İsmayıllı kimi bölgələrdə insanlar tədricən azalır, kəndlər boşalır. İnsanlar vaxtilə yaşadıqları yerləri tərk edib Bakıya gəlirlər. Baxmayaraq ki, yollar çəkilir, qaz, işıq və digər infrastruktur təmin olunur, amma iş yerləri olmadığı üçün insanlar yenə də rayonlardan köçürlər. Bu, ən ciddi problemlərdən biridir.

(Davamı var)











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru