Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                     Paşinyan “ev tapşırığı”nın icrasına başladı .....                     Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... .....                     Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar .....                     Tramp-Putin görüşü nəyi sübut etdi? .....                     Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu .....                     Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? .....                     İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR .....                     Korrupsioner direktoru nazir HİMAYƏ EDİR .....                 

“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Tarix: Bu gün, 09:02 | Çap et

“Brüssel və ABŞ istisna olmaqla, hamı Cənubi Qafqazda sabitlik istəyir”. “Yeni Müsavat”ın xəbərinə görə, belə bir iddianı amerikalı iqtisadçı və dövlət siyasəti üzrə analitik Cefri Saks irəli sürüb. Saksın fikrincə, Cənubi Qafqaz üçün strategiya şimalı, cənubu və şərqi qərblə birləşdirən sabit, təhlükəsiz və dinc dəhliz olmaqdır. Sənayenin, qabaqcıl texnologiyanın, kənd təsərrüfatının, turizmin və istehsalın bütün növlərini inkişaf etdirmək üçün əla yerə çevrilməkdir.

“Gələcək budur. Sual isə ona necə gedib çatmaqla bağlıdır. Və bu yol NATO-dan keçmir. Cənubi Qafqazda hər kəsə aydın olmalıdır ki, bölgənin heç bir ölkəsi heç vaxt NATO-ya üzv olmayacaq. Çünki buna qədər orada müharibə olacaq. Rusiya buna heç vaxt icazə verməyəcək”, - amerikalı ekspert qeyd edib.

Onun qənaətincə, “ABŞ təxribat yaratmasa, Rusiya Cənubi Qafqazı işğal etmək fikrində deyil”. Niyə?

“Çünki regionda çoxlu mühüm regional güclər var. Türkiyə və İran Rusiyanın işğalını istəmir. Rusiya istərdi ki, Cənubi Qafqaz bu güclər arasında bir növ təhlükəsizlik zonasına çevrilsin. Çin də yeri gəlmişkən, Cənubi Qafqazda sabitlikdə çox maraqlıdır, çünki o, Şərq-Qərb kommunikasiyası üçün əsas dəhlizdir və hamının başa düşdüyü kimi, bu, Çinin əsas məqsədidir. Brüssel və ABŞ istisna olmaqla, hamı Cənubi Qafqazda sabitlik istəyir”, - Saks əlavə edib.

Belə çıxır, bütün layihələr Rusiya ilə razılaşdırılmalıdır ki, bölgədə sabitlik olsun? Kremlin regiona təsir imkanlarının perspektivi necə görünür?

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli amerikalı analitikin fikirlərini bölüşmür. Onun fikrincə, Cənubi Qafqaz ölkələri Rusiyanın koloniyası deyil və hər bir dövlətin strateji seçim etmək hüququ var. Partiya mənsubunun sözlərinə görə, ABŞ şirkətinin Zəngəzur dəhlizinə nəzarət etməsi bölgədə sabitliyə daha çox xidmət edə bilər, çünki iqtisadi divident marağı olan tərəf heç zaman stabilliyin pozulmasını istəməz:

“Rusiya bu yola nəzarət etsəydi, tez-tez insidentlər, təxribatlar baş verəcəkdi. Bu da Rusiyanın Azərbaycanla Ermənistan arasında problemi saxlamaq niyyətindən irəli gəlir. Əgər Bakı və İrəvan sülh razılaşması üçün uzaq Birləşmiş Ştatları seçirsə, deməli, yaxında olan Moskva səbəbi özündə axtarmalıdır. Ümumiyyətlə, Rusiya düşünməlidir ki, postsovet respublikaları niyə ondan qaçır? Moldova, Gürcüstan, Ukrayna, MoldovaEAzərbaycan da ondan xeyli uzaqlaşıb. Çünki xalqlara və dövlətlərə yaxşı təkliflərlə yaxınlaşmır.

Ona görə də Rusiya bölgədə dayanıqlı təhlükəsizliyin qarantiyası ola bilməz. İran da dəhlizin açılmasına qarşıdır və bu günlərdə Vilayəti Ermənistanı xəbərdar edib. Deməli, regionun iki ölkəsi Cənubi Qafqazda əbədi sülhdə istəkli deyil. Amma Çinin bizim regionun inkişafında maraqlı olduğunu söyləyə bilərəm".

O ki qaldı NATO üzvlüyünə, S.Əsədli hesab edir ki, heç bir Qafqaz dövləti belə niyyət ortaya qoymayıb: “Azərbaycan bloklara qoşulmamaq siyasəti yürüdür, amma alyansla da əməkdaşlıq edir. Ermənistan və Gürcüstan da əməkdaşlığı davam etdirir, lakin NATO-ya üzvlük real deyil. Rusiya bundan arxayın ola bilər. Amerikalı təhlilçi ola bilsin ki, Ukraynanın NATO-ya üzvlük istəyinin onun üçün hansı nəticələrə gətirib çıxardığını demək istəyib. Yəni Qafqaz ölkələri də alyansa qoşulmaqda həvəsli olmasalar, bölgə dinc həyat sürər, Rusiya qəzəblənməz”.

VHP sədrinin müavini bildirib ki, intəhası, Rusiya Qərblə “soyuq müharibəsi”nə görə qonşularını cəzalandırmaq siyasəti yürütməklə heç zaman bu ölkələri və xalqları qazana bilməyəcək: “Ona görə də doktrinasına dəyişiklik etməlidir. Hərbi təcavüzlə ölkələri Avrointeqrasiya və NATO-ya qoşulmaq yolundan çəkindirmək mümkün deyil. Nəticə bəllidir - Rusiya Ukraynanı itirdi. Odur ki, Moskva özü ətrafına qarşı yaxşı olmalıdır, onu təhdid etməməlidir, təzyiq altında saxlamamalıdır. Bu halda, regiona kənar qüvvələr gəlməz, ABŞ və Avropa Birliyi postsovet respublikaları üçün cəlbedici olmaz. Deməli, yaxın qonşu pisdir ki, uzaq Qərbi seçirlər”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Bu gün, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Bu gün, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Bu gün, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Bu gün, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Bu gün, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Bu gün, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Bu gün, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Bu gün, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Bu gün, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Bu gün, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Bu gün, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Bu gün, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Bu gün, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Bu gün, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Bu gün, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Bu gün, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Bu gün, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Bu gün, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Bu gün, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Bu gün, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Bu gün, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Bu gün, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Bu gün, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Bu gün, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Bu gün, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Bu gün, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Bu gün, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Bu gün, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Bu gün, 06:23
Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Bu gün, 06:20
Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53
Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07
Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib - BUNDAN SONRA...
Dünən, 18:00
ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir - Sabiq səfirlərdən çağırış
Dünən, 17:57
Lerikin 35 kəndinə cəmi bir həkim var - Həkimlər bölgələrə niyə getmir?
Dünən, 17:54
Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq – Razılaşma
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru