Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək .....                     İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? .....                     Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı .....                     Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib .....                     “Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib .....                     Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... .....                     AQTA sahibkardan qeyri-qanuni pul tələb edir .....                     Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... .....                     Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı .....                     Üç ölkə Türkiyəyə qarşı birləşib .....                     Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... .....                     Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır .....                     ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır .....                     Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır .....                     “Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” .....                     İrəvanda narahatlıq başladı: .....                     Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi .....                     Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək .....                     Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru .....                     Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi .....                     İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı .....                     Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… .....                     Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: .....                     Sülh sazişi nə vaxt imzalanacaq? .....                     İcra hakimiyyəti bu şirkətlə yarım milyonluq alqı-satqı müqaviləsi bağladı .....                     Bakıda tailandlı iş qadını 50 min manatla masaj şirkəti qurdu .....                     ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” .....                     "Belə dələduzluq olmaz..." .....                     Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. .....                     Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... .....                     Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... .....                     Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… .....                     Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası .....                     Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü .....                     Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır .....                     "Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" .....                     AHİK qiymətlərlə "oynayır"? .....                     Astara rəsmən ÖZBAŞINA QALIB .....                     Araz Paşayev kimin maraqlarını güdür? .....                     Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? .....                 

Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası - BAŞI QAÇIB...
Tarix: Bu gün, 08:28 | Çap et

Fransanın Azərbaycandakı səfiri Ann Buayonun yaxın müddətdə səlahiyyət müddəti başa çatacaq. Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, səfirin Azərbaycanı tərk edəcəyi tarix hələlik müəyyən edilməyib. “Onun yerinə təklif edilən şəxsin kimliyi ilə əlaqədar məlumat Azərbaycan hökumətinə təqdim olunub”. Ann Buayon 2023-cü il yanvarın 26-da etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmişdi.

Yada salaq ki, Fransa səfirinin Şuşaya getməsi separatçıların həşir qoparmasına səbəb olub. Hətta ləğv edilmiş qondarma “artsax”ın Fransadakı “daimi nümayəndəsi” Hovannis Gevorgyan prezident Emmanuel Makrona qəzəbli məktub göndərib.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon iyun ayında Qarabağda olub. Fransa səfiri yeganə diplomat idi ki, azad olunmuş ərazilərə səfər etmirdi. O vaxtı belə bir məlumat vardı ki, Ann Buayon Qarabağa diplomatik korpusun səfərinə çağırılmayıbmış. Fransa səfiri Ann Buayon çağırılmasa da, səfərə öz təşəbbüsü ilə qoşulubmuş. Xanım səfirin Şuşada verdiyi açıqlamalar da maraqla qarşılanmışdı. Onun “Şuşa Azərbaycan mədəniyyətini başa düşməyə, anlamağa imkan verən bir şəhərdir”, sözləri Qarabağın tarixi Azərbaycan torpaqları olmasının növbəti təsdiqi kimi qəbul edilmişdi.

Səfirin “səlahiyyət müddətinin başa çatması səbəbi ilə” geri çağırılması Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi ilə eyni vaxta təsadüf edir. Qətnamə layihəsində rəsmi Paris və Avropa İttifaqı Azərbaycan üzərinə təzyiqi artırmağa çağırış edilir. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir.

Qətnamə layihəsində qeyd olunur ki, Fransa - Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi - regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanır. Qətnamə layihəsində Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin (əslində terrorçuların - red.) dərhal azad olunması tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir. Sənəddə Azərbaycan dövləti ilə bağlı əsassız iftira da irəli sürülüb.

Onu da demək yerinə düşər ki, Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda sərgilədiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurub. Azərbaycanın bu prosesdə prinsipial və ədalətli mövqe tutması, müstəmləkəçilikdən uzaq olmayan Fransa rəhbərliyini qıcıqlandıran əsas faktorlardan biridir.

Qətnamənin məzmununa gəldikdə isə onun beynəlxalq hüququn fundamental prinsiplərinə tamamilə zidd olduğu tamamilə aydındır. Burada Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq kimi əsas beynəlxalq hüquq prinsipləri kobud şəkildə pozulur. Üstəlik, illərlə Azərbaycan ərazisində separatçı fəaliyyətlərlə məşğul olmuş, qanunsuz qurumları dəstəkləmiş dairələr bu dəfə də eyni tezislərlə çıxış edirlər.

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Fransa Azərbaycana qarşı siyasi oyunlarını yenə də davam etdirir və bu prosesdə ermənilər həmişəki kimi iştirak edirlər: “Ermənilərin başına nə zaman ağıl gələcəyi məlum deyil. Onlar başa düşmürlər ki, fransız səfirin azad edilən ərazilərə, Şuşaya səfəri ermənilər üçün nəyisə dəyişmir. Ermənilər ümid edirlər ki, fransız səfir bəlkə Azərbaycan əleyhinə danışa, bu da absurd gözləntidir. Sadəcə, Makron Fransası da siyasətini dəyişmək istəmir. Axı səfirin Qarabağa gedib-getməməsi ermənilər üçün hansı əhəmiyyət kəsb edir? Bu, mənasız məsələdir. Sadəcə, Fransa gülünc vəziyyətə düşməmək üçün səfirini Şuşaya göndərdi. Çünki Azərbaycanın mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir. Bu gün hamı bizimlə hesablaşır, əgər təkcə Fransa səfiri getməsəydi, ölkəsi qərəzli görünəcəkdi. Ona görə də səfir Şuşaya getdi. Amma ermənilərin buna reaksiyası yersizdir”.

Partiya sədri vurğuladı ki, Fransa parlamentinin ermənilərin istəyi ilə qətnamə qəbul etməsi isə yalnız onları ovuda bilər: “Bu kağız parçasının başqa heç bir təsiri yoxdur. Eləcə də Fransanın Azərbaycana yeni səfir təyin etməsində onun kimliyi də ermənilər üçün ciddi əhəmiyyət kəsb etməməlidir. Bəlkə də ermənilərin istəyinə uyğun namizəd axtarırlar, amma Azərbaycana kimin səfir gəlməsinin fərqi yoxdur, istənilən halda aqreman veriləcək. Bütün hallarda Fransa başa düşməlidir ki, Azərbaycanla normal münasibətlər qurmalıdır”.

A.Nağı qeyd etdi ki, Fransa Azərbaycanla Ermənistanın sülh danışıqlarını izləməli, bu prizmadan yanaşaraq mövqeyində dəyişiklik etməlidir: “Yelisey sarayı ən azından görməlidir ki, ikitərəfli qaydada sülh danışıqları aparılır. Artıq ABŞ-da belə bir görüş hazırlığı haqda informasiyalar verilir. Fransa qəbul etməlidir ki, qərəzli bəyanatlarla prosesə zərər vurur. Əgər sevdiyi Ermənistanı müdafiə etmək istəyirsə, onda böhtan dolu qətnamələrə son qoymalıdır, erməni lobbisinin hərəkətlərinə uymamalıdır. Həmçinin göndəriləcək yeni səfir münasibətlərin inkişafına təkan verməlidir. Azərbaycanın Fransa ilə problemi yoxdur, amma qarşı tərəf hər zaman düşmənçilik edib. İndi Paris üçün ritorikanı dəyişmək vaxtıdır”.

Xatırladaq ki, Fransa ötən ilin aprelində Azərbaycandakı səfirini geri çağırıb. Paris bunun “Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi” ilə bağlı olduğunu iddia etmişdi.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək - Zaur Mikayılova sual olunur
Bu gün, 11:09
İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:01
Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı XƏBƏR YAYDI
Bu gün, 10:58
Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 10:56
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib - DİQQƏT!
Bu gün, 10:51
Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... - Vətəndaş KİMİN UMRUNDADIR Kİ?
Bu gün, 10:49
AQTA sahibkardan qeyri-qanuni pul tələb edir - ÖZBAŞINALIQ!
Bu gün, 10:43
Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:41
Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Üç ölkə Türkiyəyə qarşı birləşib - NƏ BAŞ VERİR?
Bu gün, 10:30
Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:24
Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır - FAKT BUDUR...
Bu gün, 10:16
ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır - KİV
Bu gün, 10:14
Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır
Bu gün, 10:10
“Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” – Yazıçıdan sərt sözlər
Bu gün, 10:08
İrəvanda narahatlıq başladı: - “Yol kəsişməsi” Ermənistan deyil, Naxçıvan olacaq
Bu gün, 10:05
Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - Foto
Bu gün, 10:00
Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək - The Washington Post
Bu gün, 09:57
Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru özü haqqındakı əmrlə razılaşmaq istəmir
Bu gün, 09:53
Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi - ƏMR
Bu gün, 09:51
İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı QƏRAR
Bu gün, 09:43
Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… – Xaçikyandan ŞOK
Bu gün, 09:37
Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: - İmzalayacağıq
Bu gün, 09:35
Sülh sazişi nə vaxt imzalanacaq? - AÇIQLAMA
Bu gün, 09:33
İcra hakimiyyəti bu şirkətlə yarım milyonluq alqı-satqı müqaviləsi bağladı
Bu gün, 09:30
Bakıda tailandlı iş qadını 50 min manatla masaj şirkəti qurdu
Bu gün, 09:27
ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” OVULMALIDIR!
Bu gün, 09:06
"Belə dələduzluq olmaz..." - NARAZILIQ VAR...
Bu gün, 09:02
Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... - NƏ ETMƏLİ?
Bu gün, 08:40
Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:38
Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… - İTTİHAM VAR...
Bu gün, 08:33
Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası - BAŞI QAÇIB...
Bu gün, 08:28
Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü
Bu gün, 08:26
Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır - GİLEY
Bu gün, 07:30
"Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" - FAKT BUDUR!
Bu gün, 06:58
AHİK qiymətlərlə "oynayır"? - CBC kanalının sabiq əməkdaşı şikayətlənir
Bu gün, 06:56
Astara rəsmən ÖZBAŞINA QALIB - “Deyir ki, icra nümayəndəsiyəm, nə istəyirəm, eləyirəm...”
Bu gün, 06:52
Araz Paşayev kimin maraqlarını güdür? - Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir
Bu gün, 06:47
Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? - İNCƏLƏMƏ
Bu gün, 06:42
"Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" - ŞƏRH
Bu gün, 06:40
Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır - elə bilir ki, Gəncə də ən böyük kənddir...
Bu gün, 06:35
"Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
İranın Turan QORXUSU - Görünəni odur ki...
Bu gün, 06:23
Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü - ADLAR
Bu gün, 06:19
Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi
Bu gün, 00:24
İran, Rusiya, Ermənistan üçbucağı çat verib - FAKT BUDUR!
Bu gün, 00:22
"Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" - ÇAĞIRIŞ
Bu gün, 00:18
Putin Trampa bu “güzəşt”i təklif edəcək – Moskvanın hiyləgər planı açıqlandı
Bu gün, 00:16
ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq - “Financial Times”
Bu gün, 00:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru