"Bakcell" növbəti dəfə "Milli KSM Mükafatı"na layiq görülüb
Tarix: 27-01-2020, 17:39 | Çap et
 DİA.AZ: - “Bakcell” şirkəti 2019-cu il ərzində həyata keçirdiyi korporativ sosial məsuliyyət fəaliyyətinə görə “Milli KSM Mükafatı 2019″ mükafatına layiq görülüb.
DİA.AZ xəbər verir ki, Bakcell-in 2010-cu ildən başlayaraq “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi “Milli KSM Mükafatı 2019″ ilə təltif olunub.
Korporativ sosial məsuliyyət (KSM) layihələrinin təşviqi üzrə dövlət siyasətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “PROAKTİV” PR Agentliyi tərəfindən təşkil olunan “Milli KSM Mükafatı 2019” müsabiqəsinə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və milli şirkətlər son bir il ərzində həyata keçirdiyi KSM layihələrini təqdim edib. Müsabiqəyə təqdim olunan layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən Davamlı İnkişaf Məqsədləri əsasında müvafiq komissiya tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, Münsiflər Heyətində İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”, “ABAD”, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Gənclər Təşkilatları Milli Şurası, KSM Türkiyə və “CSR Azerbaijan” təşkilatları təmsil olunub. Nəticədə, müsabiqədə iştirak edən 34 layihədən 7 layihə qalib elan edilib.
“Qürurla demək istərdim ki, Bakcell şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramı ölkəmizdə ilk və ən uzunömürlü KSM layihələrindən biridir. Təməli 2009-cu ildə qoyulmuş “Bakcell Stars” KSM proqramı çərçivəsində həyata keçirilən layihələr bu günə qədər minlərlə insanı əhatə edib. “Milli KSM mükafatı 2019” mükafatına layiq görülən “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin artıq 10 yaşı var. Bu layihənin xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasında böyük rolu var”, - deyə “Bakcell”in PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib.
“Bakcell” şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib. Bu müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1 000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.
Onu da qeyd edək ki, Bakcell ardıcıl olaraq iki ildir ki Milli KSM Mükafatının qalibi olur. Ötən il “Bakcell”in SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası ilə birlikdə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018″ ilə təltif olunub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Dünən, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Dünən, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Dünən, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Dünən, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Dünən, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Dünən, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Dünən, 04:03 |
|
|
|
|