"Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                 

Qərib Məmmədovun adamları yerlərdə fırıldaq edir - Narazı vətəndaş prezidentdən kömək istədi PROBLEM VAR
Tarix: 1-02-2014, 10:58 | Çap et
Qərib Məmmədovun adamları yerlərdə fırıldaq edir - Narazı vətəndaş prezidentdən kömək istədi
DİA.AZ: - Hüseynov Əbülfət Ağa oğlu tərəfindən prezident İlham Əliyevə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova, Ədliyyə naziri Fikrət Məmmədova, Ekologiya və Təbii Sərvətlər naziri Hüzeyn Bağırova, Baş Prokuror Zakir Qaralova və digər dövlət qurumlarının rəhbərlərinə şikayət dolu məktub ünvanlanıb. DİA.AZ bildirir ki, İmişli rayonu Bəhramtəpə qəsəbəsi sakini Hüseynov Əbülfət Ağa oğlu yazdığı müraciətində deyir:

“Bəhramtəpə Bələdiyyəsinin sədri İman İbrahimovla İmişli Torpaq şöbəsinin müdürü V. Məmmədov birləşərək, mənim ailəmin əlində icarə müqaviləsi olduğu halda, torpaq sahəmizdən 5 hektarını alqı-satqı yolu ilə tamami ilə qəsəbə sakini olmayan Həşimov Tahir Mütəllim oğluna satmış və yeddinci ildir ki, ailəmizin dolanışıq mənbəyi olan bu sahəni əlimizdən almağa nail olmuşdular. Arxaları Mehdi Səlimzadə olan, bu insanlar sənədləşməni bir günün içərisində gizli yolla həll etmiş, satılan torpaq sahəsi Dövlət Torpaq Komitəsinin kadastrından keçməmiş Beyləqan Ərazi Reestr Xidməti də həmin sahəyə kupça vermişdir. 22 noyabr 2013-cü il, ANS televiziyasında Mehdi Səlimzadə haqqdan-ədalətdən, korrupsiyadan danışdı, amma onun adamları bizim ailənin əlindən çörəyimizi alıblar. Qonşuluğumuzda olan 15 hektar sahə isə kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulduğu halda, təyinatı Nazirlər Komitəsi tərəfindən dəyişdirilmədən, Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmayan sahə kimi alqı-satqı yolu ilə qum-çınqıl karxanası üçün satılmışdır. Ölkənin yeraltı sərvəti alqı-satqı predmeti olmadığı halda, 10 ilə yaxındır ki, yazdığım ərizə və şikayətlər adıçəkilən nazirliklərin məmurları tərəfindən ciddi araşdırılmadığından artıq onlar tərəflikdən təhdid və təhqir obyektinə çevrilmişəm. Çünkü, əks tərəfin arxası Mehdi Səlimzadədir. Araz çayı boyunca çayın mühafizə zolağı və sahili gizli olaraq qanunsuz yolla talan edilir. Adıçəkilən nazirliklərin məmurları talan edənləri və talançılara icazə verənlərin müdafiəçiləri rolunda çıxış etdiklərində, heyvanlarımızın örüş və otlaq sahələri əlimizdən alınıb və kənd təsərrüfatı sahəmizə, yeganə dolanışıq mənbəmiz də əlimizdən alınsa da heç bir tədbir görülmür.

Görülməyə qoymayan isə yenə də Mehdi Səlimzadədir. İmişlinin hazırki başçısı V. Hacıyev isə yüzlərlə ərizə və şikayətlərimizi çox güman ki, qeydiyyatdan keçirmədən, arxivə atdırır. Başa düşmürəm ki, İmişli RİH-də mənim məktublarıma saxta cavablar yazanlar kimlərdi? Bələdiyyələrlə İş Mərkəzi Bəhramtəpə Bələdiyyəsinin maliyyə planını yoxlasa da, təftiş zamanı yeraltı sərvətlərin alqı-satqı predmeti olmaması barədə torpaq sahəsinin alqı-satqısı zamanı Dövlət Kadastr Planının hansı səbəbdən sənədlər arasında olub-olmamasını araşdırmır, izahat tələb etmir. Sahil boyu ərazilərdə Bələdiyyəyə məxsus torpaq sahlərinin talan edilməsini təftiş etmək əvəzinə, məni məhkəmələrə müraciət etməyə sövq edirlər. Qarşı tərəfin güclü müdafiəçiləri olduğunu dərk etdiyimdən, mən bu gün aciz bir azərbaycanlıyam. Özümü və ailəmizi yad və kimsəsiz hesab edirəm. Amma prezidentin son kadr təyinatlarını görəndən sonra, xüsusi ilə Heydər Əsədovu Kənd Təsərrüfatı naziri təyin edəndən sonra inanıram ki, bizim ailəyə kömək olunacaq. Ölkəmin rəhbəri də, prezidenti də, ağsaqqalı da İ. Əliyevdir. Atası, ümumilli liderimiz mərhum H. Əliyev babamın dostu olmuş İ. Əliyevdə H. Əliyevin oğludur. Odur ki, hörmətli prezidentə, bir daha üzümü tutub, xahiş edirəm ki, qaldırdığım məsələləri obyektiv, hərtərəfli təftiş edilərək, əmlakımızın qəsəbəmizə yad olan arxalı, qoçu dəstəsi olan Həşimov Tahir Mütəllim oğlundan, Mehdi Səlimzadənin adamlarından alınıb, özümüzə qaytarılmasına göstəriş verəsiniz.

Bildirirəm ki, oktyabr ayı Qərib Məmmədov Salyanda şikayətçiləri qəbul edərkən, mən də orada idim. Sadaladığım faktlar barədə ona məlumat verdim. Komitə sədri İmişlinin torpaq şöbə müdürü Vüqar Məmmədovu ayağa qaldırdı və hədələdi. Sən demə, bu adam üzünə imiş. Təəssüf edirəm ki, həmin vaxtdan bəri mənim verdiyim faktların biri də araşdırılmadı. Eyni zamanda ekologiya nazirliyinin əməkdaşları İmişliyə gəlib, şirinlik alıb, qayıdırlar. İman İbrahimovun və Vüqar Məmmədovun müdafəçisi rolunda çıxış etməklə, işlərini bitmiş hesab ediblər. Kiloqaramlarla yazdığım məktublar beləcə ört-basdır edilib. Məni yollarda əsir-yesir qoyublar. Ailəmi ruzusuz qoyublar. İ. İbrahimov təklikdə and-aman edir ki, T. Həşimovu 7 ildə bir dəfə olsun görməmişəm. Ona qərarı və müqavilənin təsdiq olunmuş variantını RİH başçısının kabinetində təsdiq edərək, veriblər. Onun, hətta, bu haqda ərizəsi belə olmayıb. Ədliyyə nazirliyinin regional şöbəsi də Mehdi Səlimzadənin təkidi ilə qanunsuzluqlara göz yumur, hər dəfə mənə aldadıcı cavablar yazır.

İ. İbrahimov Araz çayının mühafizə zolaqlarından və sahilindən qanunsuz olaraq istifadə edir. Ərazinin yeraltı sərvətləri talan edilərkən, ünvanlanmış şikayətlər əsasında araşdırma aparmağa gələn ekoloqlar, lazımı araşdırma aparmaq əvəzinə, traktor sürücüsünə cərimə yazmaqla, işlərini bitmiş hesab edirlər. Əslində, belə bir addım da, qanunla müəyyən edilməmişdir. Digər tərəfdən, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərləri mənim şikayət ərizəmi, İmanovlara şərait yaradan, onlarla iş birliyi quran Mirqoca Mirişovun üstünə göndərirlər, o da hər dəfə məni günahkar hesab edir. Ona görə də Mirqocanın Qulubəyli kəndində mal-qara ferması, İmişlidə, Bakıda villası, H. Aslanov küçəsində, dəyəri 100 000-lərlə ölçülən bazar tikintisinə başlamağı imişlilərin gözü önündədir. Nazirlik və komitələrin yerli vəzifə sahiblərinə ünvanlanan məktublarda bildiriləndə ki, çalışın ona kömək edin, o halda onların mənə köməklikləri yox, çomaqları dəyir.

Cənab prezident!

İnanıram ki, göndərdiyim məktublar sizə çatmır. Ümüdvaram ki, nə vaxtsa çatacaq, ya da mən sizinlə görüşəcəyəm. Məktublarla əlaqədər Prezident Administrasiyasının kuratorları da yerli məmurları müdafiə edir. Mənə təklif olunan məhkəmə predmetindən istifadə edə bilmirəm. Çünkü qarşı tərəf çox güclüdür. Odur ki, bir daha sizdən xahiş edirəm ki, göstərdiyim qanunsuzluqların araşdırılması üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlarınızı verəsiniz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru