“Nə vaxta qədər qohum-qonşu evində gecələyəcəm?” - GİLEY
Tarix: 19-10-2022, 11:43 | Çap et
 “Yaşadığım ev neçə illərdir təmir edilmədiyindən qəzalı vəziyyətə düşüb. Həyat yoldaşım vəfat edib, kimsəsizəm. Evim elə vəziyyətdədir ki, bir gün başıma uçacağından qorxuram”.
DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə İsmayıllı rayon, Mollaisaqlı kənd sakini, 67 yaşlı İzafət Qorxmaz qızı Bağıyeva bildirib.
Evin tavanı çöküb, döşəmənin taxtası çürüyüb, divarlarda dərin çatlar yaranıb. Yağan yağış, qar evin təkcə tavandan deyil, divarda açılan dəliklərdən içərisinə dolur. İzafət Bağıyeva deyir ki, dəfələrlə evinə ilanlar, zəhərli həşəratlar girib. Bəzən günlərlə qorxusundan qonşularda gecələməyə məcbur qalıb:
“Təbii fəlakətlərdən sonra çatlar yaranmışdı. Amma imkanım olmadığından təmir etdirə bilmədim. Sonradan daha da bərbad vəziyyətə düşdü. Yağış yağanda hər yana qablar düzürəm, elə vaxt olur ki, su basır evimə girə bilmirəm. Nə vaxta qədər qohum-qonşu evində gecələyəcəm? Utanıram”.
Şikayətçi söyləyib ki, üç qız övladı var, ancaq onların da imkanı yoxdur.
“Olduqca bədbəxt anayam, bunu qonşularım da bilir. Dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Hətta icra başçısı Nahid Bağırovun da qəbulunda olmuşam. Məsələ ilə əlaqədar ötən il Arxitektura və Memarlıq şöbəsindən gələrək video çəkilişlə evə baxış keçirdilər. Bunun da heç bir nəticəsi olmadı. Daha sonra Mehriban Əliyevaya da yazılı ərizə ünvanladım. Mehriban xanımdan gələn müəyyən göstəriş də İsmayıllı Rayon İcra Hakimiyyətində icra olunmadı. Olduqca çarəsiz durumdayam”,- Bağıyeva qeyd edib.
Şəkərli diabet, o cümlədən yüksək qan təzyiqindən əziyyət çəkdiyini deyən şikayətçi təqaüdünün yalnız gündəlik çörək puluna və dərmanlarına bəs etdiyini deyib.
Kənd icra nümayəndəsi Həşim Həşimov Meydan TV-yə bildirib ki, İzafət Bağıyevanın evinə baxış keçirilib.
Məlum olub ki, ev fiziki aşınmaya məruz qalıb. Bununla bağlı ona rəsmi cavab da göndərilib.
“Bizim kənd sürüşmə ərazisi deyil, zəlzələ də baş verməyib. Ev fiziki aşınmaya məruz qalıb. İcra nümayəndəliyinin isə təmir üçün vəsaiti yoxdur”,- Həşim Həşimov deyib. Bildirib ki, Bağıyevanın üç qız övladı və 2 oğulluğu var.
İsmayıllı Rayon İcra Hakimiyyətindən isə sualları cavablandırmaq istəməyiblər. Qurumdan deyiblər ki, sualı yalnız memar cavablandıra bilər. Lakin müvafiq şöbədən telefonlara cavab verilməyib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49 |
|
|
|
• Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43 |
|
|
|
• Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36 |
|
|
|
• İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29 |
|
|
|
• Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26 |
|
|
|
• ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15 |
|
|
|
• Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14 |
|
|
|
• Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10 |
|
|
|
• Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55 |
|
|
|
• Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53 |
|
|
|
• Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38 |
|
|
|
• Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34 |
|
|
|
• “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27 |
|
|
|
• İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23 |
|
|
|
• Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09 |
|
|
|
• Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06 |
|
|
|
• “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03 |
|
|
|
• “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01 |
|
|
|
• “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59 |
|
|
|
• Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53 |
|
|
|
• Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52 |
|
|
|
• Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17 |
|
|
|
• "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15 |
|
|
|
• Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10 |
|
|
|
• Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05 |
|
|
|
• Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48 |
|
|
|
• Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41 |
|
|
|
• Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53 |
|
|
|
• İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48 |
|
|
|
• Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44 |
|
|
|
• "Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29 |
|
|
|
• Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25 |
|
|
|
• Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21 |
|
|
|
• Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18 |
|
|
|
• Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06 |
|
|
|
• Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03 |
|
|
|
• “Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00 |
|
|
|
• Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55 |
|
|
|
• İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52 |
|
|
|
• İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50 |
|
|
|
• Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46 |
|
|
|
|