Şahbuz Rayon İcra Hakimiyyəti kommunal təyinatlı texnikaların satın alınması ilə bağlı yeni alqı-satqı işlərinə başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, icra hakimiyyəti bununla bağlı “Prolink Caspian” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilədə hərəsindən bir ədəd olmaqla avtokran səbət, ekskovator yükləyici, tullantı maşını, qar kürəyən maşın (duzsəpən qurğu ilə), mini yükləyici tırtıllı texnika sifariş edilib.
Müqaviləyə əsasən, alqı-satqı yarım milyon manata başa gəlib.
Qeyd edək ki, “Prolink Caspian” şirkəti 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Dəmirov Vüqar Balakişi oğludur. O həm də “City Finance” bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərindən biri olub və səhmlərin 25%-nə sahiblik edib.