Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                 

"Azərbaycanın belə bir hədəfi yoxdur" - GUAM-da NƏ BAŞ VERİR?
Tarix: 5-03-2025, 08:57 | Çap et
"Azərbaycanın belə bir hədəfi yoxdur"
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib. “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib və toplantıda quruma üzv ölkələrin parlament nümayəndələri iştirak ediblər.

Sessiya çərçivəsində birgə komitə iclası və büro toplantısı keçirilib, yekun sənədin son variantı təsdiqlənib və assambleya iclasında çıxışlar edilib.

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi sədrinin birinci müavini Tornike Çxeişvili çıxışında GUAM üzv ölkələri arasında sektoral əməkdaşlığın təşviqinin hər zaman düzgün istiqamətdə atılmış addım olduğunu bildirib. O vurğulayıb ki, bu, ümumi imkanların araşdırılmasına və qarşılıqlı inkişafa töhfə verir. Çxeişvilinin sözlərinə görə, dialoqun, bilik və təcrübə mübadiləsinin, eləcə də yeni layihə və təşəbbüslərə üstünlük verilməsinin vacibliyi ön planda olmalıdır. O qeyd edib ki, GUAM çərçivəsində ticarət, rabitə, energetika və nəqliyyat sahələrində geniş imkanlar mövcuddur və bu istiqamətdə milli parlamentlər də mühüm rol oynaya bilərlər. T.Çxeişvili çıxışında son illərdə GUAM regionunun artan çağırışlarla üzləşdiyini, bunun üzv ölkələrin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü üçün təhdid yaratdığını vurğulayıb. O, regionda sülhün qorunmasının vacibliyini qeyd edərək, Gürcüstanın bu istiqamətdəki prioritetlərini deputatların diqqətinə çatdırıb. Sessiyanın sonunda assambleyanın yekun sənədi - kommunike qəbul edilib. GUAM Parlament Assambleyasının sədrliyi bir il müddətinə Azərbaycandan Gürcüstana keçib.

Yada salaq ki, GUAM 10 oktyabr 1997-ci ildə Strasburqda keçirilmiş zirvə görüşündə yaradılıb. 23 may 2006-cı ildə Kiyevdə keçirilmiş zirvə görüşündə isə iştirakçı dövlətlərin dövlət başçılarının nizamnaməni imzalamaları ilə GUAM təşkilat statusuna sahib olub.

Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna GUAM-ın təsisçiləri və hazırkı üzv-dövlətləridir.

Demokratiyanın inkişafı, iqtisadi inkişaf, təhlükəsizlik və sabitlik GUAM-ın əsas məqsədləri sırasındadır və üzv dövlətlər bu istiqamətdə fəal əməkdaşlıq edir. İqtisadi əməkdaşlığın ticarət, nəqliyyat, gömrük, turizm, texnologiyalar kimi sahələri GUAM çərçivəsində əməkdaşlığın prioritet istiqamətləridir. GUAM Azad Ticarət Sazişi və GUAM Nəqliyyat Dəhlizi təşkilat çərçivəsində ən vacib layihələrdir.

GUAM çərçivəsində sahəvi əməkdaşlıq ticarət, nəqliyyat, gömrük, turizm, enerji, fövqəladə hallar, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, təbii fəlakətlərin idarə olunması, təhsil, mədəniyyət, elm və texnologiya və s. kimi işçi orqanlar tərəfindən aparılır.

GUAM İşgüzar Şurası və GUAM Parlament Assambleyası GUAM-ın əlaqədar təşkilatlarıdır. GUAM katibliyi nizamnaməyə əsasən Kiyev şəhərində yerləşir.

Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-da sədrlik edib. Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda ölkəmizin GUAM yanında daimi nümayəndəsidir.

Bəs təşkilatı fəalliyyətini niyə dirçəltmək mümkün olmur? Bu format sanki ömrünü başa vurmuş kimi görünür, xüsusilə Ukrayna müharibəsindən sonra. Bəs ekspertlər bu barədə nə düşünür?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı GUAM-ın effektsizliyinə diqqət çəkdi: “GUAM 1997-ci il oktyabrın 10-da Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakı ilə regional əməkdaşlıq və siyasi müzakirələr məqsədilə yaradılmış təşkilatdır. 2001-ci ildə Yalta şəhərində keçirilən ilk zirvə görüşündən sonra beynəlxalq struktur kimi formalaşan təşkilat bu zamana qədər istər qurum çərçivəsində, istərsə də qlobal müstəvidə baş verən siyasi proseslərdə gözlənildiyi kimi effektiv mövqe sərgiləyə bilməyib. Geosiyasi təsirlər, regional münaqişələr, iqtisadi problemlər, siyasi dəyişikliklər və strateji maraqların toqquşması dördlü formatın fəaliyyətini çətinləşdirən əsas faktorlardır. Hazırda GUAM daxilində siyasi, iqtisadi və hərbi güc kontekstində müstəqil aktor kimi çıxış edən yeganə dövlət məhz Azərbaycandır. Ölkəmiz öz potensialı hesabına işğalı sonlandırmış, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Lakin digər üzvlər haqqında eyni sözləri demək olduqca çətindir. Çünki Gürcüstan və Ukrayna indi də Rusiyanın işğalından əziyyət çəkir, Moldovada siyasi istiqrarsızlıq hökm sürür və rəsmi Moskva növbəti hədəf olaraq Kişinyovu təhdid edir. Belə olduğu təqdirdə, GUAM mövcud potensialını lazımi səviyyədə səfərbər edə bilmir. Ancaq formatın dirçəldilməsi üçün ilk növbədə təhlükəsiz mühit formalaşdırılmalıdır, müzakirələrin artırılması əsasında sənaye və iqtisadi əməkdaşlığın genişləndirilməsi lazımdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu qurumun zəifləməsinə səbəb kimi bu amili irəli sürdü: “GUAM 1990-cı illərin sonunda təsis olunanda üzv ölkələri bir neçə amil birləşdirirdi. Birincisi, Rusiyanın hər bir GUAM-a üzv ölkə ilə münasibətləri gərgin idi, Moskvanın təzyiqləri var idi. Buna görə də GUAM ölkələri Rusiyanın təziqlərindən birgə qorunmağa üstünlük verirdilər. İkincisi, GUAM ölkələrinin hər birində separatçı bölgə var idi və həmin separatçılar Moskvadan dəstək alırdılar. Üçüncüsü, GUAM ölkələri Qərbin siyasi, iqtisadi və hərbi təşkilatlarına birgə inteqrasiya yolunu tutmuşdular. Bu gün bu mövzuların bir çoxunun aktuallığı azalıb. GUAM üzvlərindən Ukrayna və Moldova NATO və Avropa İttifaqına üzv olmaq istəyirlər. Azərbaycanın belə bir hədəfi yoxdur. Gürcüstan Ukrayna və Moldova kimi NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoysa da, Qərblə münasibətlərində gərginlik yaşayır. Avropa İttifaqının Gürcüstan rəsmilərinə qarşı sanksiya qərarları var. Azərbaycanın GUAM-ın digər üzvlərindən fərqləndirən digər amil separatçılığa son qoymasıdır.

GUAM-ın zəifləməsinə səbəb üzv ölkələr arasında tərəfdaşlığın istənilən səviyyədə olmamasıdır. Doğrudur, Azərbaycan Gürcüstanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirib. Ukraynada müharibə getdiyindən bu ölkə GUAM üzvləri ilə iqtisadi əlaqələri yüksək səviyyəyə qaldıra bilmir. Moldovanın Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələri isə aşağı səviyyədədir. Təşkilatı zəiflədən digər amil Gürcüstanla Ukrayna arasındakı münasibətlərdə gərginlikdir. Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın indiki hakimiyyətini Rusiya ilə əlaqələrinə görə, Gürcüstan hakimiyyəti isə əksinə, Ukrayna hakimiyyətini sərt tənqid edir. Bu amil də GUAM-ın fəallığına əngəldir. Buna baxmayaraq, təşkilat aşağı səviyyədə fəaliyyətini davam etdirir. Mümkündür ki, gələcəkdə üzv ölkələr arasında inteqrasiya güclənsin. Məsələn, Azərbaycanla Gürcüstanı birləşdirən nəqliyyat və enerji layihələrinə Ukrayna və Moldovanın qoşulması mümkündür".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru