“Pakistan Avrasiya İqtisadi Birliyinı (AİB) qoşulmaq niyyətindədir, artıq bu məsələ ilə bağlı hazırlıq işləri aparır”.
Teleqraf xəbər verir ki, bunu TASS-a Pakistan ticarət nazirinin müavini Nasir Həmid deyib.
“Hazırda AİB ilə danışıqlar aparmırıq. Amma hazırlıq işləri görürük və özümüz üçün imkanları araşdırırıq”, - o bildirib.
N.Həmid bu kontekstdə vurğulayıb ki, Pakistan tərəfi bu yaxınlarda Ermənistanla diplomatik əlaqə qurub:
“Ona görə də bu məsələni hələ də müzakirə edirik. Qərar qəbul olunan kimi AİB-ə inteqrasiyaya hazır olacağıq”.