Əmək hüququ və ya əmək haqqı sahəsində işçilərin belə bir hüquqları da var:
Elə normativ hüquqi aktlar var ki, bunu icra etməli olan vəzifəli şəxslərimiz, bu normativ hüquqi aktları görmür və görməməzlikdən gəlir.
Aşağıda göstərilən AR-sıNazirlər Kabinetinin bu Qərarı da praktikada tətbiq olunmasa da və ya çox tədbiq olunmasada və ya çox az iş yerlərində tədbiq olunsada, normativ hüquqi akt kimi bu gün də qüvvədədir və istisnasız olaraq bu iş yerlərində tədbiqi məcburidir.
AR-nın Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasında fəaliyətdə olan və dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına:
1 Hündürlük:1200 metrdən -1500 metrədək olduqda, işçinin aylıq maaşına -vəzifə (taarif) maaşının ən azı 10 faizi məbləğində əlavə ödəniş
2.Hündürlük: 1500 metrdən -2000 metrədək olduqda, işçinin aylıq maaşına -vəzifə (taarif) maaşının ən azı 20 faizi məbləğində əlavə ödəniş
3. Hündürlük: 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı ən azı 30 faiz məbləğində əlavə ödəniş kimi müəyyən edilmişdir.
Qeyd olunan ödənişlərin aparılması Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş Siyahı əsasında:7Azərbaycan Respublikasının: Laçın, Lerik, Gədəbəy, Yardımlı, Tovuz, Şərur, Quba, Qusar, İsmayıllı, Kəlbəcər, Goranboy, Şəmkir və digər dağ rayonlarının ərazisində yerləşən və fəaliyyət göstərən bütün iş yerlərinə şamil olunur.
İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və ya əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, əmək vəvəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)