Babək rayonunda Şəhid ruhuna SAYĞISIZLIQ... - BELƏ HARA GEDİRİK?
Tarix: 3-08-2022, 10:49 | Çap et
 Babək rayonunda 2 orta məktəb var. Məktəblərdən biri son zamanlara qədər şəhid Vəli Mahmudovun adını daşıyırdı. İndi isə məktəbin bu adı daşıyıb-daşımadığından bəlli deyil.

Qeyd edək ki, 1958-ci ildə Babək rayonun Təzəkənd kəndində anadan olan Vəli Mahmudov Nuruş oğlunun ailəsi kəndlərini su basması səbəbindən Babək rayonuna köçüb. Uşaqlığını bu rayonda keçirən mərhum şəhidimiz daha sonra Bakıda Kosmik Tədqiqatlar zavodunda sex rəisi işləyir. I Qarabağ savaşı zamanı könüllü olaraq döyüşlərə qatılır. 1992-ci ildə Füzuli rayonunun Divanalılar kəndində şəhid olur. Onun şəhadətindən sonra Babək rayonundakı 1 saylı məktəbə Vəli Mahmudovun adı verilir. Hətta ilk vaxtlar məktəbin üzərində onun adı yazılmış lövhə asılır və qarşısında şəhidin büstü də qoyulur. Rayonun küçələrindən birinə onun adı verilir.

Bütün bunlar, təbii ki, ilk zamanlar belə idi. Daha sonra məktəbin yeri dəyişdirilir və təhsil ocağının yeni binasının üzərində şəhidin xatirəsini anan heç bir lövhə vurulmur. Vəli Mahmudovun büstü isə rayonun ayrı məkanına köçürülür.
Vəli Mahmudovun həyat yoldaşı Nahidə xanım şəhidin xatirəsinin yaddaşlardan silinməsindən xeyli narahatdır. Onu fikrincə, artıq heç bir rəsmi sənədlərdə məktəbin Vəli Mahmudovun adını daşıdığı göstərilmir. Nahidə xanım onu narahat edən bu məsələ ilə əlaqədar bir çox yerlərin, o cümlədən Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin qapısını döyüb. Amma müraciət etdiyi heç bir ünvandan sorğularına cavab ala bilməyib.

Doğrudan da biz Naxçıvan MR Təhsil Nazirliyinin Babək rayon məktəbləri siyahısına baxdığımız zaman Vəli Mahmudov adına rast gələ bilmədik. Siyahıda bu təhsil ocağı sadəcə Babək rayonunun 1 nömrəli orta məktəbi kimi göstərilirdi. Amma insaf xətrinə onu da vurğulayaq ki, bu neqativ ayrı-seçkilik təkcə Vəli Mahmudova qarşı edilməyib. Babək rayonunun digər məktəblərinin də kiminsə adını daşımır və ya nədənsə bu barədə rəsmi məlumatlarda heç nə göstərilmir.
Nahidə xanım öz həyat yoldaşının adının məktəb binasının üzərindən silinməsinə baxmayaraq, Vəli Mahmudovun qisasının alındığını düşünür və bu təsəlli onun üçün dünyaya dəyər. Ən böyük təsəllisi isə odur ki, Vəli Mahmudovun şəhid düşdüyü Füzuli rayonunun Divanalılar kəndinin işğaldan xilas olunmasında onun oğlu Nurlanın da böyük xidmətləri olub. Nahidə xanımın dediyinə görə, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun yüksək rütbəli zabiti kimi bir çox rayon və kəndlərimizin alınmasında iştirak edən Nurlanın xilas etdiyi ərazilərdən biri də Divanalılar kəndi olub. Oğlu əməliyyatdan sonra anasına zəng edib muştuluq verməyi də unutmayıb: “Ana, gözün aydın, atamın qanı yerdə qalmadı”. Anasına muştuluq verdiyi zaman bir şəkil də göndərib. Şəkildə Nurlan bəy erməni bayrağını tapdalamış vəziyyətdə təsvir olunur. Nahidə xanımın dediyinə görə, bu şəkil Divanalılar kəndində çəkilib.

Maraqlıdır ki, Vəli Mahmudovun qızı da zabitdir və hazırda Sərhəd qoşunlarında xidmət göstərir. Bu fakt şəhid övladlarının atalarının qisasını almaq, Vətəni xarici təcavüzlərdən qorumaq məfkurəsində böyüdüldüyündən xəbər verir.
Ümidvarıq ki, Naxçıvan MR Təhsil Nazirliyi sözügedən məktəbin şəhid adını daşıdığını hansısa texniki səbəblərdən səbəblərdən unudub və bu yanlışı yaxın zamanlarda düzəldəcək. Çünki Ali Məclisin sədri Vasif Talıbov Naxçıvan əhlinə qarşı nə qədər amansız siyasət yürütsə də adətən belə məsələlərə xüsusi diqqətlə yanaşır, bunu özünün böyük dövlət xadimi olması ilə əsaslandırmağa çalışır. Belə görünür ki, Naxçıvan MR Təhsil Nazirliyinin Vasif Talıbovun belə məsələlərə bu cür həssas yanaşmasından ya xəbəri yoxdur, ya da şəhid ailələrini qəsdən incidərək “xan” həzrətlərinin onsuz da xalq arasında get-gedə buxarlanan nüfuzunu daha da zəiflətmək siyasəti aparır. Onu da istisna etmirik ki, şəhidin xatirəsini unutdurmaq göstərişi “xan sarayı”ndan gəlib və MR Təhsil Nazirliyi də bu tapşırığı yerinə yetirib. Hansı versiyanın doğru olduğunu araşdırmağı Naxçıvan yetkililərinin öhdəsinə buraxırıq. //ovqat.com//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Dünən, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Dünən, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Dünən, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Dünən, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Dünən, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Dünən, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Dünən, 04:03 |
|
|
|
|