Avropa İttifaqı Rusiyanın maliyyə mesajlaşma sistemi SPFS-dən istifadə edən xarici banklara qarşı sanksiya tətbiq etməyi planlaşdırır.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Fransa və Almaniya 19-cu sanksiyalar paketində bu addımı təklif edirlər.
SPFS 2014-cü ildə yaradılıb və Rusiya daxilində və xaricdə maliyyə əməliyyatlarını təmin edir. 2024-cü ilin iyunundan Aİ Avropa banklarının sistemə qoşulmasını qadağan edib.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin əvvəlinə 24 ölkədən 177 qeyri-rezident SPFS-ə qoşulub, ötürülən mesajlar 23% artıb.
Rusiya sanksiyalara qarşı hazırlaşır və əlavə “SWIFT analoqu”nun yaradılmasına göstəriş verib. Aİ-nin 19-cu paketinin yaxın günlərdə təqdim olunması gözlənilir və bu, SPFS-ə əlavə altı bank və neft ticarətini də əhatə edəcək.