"Bəzi şagirdlərin adları başqa müəllimələrin sinfində getsə də..." - GİLEY
Tarix: 5-11-2019, 11:55 | Çap et
 Gəncə şəhəri 4 nömrəli məktəb-liseydə bir sinifdə 48 şagird təhsil alır.
Bu barədə Primetime.az-a valideynlər tərəfindən şikayət daxil olub. Belə ki, onların sözlərinə görə, adıkeçən məktəbdə sentyabrın əvvəli sinif rəhbəri iclas zamanı bildirib ki, sinifdə 39 nəfər şagird var və ona uyğun olaraq dərsliklər paylanıb. Lakin ilk dərs günü məlum olub ki, sinifdə 54 uşaq təhsil alacaq: “Bəzi şagirdlərin adları başqa müəllimələrin sinfində getsə də, özləri bizim sinifdə oturublar. Hər gün 1-2 parta artırılaraq həmin uşaqları yerləşdirməyə başladılar”.
Məlumata əsasən, bununla bağlı valideynlər Təhsil Nazirliyinin qaynar xəttinə müraciət ediblər və Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun qəbuluna yazılıblar. Qəbulda valideynlərə bildirilib ki, 21 oktyabrda Təhsil Nazirliyinin yerdəyişməylə bağlı sistemi açılanda həmin sinifdə kimlərin qeydiyyatlı olduğu bəlli olacaq: “Sistem açılandan sonra uşaqların çoxu qeydiyyatdan keçdi. Artıq sinifdəki uşaq sayı 48-dir. Digər uşaqlar hələ də sinifdədirlər. Direktor Əliağa Səfərəliyevə bu məsələ ilə bağlı müraciət etsək də, bizə bildirdi ki, uşaqlar orda dinləyici qismindədirlər. 45 gün müddətində başqa siniflərdə adı gedib özü Leyla Zahidovnanın sinfində dinləyici qismində oturan uşaqlar sistem açıldıqdan sonra sinfə rəsmiləşdirilir, digərləri isə rəsmiləşməni gözləyir”.
Məsələ ilə bağlı məktəbin direktoru Əliağa Səfərəliyevlə əlaqə yaratdıq. O, saytımıza açıqlamasında həmin sinifdə 48 yox, 46 şagirdin təhsil aldığını bildirib:
“Bilirsiniz ki, şagirdlərin yerdəyişməsi və məktəbə qəbulu elektron qaydada aparılır. Bəzi siniflərdə 30, bəzilərində 36 şagird var. Məktəbdə 16 eni 6, uzunluğu 9 metr olan otaqlar var, yəni, böyük zal kimidir. Və elektron qaydada 46 şagird qeydiyyatdan keçibsə və sinfin tutumu buna imkan verirsə, mən nə edə bilərəm? Vətəndaş elektron qeydiyyatdan keçib qəbul olur və blankını gətirir ki, qəbul olmuşam. Mən “ sinifdə şagirdlərin sayı 40, 34 olsa, yaxşı olar” deyə bilərəm, amma elektron qeydiyyat olduğu üçün edə bilmirəm. Azərbaycanda 5 region üzrə qeydiyyat elektron qaydada gedir”.
Direktor bildirib ki, şagirdlərin sayının çoxluğu dərslərin keyfiyyətinə təsir göstərmir:
“Həmin sinfin müəllimi güclü, yaradıcı müəllimdir. Təbii ki, şagirdin sayı nə qədər az olsa, işin keyfiyyəti bir o qədər normal olar. Amma istək artıq müəllimdən də, məndən də asılı deyil. Yenə deyirəm, bütün siniflərimizdə bu cür hal müşahidə edilmir. 16 otağımızın tutumu 44-46 şagirdin yerləşməsinə yetir. Məlumat üçün bildirim ki, Güncə şəhərində 46 ümumorta məktəbi var. 4 nömrəli məktəbdə hər sinifdən paralel 9-10 sinifdir. Yəni, düşünmürəm ki, paralel sinfin açılması səmərə verə bilər. Həm də paralel iki sinif artırıramsa, iki əlavə bölünən otaq yaranmalıdır. Bunu da nəzərə almaq lazımdır. Məktəb 3 korpusdan ibarətdir. Otaqlar çox genişdir. Dediyim kimi elektron qeydiyyata görə bizim nəsə etməyimiz mümkün deyil”. Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov isə saytımıza açıqlamasında bildirib ki, sinfin şəraiti, böyüklüyü imkan verirsə, 46 şagirdin təhsil alması mümkündür:
“Şagirdlərin elektron qaydadan keçməsinə nazirlik nəzarət edir. Lakin paralel sinfin açılması üçün maliyyə olmalıdır və bunu da biz tənzimləmirik. Valideynlərin bu istiqamətdə şikayətinə bu il yox, yeni tədris ilində baxıla bilər. Yəni yeni tədris ilində yeni büdcə nəzərdə tutulacaq və onunla tənzimləmək mümkündür. Çünki məsələ təkcə şagirdin sinif otağında oturması deyil, həm də müəllimlərin əməkhaqları da var. Təklif vermişik, nazirlik də maraqlıdır ki, yeni tədris ilində siniflərin sayı artırılsın”.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, qeyd olunan problemlə bağlı əslində paralel sinif açılmalıdır:
“Birmənalı şəkildə. Amma buna məktəbdə sinif sayı və müəllim çatışmazlığı maneə törədir. Həm də uşaqlar sona qədər o məktəbdə qalmır deyə, gələcəkdə müəllimlərin ixtisara salınması halı baş verir.
Amma dediyim kimi, paralel sinif açılmalıdır. Otaqlar stadion olsa belə, 45 dəqiqə ərzində 46 uşaqdan verilmiş tapşırığı yoxlamaq, yəni dərsi izah etmək, şagirdi qiymətləndirmək, jurnal yazmaq mümkün deyil”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|