21 iyul 2025-ci il saat 14.00-da “Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binada baş tutacaq.
Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. “Xətai-Rabitə-Tikinti”ASC-nin icra orqanının dəyişdirilməsi.
2. “Xətai-Rabitə-Tikinti” ASC-nin 2024-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
3. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir.