Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                 

Rövşən Əkbərovu Avropa Məhkəməsindən qoruyanlar da CAVAB VERƏCƏKMİ? - İLGİNC GƏLİŞMƏ
Tarix: 18-03-2021, 11:20 | Çap et
Rövşən Əkbərovu Avropa Məhkəməsindən qoruyanlar da CAVAB VERƏCƏKMİ?
Bu ilin fevral ayında müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə birlik komandiri vəzifəsindən azad olunaraq ehtiyata buraxılan, bir müddət sonra isə həbs edilən general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu bəlli olub. Belə ki, bu barədə Baş Prokurorluqdan verilən məlumata görə, 2001-ci ildə Ukraynanın Kiyev şəhərində azərbaycanlı iş adamı Elçin Əliyevin qətlinin Rövşən Əkbərov tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərov azərbaycanlı iş adamı Elçin Əliyevi aralarında yaranmış münaqişə səbəbindən qətlə yetirib

Məlumatda deyilir ki, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib. O da qeyd olunur ki, həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Rövşən Telman oğlu Əkbərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Rövşən Telman oğlu Əkbərovun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Avropa Məhkəməsində bu iş araşdırılarkən Azərbaycan hökuməti sorğuya cavabında yazmışdı ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib”

Bu arada, “Azadlıq radiosu”nun yazdığına görə, mərhum Elçin Əliyevin ailə üzvləri ötən 20 il ərzində dəfələrlə mətbuat konfransları keçirib, hüquq-mühafizə orqanlarına, Prezident Administrasiyasına şikayətlər ünvanlayıb və Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər: “Onlar iddia edirdilər ki, Kiyevdə restoranda mübahisə düşüb, nəticədə Əkbərov ürəyindən vurduğu bir bıçaq zərbəsi ilə onu qətlə yetirib. O dövrdə Ukrayna prokurorluğu da Azərbaycan hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərib. Məktubda göstərilib ki, qətl hadisəsində Əkbərovun iştirakına dair faktlar müəyyən olunub. Lakin o, Azərbaycan vətəndaşı olduğuna və bu ölkə ərazisində yaşadığına görə məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin materialları da Bakıya göndərilib. Ukraynadan cinayət işinin materialları göndəriləndən sonra əvvəlcə Hərbi Prokurorluğa, daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə (hazırkı İstintaq İdarəsi) verilib”. Bildirilir ki, mərhumun valideynlərinin ərizəsi əsasında Avropa İnsan Hüquqları Məhkəməsi də bu işi araşdırıb: “Məhkəmə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Belə nəticəyə gəlib ki, bu iş üzrə effektli araşdırma aparılmayıb. Avropa Məhkəməsində bu iş araşdırılarkən Azərbaycan hökuməti sorğuya cavabında yazmışdı ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib”.

“Niyə Ukrayna tərəfi indiyədək bu barədə susub, onun saxlanması, dindirilməsi və ya həbsi üçün tələb irəli sürməyib?”

Gördüyünüz kimi, general-leytenant Rövşən Əkbərovun iş adamı Elçin Əliyevi qətlə yetirməsi hələ 20 il öncə bəlli olsa da, o zaman hökumət kimə və ya nəyəsə görə bunun üzərindən sükutla keçməyə üstünlük verib. Məhz elə bu səbəbdən də sabiq birlik komandirinin bu qədər uzun müddət sonra həbsi əksəriyyət tərəfindən siyasi qərar kimi xarakterizə olunur. “Hürriyyət” xəbər verir ki, mözvuya dair fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altayın sözlərinə görə, Rövşən Əkbərovun həbs səbəbi onun hərbi və ya dövləti cinayət, xəyanət əməli ilə bağlı ola bilər: “Rövşən Əkbərovun həbs olunması Azərbaycan ictimaiyyətində suallar dolu geniş müzakirələrə səbəb olub və olmalıdır. Orduda yüksək komandir vəzifələri tutmuş general-leytenantdır, milli qəhrəman fəxri adı, orden-medallar daşıyır. Ortada rəsmi həbs faktı var. Real, konkret səbəbi isə müxtəlif cür gümanlardır. Belə ki, həbs səbəbinin gümanlarına gəldikdə, 19 il əvvəl Əkbərovun Kiyevdə iş adamını qətl etməsi variantı elə də əsaslı real ehtimal yaratmır. Niyə Ukrayna tərəfi indiyədək bu barədə susub, onun saxlanması, dindirilməsi və ya həbsi üçün tələb irəli sürməyib? Kiyevin tələbi indiyə qalıbsa, bu halda niyə Azərbaycan tərəfi bu saxlanmanı, ya dindirilmə, ya uzağı, ekstradisiya təşkil etməsin, ölkədə ağır cinayət törətmiş kimi ən sərt, 4 aylıq qətimkan tədbiri seçsin onun haqqında? Ukraynadan həmin qətl işi ilə bağlı şübhəli şəxs qismində sorğu tələbnamə olsaydı, Azərbaycan dövləti Əkbərova arxayın olub, bu qədər yüksək vəzifə, rütbə, fəxri ad və təltiflərə layiq bilərdimi? Və nəhayət, Rövşən Əkbərovun Kiyevdəki qətl barədə cinayət təqibi, narahatlığı olduğu halda niyə son vaxtlar var-dövləti, əmlaklarını, yaşayışını Kiyev, Ukraynaya köçürsün? Versiyaya, qarşı sual çox! Fikrimcə, bu məsələ ilə bağlı ilkin arama və analiz belə, general Rövşən Əkbərovun həbs səbəbi ehtimalını onun hərbi və olsun ki, dövləti cinayət, xəyanət əməl versiyası üzərinə yönəldir”.

“Kimliyindən, vəzifə və titulundan asılı olmayaraq, istənilən şəxsin cinayəti, xüsusi olaraq, hərbi və dövləti cinayəti bağışlanılmazdır”

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, bu ağır ittiham ehtimalı böyüyərsə, o zaman digər yüksək çinli hərbi vəzifəliləri də əhatə etməsi mümkün ola bilər: “Əkbərovun 2-ci Qarabağ savaşına qədər orduda xüsusi yüksək qruplaşmada xüsusi yerə və “bildiyini edən”, ayrıca “statusa” sahib olması, ona və onunla birlikdə bir neçə yüksək vəzifəli hərbçiyə etimad edilməyib müharibə başlanan mühüm məqamda, ordu və müharibədən kənar edilməsi, ehtimal edilən cinayət əməlinin xüsusi ilə ağır olması səbəbindən vacib istintaq hərəkəti üçün maksimal, 4 aylıq həbs qətimkan tədbiri seçimi və mühüm dövləti xarakterli cinayət ola bilməsı ilə bağlı prokurorluğun həbsin səbəbini hələlik, tam açıqlamaması və s. bu ehtimala əsas verir. Bu ağır ittiham ehtimalı böyüyərsə, digər yüksək çinli hərbi vəzifəliləri də əhatə etməsi mümkün ola bilər. Və bu işin gedib Silahlı Qüvvələrin Baş Qərargahına, hətta məlum Tərtər işinə çıxması da mümkündür. Ancaq bütün bunlar ehtimal versiyadır və bunların cavabı istintaq imkanı daxilindədir. Ümid edək ki, istintaq-məhkəmə prosesində bu ehtimallar doğrulmasın və Rövşən Əkbərovun günahsız olduğu sübut edilib ədalət qarşısında öz adını, zabit şərəfini qorusun və biz də imkan qədər yüksək ad və çinli generalımızı itirməyək. Ancaq kimliyindən, vəzifəsi və titulundan asılı olmayaraq, istənilən şəxsin cinayəti, xüsusi olaraq, hərbi və dövləti cinayəti bağışlanılmazdır”.
//hurriyyet.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru