“PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                 

"AMEA-da RAMİZ MEHDİYEVİN ƏN UĞURSUZ KADRI..." - Professordan baş direktora ağır ittihamlar
Tarix: 8-07-2022, 12:46 | Çap et
"AMEA-da RAMİZ MEHDİYEVİN ƏN UĞURSUZ KADRI..."
Ramiz Mehdiyevin AMEA-nın idarəçiliyini saldığı ağır vəziyyətdən çıxarmaq üçün görünür hələ uzun müddət lazım gələcəkdir. Özü AMEA-nı tərk etsə də buradakı bəzi əməlləri hələ də davam etməkdədir. R.Mehdiyevin əməllərinin ən fəal daşıyıcısı onun Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna AMEA Nizamnaməsinə zidd olaraq qanunsuz təyin etdiyi baş direktor Abbas Seyidovdur. Onun təyinatından keçən 8 ay bu qurumun tarixində ən ağır dövrdür.

A.Seyidov bu müddət ərzində ilk növbədə İnstitutun fəaliyyətinin əsasını təşkil edən elmi istiqamətləri, mövzuları, bir sözlə elmi tədqiqat planını təkmilləşdirmək, yenidən işləyib hazırlamaq əvəzinə heç bir əsas olmadan özünə şəxsi düşmən elan etdiyi insanlara qarşı qərəzli addımlar atmaq, intriqalar aparmaqla məşğul olmuşdur. O, İnstitutda uzun illərdir ki, çalışan, elmdə layiqli yeri olan bir sıra alimlərin bəzilərini şəxsi-qərəzlik zəminində işdən çıxarmış və ya tutduğu vəzifəsini aşağı salmış, digərlərini Elmi Şura üzvlüyündən kənarlaşdırmış və s. ziyanlı işlərlə məşğul olmuşdur. Amma bu 8 ayda İnstitutun jurnalının nəşrinin bərpa edilməsi A.Seyidovun planında hələ də yoxdur.

A.Seyidov İnstitutda elə özbaşınalıqlar edir ki, sanki bu İnstitut ona ağsaqqalı R.Mehdiyev tərəfindən şəxsi mülk olaraq bağışlanmışdır. Onunla razılaşmayan əməkdaşları prokurorluq, məhkəmə ilə hədələməsi adi hal almışdır. A.Seyidovda mənəm-mənəmlik, əməkdaşlara qarşı qərəz, aqressivlik kollektivi daim təzyiq, qorxu altında saxlamağa hesablanmışdır.

Bu gün AMEA-da idarəçiliyi ən bərbad halda olan, intriqalarla çaxnaşan müəssisə məhz bizim institutumuzdur. A.Seyidovun əməllərinin nəticəsi olaraq bizim İnstitutumuz yeganə elmi müəssisədir ki, onlarla əməkdaşları indi prokurorluğa, məhkəmələrə çağırılırlar. Məlum deyil ki, elmi müəssisənin əməkdaşları elmlə məşğul olmalıdır, yoxsa müstəntiqlərə, hakimlərə cavab verməlidirlər. Görəsən A.Seyidov anlayırmı ki, əgər onun əlindən bezən əməkdaşlar şikayət edərlərsə, prokurorluq onun direktorluq fəaliyyətini yoxlayarsa nələr aşkar ediləcək? Yəqin anlamır.

Bu ilin yanvar, fevral aylarında R.Mehdiyevin AMEA-nın prezidenti vəzifəsindən istefasını tələb edən alimlərdən biri də mən idim. Mənim bu barədə mətbuatda dəfələrlə yazılarım çap olunmuşdur. A.Seyidovun mənə qarşı qərəzli, düşmən münasibətinin əsas səbəblərindən biri də budur. O, tutduğu vəzifədən sui-istifadə edərək mənə qarşı qərəzli kompaniya aparır. Elə bir şərait yaratmışdır ki, hətta kollektivin bir sıra üzvləri onun qorxusundan mənimlə salamlaşmaqdan, ünsiyyətdən çəkinirlər. Çəkinməyənləri isə müvafiq olaraq təzyiqlər və təqiblər gözləyir.

Heç də təsadüfi deyil ki, həmin günlərdə R.Mehdiyevi mətbuat vasitəsi ilə müdafiə edən yeganə adam məhz A.Seyidov idi. R.Mehdiyevi istefaya səsləyən akademikləri, müxbir üzvlərini, professorları, millət vəkillərini təhqir edərək “qaragüruhçu” adlandıran A.Seiydov yazırdı: “Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildiyi gündən apardığı uğurlu islahatları nəticəsində elmi müəssisələrdə bir canlanma baş vermişdir. Bəzi insanlar ya bunu görmür, ya da ki, görmək istəmir.” (https://science.gov.az/az/news/open/19747).

Belə təfəkkürə malik bir insandan, fəaliyyəti milli ideologiya ilə birbaşa bağlı olan elmi tədqiqat institutunun direktoru kimi nə gözləmək olar? A.Seyidovun bu yazısında mənə qarşı böhtanları bir tərəfə, yazdıqları bu absurd sözlərə həm o zaman, həm də indi inanan tək bir adam var ki, bu da o özüdür. Onun son əməllərinə aid bəzi faktları qeyd etmək istəyirəm.

Mənim rəhbərlik etdiyim elmi ekspedisiya 2020-ci ildən başlayaraq Ağstafa rayonunda Neolit dövrünə - e.ə. VI minilliyin birinci yarısına aid Çağrıtəpə yaşayış yerində arxeoloji qazıntılar aparır. Bu il də may-iyun aylarında bu qazıntıların aparılması nəzərdə tutulmuşdur. Bu mövsümdə apardığımız qazıntılar zamanı da Neolit dövrünə aid olduqca maraqlı artefaktlar aşkara çıxarılmışdır.

18.06.2022 tarixində ekspedisiyanın bu il üçün nəzərdə tutulan arxeoloji qazıntı işlərinin bir aylıq birinci mərhələsi başa çatmışdır. Buna görə də ekspedisiyanın bir aylıq maliyyə hesabatını vermək və fəaliyyətini növbəti bir ayda davam etdirmək məqsədi ilə yeni sənədlərin (vəkalətnamə, ezamiyyə vərəqələri) alınması üçün Bakı şəhərinə qayıtdım. Belə ki, həmin sənədlərin vaxtı bitdiyindən işləri davam etdirməyə hüququmuz yox idi.

İyun ayının 20-də ekspedisiyanın işlərinin davam etdirilməsi üçün İnstitutun baş direktoru A.Seyidova ərizə ilə müraciət etdim. O, isə ərizəmə imtina dərkənarı yazaraq bunu vəsaitin olmaması ilə əsaslandırdı. Hələlik öz hesabımıza işləmək üçün ekspedisiyanın sənədlərinin təsdiq olunması barədə təklifimə də imtina cavabı verildi.

İyun ayının 21-də Elmi Şuranın iyunun 22-də keçiriləcək iclasında mənim rəhbərlik etdiyim ekspedisiyanın işləri barədə hesabat verməyim tələb edildi. Lakin, mən bildirdim ki, apardığımız arxeoloji qazıntı işləri yarıda dayandırılıb, qazıntı sahəsinin, aşkar edilmiş maddi mədəniyyət qalıqlarının üstü mühafizə üçün örtülməyib, işlər başa çatdıqdan sonra geniş, ətraflı məruzə ilə hesabat verə bilərəm. Buna görə də natamam işlər barədə hesabat verməyin qeyri-elmi olduğunu bildirdim.

Üstəlik, 1 gün ərzində hesabatı hazırlayıb məruzə etmək qeyri-mümkündür. Bundan sonra A.Seyidov mənə əsassız olaraq yazılı xəbərdarlıq elan edib onu elanlar lövhəsindən asdı. Amma ilin əvvəlindən bu vaxta qədər ekspedisiyalar üçün İnstituta ayrılan maliyyə vəsaitlərinin və onları alan ekspedisiyaların siyahısının elanlar lövhəsindən asılması barədə 20 iyun tarixli yazılı müraciətim bu günə qədər cavabsız qalıb. Halbuki bu informasiyanı almaq İnstitutun hər bir elmi işçisinin hüququdur.

"AMEA-da RAMİZ MEHDİYEVİN ƏN UĞURSUZ KADRI..."

A.Seyidovun qərəzi səbəbindən yağış altında qalmış qazıntı sahəsi və Neolit dövrünə aid tikili qalıqları

Qeyd edim ki, AR Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 196 в„–-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 3.1-ci bəndində göstərilmişdir ki, arxeoloji tədqiqatları aparan şəxs bu tədqiqatlar tamamlandıqdan sonra 30 (otuz) gün müddətində hesabat verməlidir. Görünür A.Seyidovun Nazirlər Kabinetinin arxeoloji tədqiqatlar barədə bu qərarından da xəbəri yoxdur.

Bunlardan əlavə, Elmi Şurada iştirak etmədiyin üçün A.Seyidov Elmi Şuranın iclasında iştirakım olmadan mənim bu Şuranın üzvlüyündən çıxarılmağım məsələsini müzakirə etmişdir. A.Seyidovun sədrliyi ilə Şura səsvermə ilə məni üzvlükdən azad edib. Üstəlik bu barədə məlumatı Respublikanın KİV-də dərc etdirmişdir. Halbuki, mən əvvəllər dəfələrlə bu Şurada iştirak etmək istəmədiyimi, könüllü surətdə Şura üzvlüyündən imtina etdiyimi elmi katibə bildirmişdim.

İnstitutun Nizamnaməsinin 6.10-cu bəndində yazılmışdır ki, “Elmi Şuranın tərkibi və onun dəyişdirilməsi İnstitutun direktoru tərəfindən müəyyən edilir, Humanitar və İctimai Elmlər Bölməsi ilə razılaşdırıldıqdan sonra onun təqdimatı əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilir”.

Göründüyü kimi burada hər hansı bir müzakirədən, səsvermədən söhbət gedə bilməz. Bütün bunlar İnstitutun baş direktoru A.Seyidovun məni nüfuzdan salmaq üçün ağılsızcasına apardığı şəxsi-qərəzlik kompaniyasının tərkib hissəsidir. Eyni zamanda, bütün bunlar onu göstərir ki, İnstitutun 65 yaşlı “gənc direktoru” A.Seyidov nəinki arxeoloji tədqiqatlara aid Nazirlər Kabinetinin müvafiq qərarlarından, hətta rəhbəri hesab edildiyi İnstitutun Nizamnaməsindən, öz vəzifə funksiyalarının mahiyyətindən də xəbərsizdir.

Bu yaşa qədər əvvəllər heç şöbə müdiri də işləməmiş, idarəçilikdə heç bir təcrübəsi və səriştəsi olmayan A.Seyidovu R.Mehdiyev birdən-birə böyük bir elmi tədqiqat İnstitutuna rəhbər təyin etmişdir. Nəticə isə göz qabağındadır! Amma hələlik cavabsız bir sual var: R.Mehdiyevin AMEA-da bu, ən uğursuz kadrına özbaşınalıq üçün şərait yaradan kimlərdir?

Nəcəf Müseyibli
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Etnoarxeologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor
//azpolitika.info//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru