“Azəriqaz”ın qanunlara zidd sayğacdəyişmə əməliyyatı – Ay yarıma 162 manat...
Tarix: 12-02-2021, 12:05 | Çap et
 “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeni sayğacların quraşdırılması insanlar tərəfindən çox ciddi narazılıqla qarşılanır. Bir çox insanlar bu sayğacların sərfiyyatdan daha çox pul yazdığını iddia edirlər.
KONKRET.az xəbər verir ki, iqtisadçı Samir Əliyev də “Azəriqaz”-ın yeni “sayğac əməliyyatı” haqqında etirazını bildirib.
İqtisadçı qeyd edir ki, atasının yaşadığı mənzilə mexaniki qaz sayğacının ilk göstəricisi gəlib. Məlum olub ki, ay yarım ərzində qaz sərfiyyatı 162,8 manatdır:
“Söhbət çörəkbişirmə sexinə yox, 6 nəfərlik ailəyə gələn bildirişdən gedir. Bildirişdəki göstəricini oxuyanda, təbii ki, fikrimdən “növbə, nəhayət ki, bizə də gəldi” düşüncəsi keçdi. Çünki sosial şəbəkələrdə sayğacların normadan artıq sərfiyyat yazması ilə bağlı əhalinin narazılıqları uzun müddətdir səngimir. “Azəriqaz” isə heç nə olmamış kimi prosesi davam etdirir və abunəçilərin hüquqlarını kobud surətdə pozur”.
İqtisadçı Samir Əliyev pozuntuların nədən ibarət olduğunu da açıqlayıb:
“Azəriqaz”ın işçiləri sayğacları abunəçinin iradəsindən kənar, onun rəyini nəzərə almadan və xəbərdar etmədən dəyişir. “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsində yazılıb: “Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir”. Bizim nümunədə abunəçilərin sayğacların dəyişilməsindən, ümumiyyətlə, xəbərləri olmayıb.
İkincisi sayğacların dəyişdirilməsi abunəçinin iştirakı olmadan həyata keçirilib. Təsəvvür edin ki, əvvəlki sayğaclar smart kartlarla işlədiyindən abunəçilər mobil rabitə sistemində olduğu kimi, öncədən kartlarının balansını artıblar. “Azəriqaz”ın işçiləri isə abunəçinin özü olmadan smart kartdakı balansı yeni sayğaca “köçürüblər”. Halbuki, sayğaclar dəyişilən zaman son göstərici abunəçinin iştirakı ilə akt əsasında götürülməli, abunəçinin özü tərəfindən imzalanmalıdır. Təsəvvür edin, Xırdalanın Quşçuluq massivində bütün küçənin sayğacını abunəçilərin xəbəri olmadan dəyişiblər. “Azəriqaz” necə sübut edəcək ki, balansda olan qaz ehtiyatını təhrif etmədən yeni sayğacın balansına köçürüb? Öz işçilərinin imzaları ilə?”.
İqtisadçı deyir ki, diqqəti çəkən məqamlardan biri də qabaqcadan ödəniş sistemi olan smart kartdan sonra abunəçiyə gələn ilk bildirişdə borcun olmasıdır:
“Axı qabaqcadan ödəniş sistemində borc necə ola bilər? Xırdalanın Qaz idarəsində bunun səbəbini öyrənəndə deyiblər ki, sayğaclar dekabrın 15-i dəyişib və borc da ötən ilin son 15 günündə işlədilən qaza görə yaranıb. Cavab ağlabatan olsa da, ərazidə yaşayan sakinlər bunu təsdiq etmirlər və deyirlər ki, sayğaclar daha gec – yəni dekabrın 25-26-sı tarixlərində dəyişdirilib. İlk baxışdan tarixin önəm daşımadığını düşünə bilərik, əslində isə elə deyil. Bildirişə diqqət yetirsəniz görərsiniz ki, əvvəlki göstərici, yəni borc olaraq 536 kubmetr yazılıb. Yəni atamgil 6 günə bu qədər qaz (107,2 manat) işlədib. Sanki su elektrik stansiyası işlədiblər. Özləri də bilirlər ki, sərfiyyat real və inandırıcı görünmür. Çıxış yolu sərfiyyatın müddətini 15 günə qədər artırmaq olub. Dərinə getsək, hətta 15 gün üçün də bu göstərici çoxdur.
Bir də diqqətimi bildirişin üzərindəki bu cümlə çəkdi: İlin əvvəlindən cari ayadək istifadə olunmuş qaz sərfiyyatı (kub metr ilə): 0.00.
Bildirişin fevralın 1-də gəldiyini nəzərə alsaq, belə çıxır ki, yanvar ayı ərzində qaz sərfiyyatı olmayıb. “Azəriqaz”ın bu tip qanunsuzluğu adi hal alıb. Tarif Şurasının qazın qiymətinin artırılmasını müvəqqəti dayandırmasını sayğac əməliyyatı ilə kompensasiya edirlər. Sayğacları dəyişərək abunəçilərə sərfiyyatdan artıq borc yazırlar. Sayğaclardan şikayət edəndə isə smart sayğac quraşdırmağı təklif edirlər. Belə yerdə “durmuşdu da yerində, nə işin var idi” sözü yerinə düşür. Ölkədə qaz təminatı təbii inhisarçı olan “Azəriqaz”ın səlahiyyətindədir. Əhalinin seçim hüququ yoxdur. Bazarda taksi şirkətlərində olduğu kimi başqa şirkət yoxdur. “Azəriqaz” isə inhisarçı üstünlüyündən istifadə edərək əhalinin hüquqlarını kütləvi şəkildə pozur. Rəsmi dövlət qurumları isə bu məsələni kənardan seyr edirlər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 00:08 |
|
|
|
• “Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” – Tanınmış modelyer şou-biznesi topa tutdu
Bu gün, 00:04 |
|
|
|
• 16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• "Şokdaydım, baxırdım ki, nə edəcək"
Bu gün, 00:00 |
|
|
|
• Bu ölkə İrana nüvə başlığı verəcək – Araşdırma başladı, siyahıda kimlər var?
Dünən, 18:06 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryan barədə: - Bu kölələr məni devirmək istəyirlər
Dünən, 18:03 |
|
|
|
• İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Abşeronda da Namiq Məmmədov adlı birisi var... - Qazdığı fundamentə sorğu-sual yoxdur...
Dünən, 17:59 |
|
|
|
• Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb - FOTO
Dünən, 17:48 |
|
|
|
• "Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 17:47 |
|
|
|
• 9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? - TƏFƏRRÜAT
Dünən, 17:38 |
|
|
|
• "AES təhlükəsizlik problemləri yaradır" - Qriqoryan etiraf etdi
Dünən, 17:35 |
|
|
|
• Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub
Dünən, 17:29 |
|
|
|
• “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” - İsazadə
Dünən, 17:26 |
|
|
|
• “Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” - GƏLİŞMƏ
Dünən, 17:24 |
|
|
|
• Bakıya gətirilən 5 manatlıq ət: - TƏHLÜKƏLİDİR?
Dünən, 17:18 |
|
|
|
• Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü
Dünən, 17:10 |
|
|
|
• Moskva Bakıdan küsüb: nə üzlə?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06 |
|
|
|
• “Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
• Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb - CƏDVƏL
Dünən, 17:02 |
|
|
|
• Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı - İsrafil Kərimovun yazısı
Dünən, 16:58 |
|
|
|
• Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir - ETİRAZ
Dünən, 16:53 |
|
|
|
• İranda rejim dəyişikliyi xaos yaradacaq - Tramp
Dünən, 16:46 |
|
|
|
• “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - GƏLİŞMƏ
Dünən, 15:48 |
|
|
|
• Xalq Bank Milli Depozit Mərkəzinə - ÜZV OLDU
Dünən, 15:42 |
|
|
|
• Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Dünən, 15:39 |
|
|
|
• Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - BU NƏDİ BELƏ?
Dünən, 15:32 |
|
|
|
• Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: - “Təhqir olunmuşdum”
Dünən, 15:28 |
|
|
|
• Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Dünən, 15:22 |
|
|
|
• Məhərrəm İncə CHP-yə qayıdıb
Dünən, 15:18 |
|
|
|
• ABŞ Prezidentindən İsrailə çağırış: - İrana bomba atma, pilotlarını dərhal evə qaytar!
Dünən, 15:14 |
|
|
|
• Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Dünən, 13:06 |
|
|
|
• İran səfiri Qətər XİN-ə çağırılıb
Dünən, 13:05 |
|
|
|
• “PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 13:02 |
|
|
|
• “Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:55 |
|
|
|
• 4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Dünən, 12:51 |
|
|
|
• Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Dünən, 12:48 |
|
|
|
• İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Dünən, 12:43 |
|
|
|
• Tehrana zərbə endirmək göstərişi verdi
Dünən, 12:27 |
|
|
|
• Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Dünən, 12:23 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21 |
|
|
|
• İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Dünən, 12:17 |
|
|
|
• Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Dünən, 12:10 |
|
|
|
• UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Dünən, 12:04 |
|
|
|
• Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Dünən, 11:48 |
|
|
|
• İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Dünən, 11:44 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Dünən, 11:41 |
|
|
|
• SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Dünən, 11:32 |
|
|
|
• İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Dünən, 11:28 |
|
|
|
• Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Dünən, 11:24 |
|
|
|
|