DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                 

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ
Tarix: 16-05-2024, 15:35 | Çap et
“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”
“ERTRANS” MMC tikinti şirkətinin rəhbəri Abbasov Elsevər Abbasəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə müraciət edən iş adamı “SK Construktion” MMC-nin qeyri-rəsmi rəhbəri Qalib Təhməzovdan şikayətçidir.

Xatırladaq ki, Q.Təhməzov cəmiyyətdə çox tanınan sima olmasa da, qardaşları Fəqan və Zaman haqda mətbuatda çox yazılıb. Məşhur iş adamı olan qardaşlar “Ay İşığı” restoranlar şəbəkəsinin sahibi olsalar da, “yuxarılar”la yaxın bağlantısı olduğu haqda informasiyalar var.

Elsevər Abbasov deyir ki, Fəqan və Zaman Təhməzov qardaşları yüksək səlahiyyətli məmurlarla yaxın əlaqələrindən istifadə edib, qardaşları Qalibi də tikinti sektoruna daxil edə biliblər. Hansı ki, Q.Təhməzovun rəhbərlik etdiyi, rəsmi olaraq direktoru Zülfüqar Həşimov adlı şəxs olan “SK Construktion” MMC hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində tikinti fəaliyyəti ilə məşğuldur.

Şikayətçi bildirir ki, 2023-cü ilin mart ayında Qalib Təhməzov onunla görüşərək, ortaq iş görməyi təklif edib. Türkiyəli iş adamı Aydın Polatın rəhbərlik etdiyi, əslində isə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzdində olan “Polat Yol Yapı” şirkəti ilə müqavilə bağladığını deyən Q.Təhməzov bildirib ki, “SK Construktion” MMC-nin podratçı şirkət olaraq Qubadlıda asfaltlama istisna olmaqla, yol çəkilməsi işlərini öz üzərinə götürüb. Bu işlərin görülməsi üçün “ERTRANS” MMC-nin texnikasına və işçi heyətinə ehtiyac olduğunu deyən Qalib Təhməzov, müqavilə əsasında Elsevər Abbasova ortaq iş görməyi təklif edib: “Qalib Təhməzov mənə dedi ki, texnikalarını ver, işləyək, sən də qazan, mən də qazanım. Mən razılaşdım və tanıdığım insanları da bu işə cəlb etdim ki, birgə çalışaq. 20 texnika və həmin sayda da işçi qüvvəsi ilə Qubadlıya işləməyə getdik.

“SK Construktion” MMC ilə müqavilə bağlamışdıq. Dedi ki, aprel ayında sizə nəğd şəkildə avans verəcəm, qalan pulu köçürmə edərik. Bir neçə gün sonra gətirib 2 min manat verdi. Ondan sonra 4 ay işləsək də, bir manat da ala bilmədik. Hər dəfə ondan işçilərin zəhmət haqqını tələb edəndə, “bu həftə verəcəm”, “gələn həftə verəcəm” deyə-deyə bizi 4 ay aldatdı. Sonra isə dedi ki, qardaşım Saleh müəllimlə (“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyətinin sədri Saleh Məmmədov-müəl.) danışıb, deyib ki, narahat olmasın, gələn ay bütün pullar veriləcək, gedib işini görsün. Ona görə, məcbur olub, 20-25 gün də qeyri-rəsmi şəkildə işlədik ki, heç olmasa 4 ayın pulunu alaq, ziyandan qurtaraq”.

E.Abbasov deyir ki, 5-ci ayın sonunda Qalib Təhməzovdan görülən işlərini pulunu tələb etsə də, yenə də müxtəlif bəhanə ilə ödəniş etməkdən imtina edib: “O, indiyə kimi bir manat da pul verməyib. Bu səbəbdən, sentyabr ayında məcbur olub övladıma aldığım mənzili təcili şəkildə dəyər-dəyməzinə satdım. Çünki işçilərdən əlavə, bazarda material satanlara da külli miqdarda borcum yaranmışdı, hamı pulunu tələb edirdi”.

“ERTRANS” MMC-nin rəhbəri deyir ki, “SK Construktion” MMC-nin hazırda ona 170 min manata yaxın borcu var: “Sonra bildim ki, Qalibin mənim kimi, başqa 15-20 nəfərə də borcu var, hər kəsə “atıb”, heç kimin pulunu vermir. Bunu bildikdə, biz “Polat Yol Yapı” şirkətinə müraciət etdik ki, pullarımız verilməyib. Dedilər ki, biz Qalibin ödənişini etmişik, ona borcumuz yoxdur. Qalib isə yalandan deyir ki, almamışam. Amma o pulu alıb, öz şəxsi işlərinə xərcləyib. Üstəlik, hədə-qorxu da gəlir ki, mənə heç kim heç nə edə bilməz, mənim arxam var”.

Elsevər Abbasovun sözlərinə görə, Qalib Təhməzoz işə başlayanda onun gətirdiyi 15 nəfər işçini “SK Construktion” MMC-də rəsmi olaraq işçi kimi qeydiyyata aldırıb, onların hər birinin maaş kartını isə özündə saxlayıb. 2023-cü ilin mart ayından sonra əmək haqqı kimi hər ay onların adına təxminən 600 manat köçürülüb, lakin həmin pulları gedib özü çıxarıb: “Sonra gətirib sənədləri mənə verdi ki, işçilərə qol çəkdir, könüllü olaraq işdən çıxsınlar. Amma kimsə imza atmadı ki, bizim pulları yeyib, niyə imza atmalıyıq?!”

E.Abbasov deyir ki, “SK Construktion” MMC-yə 2023-cü ilin iyul və avqust aylarında “Polat Yol Yapı” şirkətindən vəsait köçürüldüyü haqda məlumat əldə etsələr də, Qabil Təhməz birmənalı olaraq ödəniş etməkdən boyun qaçırıb: “Məlumat aldıq ki, 2023-cü ilin iyul və avqust aylarında “Polat Yol Yapı” şirkəti tərəfindən həqiqətən də ödəniş olunub. Amma o, bizə borcunu ödəmədi.

Beləliklə, quruculuq işlərinə bizim də faydamlz olsun deyə Vətənimizin azad olunmuş torpağında fəxrlə işləsək də, axırda pulumuzu vermədilər”.

“ERTRANS” MMC-nin rəhbəri deyir ki, Qubadlıda çalışdığı 5 ay müddətində nəinki bir manat gəlir götürüb, əksinə, şəxsi cibindən Qalib Təhməzovun ona ödəyəcəyi vəsaitə yaxın pul xərclədiyindən, külli miqdarda zərərə düşüb. O, bu səbəbdən, “SK Construktion” MMC ilə hüquq müstəvisində mübarizə aparmağı düşünür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru