Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                 

"Polisin hər hansı neqativ hərəkətini görəndə, onu tənqid etməməliyəm?" - QALMAQAL
Tarix: 31-01-2026, 07:06 | Çap et

Azərbaycan Yazıçılar Birliyi (AYB) qurumu tənqid edən bir qrup şair və yazıçı barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəyini açıqlayıb.

Birliyin yaydığı rəsmi bəyanatda AYB-yə qarşı məqsədli qarayaxma kampaniyasının aparıldığı iddia olunub.

“Azərbaycan Yazıçılar Birliyinə hücum kampaniyası davam edir, vaxtaşırı qızışdırılır, bəzi saytlarda və elektron resurslarda əsassız, heç bir real fakta söykənməyən informasiyalar tirajlanır və bütün bu baş verənlərin arxasında Azərbaycan ədəbiyyatının və dilinin, mənəviyyatının heysiyyətini qoruyan, yazıçı və şairlərimizin ən qocaman peşəkar ocağı olan təşkilatı hörmətdən salmaq kimi məkrli niyyət dayanır”, - məlumatda qeyd olunub.

"Cebheinfo.az" məsələ ilə bağlı adı hallananlardan biri, Aqşin Yeniseylə əlaqə saxlayıb.

Tanınmış şair bildirib ki, xəbəri ona dostları göndərib. O, adının orada olmasına həm təəccüblənib, həm də təəccüblənməyib:

“Təəccübləndim ona görə ki, Elza Seyidcahan ora üzv seçiləndə, mən Yazıçılar Birliyi haqqında nə tənqidi, nə də tərif mənasında bir kəlmə söz demişəm. Yazıçılar Birliyindəki istənilən hadisə ilə bağlı jurnalistlərin mənə ünvanladığı sualları da cavablandırmamışam ki, mən oranın üzvü deyiləm və heç vaxt da olmamışam.
Həmişə jurnalistlər oradakı proseslərlə bağlı mövqeyimi soruşublar. Mən də demişəm ki, həmin təşkilatın üzvü deyiləm, onların daxili işlərinə qarışmağım düzgün olmaz. Amma məsələ ümumi ədəbiyyat naminə, ədəbiyyatımızdakı problemlərlə bağlı olanda, təbii ki, öz tənqidi fikirlərimi səsləndirmişəm.

Burada qəribə bir məntiq var ki, deyirlər, üzvümüz deyilsə, niyə tənqid edib? Məsələn, mən polis işçisi deyiləm. Bu, o deməkdir ki, polisin hər hansı neqativ hərəkətini görəndə, onu tənqid etməməliyəm? Və ya Azərbaycanda yüzlərlə qurum var - "Azəriqaz", "Azərsu" və sair. Mən nə onların üzvüyəm, nə də işçisi. Bu təşkilatlarda ictimai qınağa səbəb olan problem görəndə, deməli, bir söz deməməliyəm?

Mənə elə gəlir ki, bu cür repressiv qərarlar və addımlar Yazıçılar Birliyinin tarixi ilə bağlıdır. Tarixən bu təşkilat özlərindən olmayan, özlərindən hesab etmədikləri yazıçı və şairlərə qarşı bu cür repressiv addımlar atıb. Bunun isə çox ağır nəticələri olub. Mikayıl Müşfiqi güllələyiblər, Hüseyn Cavidi sürgünə göndəriblər. İndi o şərait yoxdur deyə təşkilatın neqativ fəaliyyətini tənqid edən yazıçı və şairləri hüquq-mühafizə orqanları ilə təhdid edirlər”.

O, adının siyahıda birinci sırada yer almasının təsadüfi olmadığını qeyd edib:

“Yəqin istəyiblər ki, bu xəbər daha çox yayılsın, manşetə Aqşin Yeniseyin adını çıxardarlar. Ona görə adımı oraya salıblar. Çünki mən artıq 3-4 ildir Yazıçılar Birliyində baş verən hadisələrlə ümumiyyətlə, maraqlanmıram. Bu illər ərzində nə AYB ilə bağlı yazı yazmışam, nə də tənqidi fikir səsləndirmişəm. Mənim adımı ora niyə salıblar, onu başa düşmədim. Qoy bu üç il ərzində yazdıqlarımdan bir cümlə göstərsinlər ki, Yazıçılar Birliyi haqqında nəsə demişəm.

Əksinə, bu illər ərzində Yazıçılar Birliyinin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”ndə dəfələrlə yazılarım dərc olunub. Azər Turanla da görüşmüşük, özü deyib ki, bu mövzuda yazın varsa, göndər. Mən də göndərmişəm və yazı da dərc olunub. Ona görə də mənim adımı ora kim və hansı məqsədlə salıb, bu mənə də maraqlıdır”.

Aqşin Yenisey vurğulayıb ki, Yazıçılar Birliyinin yazıçı və şairlərə təqdim etdiyi bütün imtiyazlardan hələ 15 il əvvəl imtina edib:

“Mən indiyə qədər Yazıçılar Birliyi ilə nə ev davası etmişəm, nə də təqaüd davası. Ümumiyyətlə, Yazıçılar Birliyinin Azərbaycan yazıçı və şairlərinə verdiyi, göstərdiyi bütün imtiyazlardan imtina etmişəm. İndi yox, 15 il bundan əvvəl... Çünki düşünmüşəm ki, eybi yox, məhrumiyyətlərə dözərəm, amma ədəbiyyatın adını hansısa imtiyazlara qurban verməyim, güzəştə getməyim. Eybi yoxdur, kirayələrdə qalım, amma gedib yazıçı adını ev davası, təqaüd davası edən adam kimi hallanmayım. Yazıçı adını bir az daha uca tutum, onu maddi dünyanın maraqlarından uzaq saxlayım. Mənəvi bir hadisə kimi Azərbaycan insanının beynində yazıçı obrazı canlansın.

Mənim ilk kitabım 21 yaşımda çap olunub. İlk kitabımdan sonra mənə dəfələrlə rəhmətlik Arif Əmrahoğlu demişdi ki, səni Yazıçılar İttifaqına üzv edim. Amma getməmişəm. Orada baş verən prosesləri görürdüm, Görürdüm ki, yazıçı, şair adı cəmiyyətin gözündə getdikcə kiçilir, dünya malına bağlı bir obraz yaranır.
Ona görə də çəkilib kənarda dayanmışam. Ədəbiyyatın faydası naminə hər hansı bir tənqidi fikir səsləndirmişəm. O da 5-6 il bundan əvvəl olub. Məsələn, mən 7 il Türkiyədə yaşamışam. Həmin dövrdə ümumiyyətlə, Yazıçılar Birliyində hansı söhbətlərin getdiyindən, hansı məsələlərin müzakirə olunduğundan xəbərim olmayıb. Ankarada sadəcə öz ədəbiyyatımla məşğul idim”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru