İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

Keçmiş AXCP-çi deputat Vaşinqtondakı insidentə HÜQUQİ RƏY VERDİ - "İlham Əliyevin mühafizə xidməti..."
Tarix: 23-02-2026, 02:49 | Çap et

"Vaşinqtonda Prezident İlham Əliyevin mühafizəçilərinin hərəkətləri qanuni və əsaslıdır". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə sabiq millət vəkili, BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi Qulamhüseyn Əlibəyli çıxış edib.
Qeyd edək ki, bir zamanlar müxalif AXCP-nin rəhbərliyində təmsil olunan Qulamhüseyn Əlibəyli daha sonra fikrini belə əsaslandırır: "Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qaldığı otelinin yanında baş vermiş insidentlə əlaqədar sosial şəbəkələrdə yayılan bir neçə vedoeyazıya baxdıqdan sonra gəldiyim nəticə budur.
Videoyazıların bəzilərində əvvəlcə prezidentin təhlükəsizlik xidməti əməkdaşlarının (mühafizəçiləri şüar deyən və şəkil çəkən aksiyaçılara müdaxilə etmədən prezidentin keçəcəyi yolu və təhlükəsizlik məkanını nəzarət altında saxladığı, yalnız bir nəfərin qəflətən prezidentin keçəcəyi yola tərəf qaçması zamanı hərəkətə gəldiyi və həmin şəxsin təhlükəsizlik məkanına daxil olmasının qarşısını almaq üçün ona münasibətdə fiziki güc tətbiq etdiyi, ondan sonra isə şüar deyib şəkil çəkə-çəkə prezidentin keçəcəyi yola yaxınlaşmaq istəyən bir neçə aksiyaçını fiziki güç tətbiq etmədən təhlükəsiz məsafəyə uzaqlaşdırdığı görünür, bu zaman ədəbsiz ifadələr və söyüşlər açıq-aydın eşidilir.
Videyazıların digərlərində isə prezidentin keçəcəyi yolun yaxınlığında mühafizəçilər tərəfindən bir nəfərə fiziki güç tətbiq edilməsi və şüar deyib şəkil çəkə-şəkə girişə yaxınlaşmaq istəyən bir neçə aksiyaçının müəyyən məsafəyə qədər uzaqlaşdırılması göstərilir. Və dərhal sonra aksiyanın mərsədi barədə onun təşkilatçılarından birinin və barəsində fiziki güc tətbiq edimiş şəxsin açıqlamaları və digər şərhlər verilir. Bu videoyazıların montaj edildiyi adi gözlə də görünür.
Belə videoyazılar adətən “İlham Əliyevin mühafizəçiləri dinc aksiyanı zorakılıqla dağıtdılar”, “siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaçıları vəhşicəsinə döydülər”, “xarici ölkənin ərazisində qudurğanlıq etdilər” və s. bunlara oxşar ifadələrlə müşaiyət olunur. Xarici mediada da məhz yuxarıdakı həmin 2 epizoda aid fotoşəkillər tirajlanır.
Əlbəttə hər bir kəsin dinc aksiya keçirmək, müxtəlif şüarlar, o cümlədən prezidentin eşidə biləcəyi şəkildə şüarlar səsləndirmək, siyasi məhbus hesab etdiyi şəxslərə azadlıq istəmək hüququ var və bu heç kimdə şübhə doğurmur. Lakin insan hüquq və azadlıqları qeyri məhdud xarakter daşımır, başqasının (başqalarının) hüquqlar və azadlıqları ilə sərhədlənir. Yəni başqasının (başqalarının) hüquqları başladığı yerdə sənin hüquqların bitir. Buna görə də insan hüquq və azadlıqlarının həyata keçirilməsi normativ qaydada sərt və ya nisbətən mülayim şəkildə nizamlanır. Bu insan hüquqları nəzəriyyəsinin aksiomudur.
Hər bir insanın təhlükəsiz yaşamaq, mümkün təhlükələrdən qorunmaq hüququ da var. Prezident dövlət başçısı olduğu və dövləti təmsil etdiyi üçün hansı məkanda olmasından asılı olmayaraq xüsusi qaydada qorunur. Bu qayda təkcə İlham Əliyevə deyil, bütün prezidentlərə aiddir. Ona görə də prezidentin keçəcəyi yollarda, yaşadığı yerlərdə ciddi təhlükəsizlik tədbirləri görülür.
ABŞ prezidentləri Avraam Linkoln, Ceyms Qarfild, Uilyam MkKinli və Con Kennedi, İsveçin baş naziri Ulof Palme, Hindistanın baş naziri İndira Qandinin necə öldürülməsini xatırlatmaq olar.
Kütləvi tədbirlər və aksiyalar zamanı prezidentlərin təhlükəsizlik tədbirləri daha da güçləndirilir. Çünki bu cür tədbirlərdə (aksiyalarda) silahlı adamların, terrorçuların prezidentlərə yaxınlaşmaq və sui-qəsd imkanları çoxalır. Bu baxımdan prezidentin olduğu və keçəcəyi yerlərdə təhlükəsizlik məkanlarının (zolaqlarının) yaradılması və həmin məkana zorla daxil olmaq istəyən şəxslərə leqal fiziki güc tətbiq etməsi tamamilə təbii qarşılanmalıdır və qanunidir.
Vaşinqtindakı insidentlə əlaqədar montaja məruz qalmamış videoyazıdan açıq-aşkar görünür ki, Azərbaycan Prezidentinin mühafizəçiləri şüarlar səsləndirən və şəkillər çəkən aksiyaçılara heç bir müdaxilə etmədən və güc tətbiq etmədən onların təhlükəsizlik məkanına yaxınlaşmasına imkan vermirlər. Yalnız aksiyaçıların sırasında görünməyən bir şəxsin qəflətən qaçaraq təhlükəsizlik məkanına keçmək üçün cəhd göstərməsi (belə cəhdlər mühafizə olunan obyekt üçün müxtəlif təhdidlər törədə bilər) ona qarşı fiziki gücün tətbiqi üçün əsas olub və həmin şəxsin hərəkətinin qarşısı alındıqdan sonra sərbəst buraxılıb. Eyni zamanda şüar deyən və şəkil çəkən aksiyaçıların təhlükəsizlik məkanına yaxınlaşmağa cəhdlərinin qarşısı fiziki güc tətbiq edilmədən alınıb və onlar təhlükəsizlik məkanından uzaqlaşdırıldıqdan sonra mühafizəçilər xidmət etdikləri yerə geri qayıdaraq öz vəzifələrinin icrasını davam etdiriblər. Başqa sözlə, prezidentin mühafizəçiləri qorunması onlara həvalə edilmiş təhlükəsizlik məkanından kənara çıxmayaraq, həmin məkana zorla daxil olmaq istəyənləri oradan uzaqlaşdırıblar. Bu zaman təhlükəsizlik məkanına daxil olmaq istəsə də mühafizəçilərin gəldiyini görüb oradan uzaqlaşan aksiya iştirakçılarına toxunulmur və onlara fiziki güc tətbiq olunmur. Fiziki güc yalnız mühafizəçilərə müqavimət göstərən, nəyin bahasına olursa olsun, o cümlədən zorla prezidentin təhlükəsizlik məkanına daxil olmaq istəyən şəxslərə münasibətdə tətbiq olunur. Bu cür şəxslərə münasibətdə fiziki güç tətbiqi tamamilə qanuni və əsaslıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları öz xidməti səlahiyyətləri çərçivəsində peşəkarlıqla hərəkət ediblər.
Sözardı: 1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qarşı Münhen Təhlükəsizlik Konfransında, ardınca Vaşinqtonda edilən hərəkətlərin bir mərkəzdən idarə olunduğu açıq-aydın görünür. Vaşinqton insidentinə ilk dəstəyin amerika ermənilərinin təşkilatı olan ANKA-dan və Azərbaycana qarşı düşmən mövqeyində olan konqresmen Frenk Pallone-dən gəlməsi təsadüfi sayıla bilməz.
2. Bir qədər əvvəl məlumat getdi ki, silahlı şəxs prezident Donald Trampın Floridadakı Mar-a-Lago iqamətgahına daxil olmağa çalışarkən ABŞ Məxfi Xidmətinin (bu xidmət bəzi digər funksiyalarla yanaşı, ABŞ Prezidentinin, onun ailəsinin və prezident iqamətgahlarının mühafizəsini təmin edir) əməkdaşları tərəfindən güllələnərək öldürülüb..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru