Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                 

“Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” - Görünəni odur ki...
Tarix: 24-06-2025, 06:36 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri İrəvandan Ankaraya ilk rəsmi səfər sayılır. Paşinyan rəsmi görüşlərdən öncə bu səfərin iki ölkə arasında münasibətlərə yeni təkan verəcəyini bildirib. Türkiyə ilə münasibətlərə sıfırdan başladığını söyləyib. Türkiyə 1993-cü ildə Qarabağın işğalından sonra Ermənistanla diplomatik əlaqələri kəsmişdi. Sadəcə, 2009-cu ildə sabiq Prezident Serj Sarkisyan "futbol diplomatiyası" çərçivəsində Bursaya getmiş, ovaxtkı Prezident Abdulla Güllə birlikdə oyunu izləmişdilər. Ondan əvvəl, 2008-ci ildə isə Abdullah Gül İrəvana, Türkiyə və Ermənistan komandaları arasında oyuna tamaşa etmişdi. Ancaq zaman, məkan və şərait baxımından indiki təmaslar tamamilə fərqli sayılır. Ekspertlərin fikrincə, Nikol Paşinyanın Türkiyəyə səfəri qonşulara qarşı əsassız iddialarından, utopik xəyallardan əl çəkməyin vacib olduğunu başa düşmüş bir hökumət başçısının türk dövlətinə ziyarəti də sayıla bilər. Təbii ki, Ermənistan tərəfi bu qənaəti təsdiqləyəcək əməli addımlar da atmalıdır. İstənilən halda görünür ki, Ermənistan kimi qeyri-müəyyən vəziyyətdə qalan bir dövlət Türkiyəyə üstünlük verməklə mövqeyini qətiləşdirməyə başlayıb.
 
Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Sherg.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərində daxili məsələlər faktoru danılmazdır. Ekspertin sözlərinə görə, Paşinyan bu səfərlə həm də daxildə olan gərginlikləri müəyyən qədər azaltmaq məqsədi güdür:
"Baş nazir Türkiyə ilə yaxınlaşmaq və bunun fonunda Rusiyanın qarşısında davam gətirmək niyyətindədir. Ancaq əsas xarici faktorlardır və mən diqqəti ona yönəltmək istəyirəm. Əgər ABŞ, Avropa İttifaqı, yaxud Ermənistanın arxasında dayanan Hindistan və digər ölkələr əvvəlki kimi fəal olsaydılar, İrəvana lazımi səviyyədə dəstək versəydilər, yəqin ki, Paşinyanın Türkiyəyə səfərinə ehtiyac qalmazdı. Ermənistanın müttəfiqləri İrəvana təhlükəsizlik təminatını verməklə, onu Rusiyadan qoruya bilərdilər. İndiki məqamda Paşinyanın Türkiyəyə səfərini "suda boğulanın saman çöpündən yapışması" kimi görmək olar. Çünki Ermənistana göstərilən dəstək, maliyyə yardımı demək olar ki, sıfıra enib. Baxmayaraq ki, Ermənistan Gorusda Fransanın fəxri konsulluğunu açdı, amma bu jestin müqabilində heç nə görmədi. Nə Fransandan, nə də Avropa İttifaqının digər ölkələrindən Ermənistana yetərli siyasi-iqtisadi dəstək verilir. Bu o deməkdir ki, həm ABŞ, həm də Avropa İttifaqı daha ciddi məsələlərlə məşğuldurlar. Ermənistan həmin güclərin xarici siyasətində çox kiçik bir məsələdir. Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropada vəziyyət yaxşı deyil. ABŞ prezidenti də savaşı bitirməklə bağlı vədlərini yerinə yetirə bilmir. Eyni zamanda ABŞ ilə Avropa İttifaqı arasında da müəyyən narazılıqlar var. Bu da bilavasitə Ermənistana müəyyən dərəcədə təsir göstərir".
 
Siyasi şərhçinin fikrincə, Paşinyanı narahat edən digər məsələ də Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri ilə bağlıdır:
"Paşinyanın taleyi həmin seçkilərdə həll olunacaq. Ona görə Paşinyan Türkiyə və Azərbaycan kartından da istifadə etməyə çalışır. Çünki Azərbaycanla münasibətlərin yaxşılaşdırılması, o cümlədən sülh sazişinin imzalanması Paşinyanın imicinə müsbət təsir göstərə bilərdi. Nəzərə alaq ki, belə səfər heç zaman birdən-birə reallaşmır. Paşinyan Türkiyədən nəsə almasaydı, alacağına inanmasaydı, Ankaraya yollanmazdı. Paşinyanın nəticəsiz bir səfərə gedəcəyini düşünmürəm. Türkiyə də Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Paşinyanın alternativi sayılan "Qarabağ klanı"nın Azərbaycana və Türkiyəyə münasibəti bəllidir. Bununla yanaşı, Paşinyan özü də Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atır, buna cəhdlər edir. Bunlar yetərli səviyyədə olmasa da, Paşinyan Türkiyə ilə yaxınlaşmaq barədə düşünür. Əlbəttə, baş nazir bu addımlarının nəticəsini də görməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru