“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                 

"2024-cü ildə dövlət büdcəsinin 30 faizindən çoxu idarəetməyə sərf olunub" - Partiya sədri
Tarix: 25-11-2025, 09:21 | Çap et

Azərbaycanda dövlət aparatının böyüməsi və idarəetmə mexanizminin səmərəliliyi son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Dövlət idarəçiliyinin yenilənməsi və müasirləşdirilməsi artıq dövrün obyektiv tələbidir. Ötən illərdə bu istiqamətdə xeyli işlər həyata keçirilib və optimallaşdırma nəticəsində həm dövlətin yükü azalıb, həm də lazımsız xərclərdən qənaət edilib.

Qlobal təcrübə göstərir ki, dövlət aparatının yığcamlaşdırılması, paralel funksiyaların optimallaşdırılması və strukturun sadələşdirilməsi idarəçiliyin daha çevik olmasına, qərarların daha operativ şəkildə icrasına şərait yaradır.

Modern.az geniş yazısında qeyd edir ki, dövlət qurumlarının fəaliyyət istiqamətlərinə yenidən baxılması, funksional yanaşmanın gücləndirilməsi və strukturun dövrün çağırışlarına uyğunlaşdırılması islahat gündəminin əsas mövzularından biridir. Təklif olunan islahatlardan biri Dövlət Gömrük Komitəsinin və Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinin tərkibində birləşdirilməsidir.

Sayt yazır ki, Fövqəladə Hallar Nazirliyinin strukturunun optimallaşdırılaraq icrayönümlü dövlət xidmətinə çevrilməsi ilə bağlı təkliflər də son illər müzakirələrdə tez-tez səslənir. Ekspertlər bildirirlər ki, qurumun əsas funksiyaları, yəni yanğınsöndürmə, axtarış-xilasetmə, fövqəladə halların idarə olunması daha çox operativ icra xarakteri daşıdığından, nazirlik statusunun saxlanması əlavə inzibati yük yaradır.

Səhiyyə Nazirliyinin, səhiyyə ilə bağlı digər dövlət qurumlarının sosial blok üzrə vahid idarəetmə mexanizminin formalaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi və yeni ad altında fəaliyyət göstərməsi ilə bağlı fikirlər də son dövrlər müzakirələrdə geniş yer tutur. Sosial müdafiə, səhiyyə xidmətləri və həssas qruplarla bağlı siyasətin eyni mərkəzdən idarə olunması daha sistemli yanaşma yarada, paralel icra mexanizmlərini azaltmaqla vətəndaş müraciətlərini sadələşdirə bilər.

Mədəniyyət, Gənclər və İdman nazirliklərinin bir çətir altında birləşdirilməsi həm büdcə xərclərini azalda, həm də idarəçilik funksiyalarını asanlaşdıra bilər. Energetika və İqtisadiyyat nazirliklərinin birləşdirilməsi iqtisadi siyasətin vahid strateji mərkəzdən idarə olunmasını təmin edə, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birləşdirilməsi isə torpaq, su ehtiyatları, meşə fondu, təbiətdən istifadə kimi sahələrdə daha balanslı idarəetmə yarada bilər.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin AZCON-nun tərkibində olmaması ciddi maraq doğuran məsələdir. Bu qurumun niyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində deyil, sualına cavab vermək asan deyil. Dövlət komitələri, agentliklərin perspektivdə gözlənilən islahatların hədəfində olması isə qaçılmaz görünür.

Bu təkliflər və çağırışlar reallaşa bilərmi?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a söylədi ki, texnologiyaların inkişafı və qlobal iqtisadi dəyişikliklər dövlət idarəçiliyini daha səmərəli, şəffaf və vətəndaşa yaxın etməyi tələb edir: “Azərbaycanda son illərdə bu istiqamətdə ciddi addımlar atılıb: rəqəmsal transformasiya, elektron hökumət sistemləri və struktur islahatları vasitəsilə bürokratiya azaldılır, resurslar optimallaşdırılır. 2024-2025-ci illərdə bir sıra qurumlar birləşdirilib və ya ləğv edilib, lakin prosesin davam etdirilməsinə ehtiyac var”.

Onun sözlərinə görə, Azərbaycanda dövlət idarəçiliyi son 20 ildə əhəmiyyətli dəyişikliklər keçib, lakin strukturun mürəkkəbliyi hələ də problem yaradır: “Belə ki, sosial olaraq, vətəndaşlar uzun və bezikdirici, eləcə də süni yaradılmış prosedurlardan şikayətlənirlər. İqtisadi olaraq, büdcə xərcləri, nazirliklərin maaş fondları və infrastrukturun saxlanması xərcləri dövlətin yükünü artırır. Nəzərə almaq lazımdır ki, 2024-cü ildə dövlət büdcəsinin 30 faizindən çoxu idarəetməyə sərf olunub. Aparılan struktur islahatları beynəlxalq təcrübəyə və tövsiyələrə uyğundur və regionlarda məşğulluğu artıracaq. Bunun üçün zahiri qərarlar əvəzinə elmi-metodoloji yanaşma lazımdır. Analiz və simulyasiyadan istifadə vacibdir, çünki səhv islahatlar effektivliyi azalda bilər”.

Partiya sədri düşünür ki, İqtisadiyyat Nazirliyi ilə Energetika Nazirliyinin birləşdirilməsi, habelə Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinə inteqrasiyası mümkündür: “Paralel iqtisadi siyasət və fiskal nəzarət funksiyalarının təkrarlanması bunu zəruri edir. İcbari Tibbi Sığorta və TƏBİB-in Səhiyyə Nazirliyinə, eləcə də Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birləşdirilməsi reallığı çoxdur. Hətta Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi ehtimalını da istisna etmək olmaz. Sosial xidmətlərin vahid idarə edilməsi və resursların optimallaşdırılması bütün bunları gündəliyə gətirir. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birləşdirilməsi çox yaxşı olardı. Bu zaman təbii resursların inteqrasiyalı idarə edilməsinə nail olmaq olar”.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı ekspert Natiq Cəfərli isə bir sıra təkliflərlə çıxış etdi: “Ölkədə indi ciddi qənaət rejiminə keçməyə ehtiyac var. Hökumətin effektivliyi artırılmalıdır. Çünki Azərbaycanın makroiqtisadi göstəriciləri yaxşı deyil. İnsanların gəlirləri sürətlə azalır. Bir çox sahələrdə qonşu ölkələrdən geri qalırıq. Onun üçün kiçik və effektiv hökumət modelinə keçid çox önəmlidir. Bu model həm də məsuliyyətin və səlahiyyətin doğru-düzgün bölünməsinə xidmət edəcək. Bu gün şəhərsalmaya, nəqliyyata, səhiyyəyə, tikintiyə və.s istiqamətlərə bir neçə dövlət qurumu nəzarət edir. Nəticədə məsuliyyəti də problem yaşanarkən bir-birilərinin üzərlərinə atmağa çalışırlar. Kiçik və effektiv hökumət modelində səlahiyyət və məsuliyyət bölgüsü əsasən dəqiq olmalıdır. Bundan başqa da qanunverici baza yenilənməlidir”.

Onun fikrincə, nazirliklərin və dövlət qurumlarının birləşdirilməsi çox vacibdir: “Amma bunun qanunverici bazası da yaradılmalıdır. Yəni Vergi, Gömrük məcəlləsi bu işlə paralel aparılmalıdır. Bundan başqa, təbii ki, ixtisarlar olacaq. Minlərlə insan ixtisar olacaqsa, bunların işlə təminatı üçün kiçik və orta sahibkarlığın artırılması, genişləndirilməsi, onların fürsətlərinin artırılması yolları tapılmalıdır. Yəni insanlar işsiz qalacaqlarsa, ciddi problemlər yaranacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru