Kürdəmir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi şəhərin P.Qəribov, S.Mehmandarov, Q.Nəbi, və Aşıq Şakir küçələrinin şəhərdaxili yollarını əsaslı təmir etdirəcək.
Teleqraf xəbər verir ki, qurum bunun üçün 444 min 425 manat vəsait xərcləməyi planlaşdırır.
Müvafiq işlər üzrə tender elan edilib və işləri icra edəcək podratçı axtarılır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 3-dür. Zərflərin də həmin gün açılması planlaşdırılır.