Yekaterinburq QƏTLİAMI .....                     Manana anasının arzusunu gerçəkləşdirdi .....                     Putinin əli azərbaycanlıların qanına batıb .....                     "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur" .....                     Azərbaycanlı şahmatçını küsdürdülər, ölkədən getdi… .....                     "Əgər Putin onları cəzalandırmasa, biz bunun qarşılığını verməyi bilirik" .....                     Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb .....                     İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir .....                     Yekaterinburqda “qara bayram” .....                     Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir .....                     Uydurma keçmişin əsarəti altında .....                     “Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” .....                     Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır .....                     Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? .....                     Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi .....                     “Bədheybət poqonlular”in zühuru .....                     Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb .....                     Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Növbəti RUS VƏHŞİLİYİ... .....                     Boğaza qədər zibilin içində olan səhiyyəmiz... .....                     "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ .....                     Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? .....                     "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" .....                     "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." .....                     İran yeni savaş astanasında: sərhəddə aktivlik .....                     Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... .....                     Masallıda baş verən cinayət işinin motivi məlum olub .....                     Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib .....                     Postimperial və Putinal şovinizm .....                     Avropanın baş diplomatı İrəvana gəlir .....                     Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq .....                     Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: .....                     "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" .....                     Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb .....                     Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                 

“Ölüxana” adı alan 3 saylı Şəhər Klinik Xəstəxanası - İTTİHAM
Tarix: 6-08-2018, 13:04 | Çap et
“Ölüxana” adı alan 3 saylı Şəhər Klinik Xəstəxanası
Tanınmış jurnalist Esmira Cavadova özünün facebook səhifəsində şəxsən qarşılaşdığı bir olayı qələmə alıb

diaaz.space ölkə səhiyyəsinin rəzil durumunu ifadə edən həmin olayı cumhuriyyet.az-a istinadən olduğu kimi diqqətinizə çatdırır:

3 gün əvvəl gündüz saatlarında atamın boğazından qəfil qan fışqırdı, xeyli qan itirdi. Təcli yardım gəldi, qanı kəsmək üçün iynə vurdu. Qan dayandı və həkim atamı xəstəxanaya götürməyi təklif etdi. Ancaq biləndə ki, atamı Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına götürmək istəyirlər, ailəlikcə etiraz etdik. Səbəb bəlli idi.

Həmin xəstəxanada dəfələrlə yaxın insanların baxımsızlıqdan dünyasını dəyişməsinin şahidi olmuşduq (it dişləməsi ilə aparılan bir tanış sahibi vaxtında gəlib çıxmadığı üçün vaksin vurulmaması üzündən ölüb, başqa bir tanışımız avtoqəzada yaralanıb və həmin xəstəxanaya götürülüb, eyni səbəbdən həkimlər yaxın durmayıb və qanitirmədən ölüb). Təbii ki, xəstəmizin o xəstəxanaya götürülməsini istəmirdik. Onun “Semaşko”ya aparılmasını istəyirdik. Həkimlərsə ərazi üzrə yalnız 3 saylı Şəhər Klinik Xəstəxanasına apara biləcəklərini deyib dururdular.

Ailəmizə imtina ərizəsi yazdırıb getdilər, iki saatdan sonra yenə gəldilər, atamın vəziyyəti ilə maraqlandılar, yenə eyni xəstəxanaya götürməyi təklif etdilər, yenə razılaşmadıq, yenə imtina ərizəsi alıb getdilər. Dünən axşam saatlarında eyni vəziyyət təkrarlandı, bu dəfə atam daha çox qan itirdi və növbəti dəfə təcili yardıma zəng vurduq, çox gec gəldilər. Qanı durdurmaq üçün iynə vurub yenə eyni xəstəxanaya aparmaq istədiklərini bildirdilər. Ailə üzvlərimiz və atam istəmədi, həkim ərazimiz üzrə Təcili Tibb Yardım Stansiyası ilə əlaqə saxladı, vəziyyəti dedi, həkimə dedilər ki, başqa yerə aparmayın, istəmirlərsə, imtina ərizələrini alın, cıxın gəlin. Bu dəfə dedim, imkan verin, aparsınlar, görək axırı necə olur. Atamı təcili yardım maşınına qoydular, biz də şəxsi maşınımızla arxalarıyca getdik. Təcili yardım həkimləri atamı xəstəxananın cərrahiyə şöbəsinin qəbul şöbəsinə gətirdilər. Burada növbətçi həkimlər daş atıb başlarını tutdular ki, bu, bizim xəstə deyil, bura nahaq gətirmisiz, aparın terapiya şöbəsinə. Təzədən təcili yardım maşınına mindirdilər, bu dəfə terapiya şöbəsinə gətirdilər, buradakı növbətci həkimlər də “bizlik deyil” deyib, xəstəni qəbul etməkdən imtina etdilər. Səs-küy yarandı, təcili yardım həkimləri tələb etdilər ki, gətirdikləri xəstəni qəbul etsinlər, sənədi imzalasınlar, xəstə ortada qalıb. Növbətçi həkimlər “qan qusursa, bunu məsələn, Buzovnadakı 7 saylı Vərəm Dispanserinə aparın” deyirdilər. Halbuki, xəstə müayinə olunmayıb, səbəb aşkar edilməyib və sadəcə, növbətçi həkimin “ağlına” belə gəlib: vərəm ola bilər.
Bir xeyli mübahisədən sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı ilə əlaqə saxladım, telefonu növbətçi həkimlərdən birinə uzatdım, bu dəfə həkim qızıl-qırmızı, gözümüzün içinə baxa-baxa yalan danışdı. Guya o, xəstəni cərrahiyə şöbəsinə qaytarmağı məsləhət görüb və guya biz razılaşmırıq. Təsəvvür edirsiz, altı adamın üzünə-gözünə baxa-baxa yalan danışır və bunu çox rahat edir. Nə isə ki, xəstəni yenə təcili tibbi yardım maşınına qoyub cərrahiyyə şöbəsinə qaytarırlar. Bu dəfə yenə buradakı növbətçi həkim “axı bu xəstənin yeri bura deyil”, deyib bizə məsləhət görür ki, Ağciyər İnstitutuna aparaq, qanaxma ağciyərlə əlaqəli ola bilər. Çevrilib təcili yardım həkimlərindən soruşuram: xəstə buralıq deyilsə, bura niyə gətirdiz? Kişi çiyinlərini çəkir və deyir: Bizə ərazi üzrə xəstələri yalnız bu xəstəxanaya gətirməyi tapşırıblar, biz kimik ki?..”

Nəhayət, şöbənin növbətçi həkiminə tapşırıq gəlir ki, xəstəni reanimasiyaya qəbul eləsin. Bu dəfə növbətçi həkimdən soruşuram: Sizə aid xəstə deyilsə, niyə qəbul edirsiz? Təcili yardım maşınıyla göndərin aidiyyəti üzrə xəstəxanaya… O da çiyinlərini çəkir və deyir: heç olmasa reanimasiyada qanaxma baş versə, iynə vurulacaq, qarşısı alınacaq, səhər də mütləq Ağciyər İnstitutuna aparın, xəstə buralıq deyil. Ağciyər İnstitutunda bir gün əvvəl atam özü olub və ağciyərində problem aşkar edilməyib. Nəticə yazılan vərəqəni həkimə uzadıram, deyir, bu, rentgenin nəticəsidir, düz göstərməyə də bilər, aparın, kompüterə saldırın, o dəqiq göstərir. Soruşuram: niyə təcili yardım aparmır? Deyir, özlərindən soruşun. Çevrilib yenə təcili yardım həkimlərinə müraciət edirəm: Xəstəni niyə birbaşa Ağciyər İnstitutuna aparmırsınız? Yenə çiyinlərini çəkir, deyir, bizlik deyil. Atamı reanimasiyaya bir gecəlik yatırmaqdan imtina edirik. Zatən, qanaxma olanda həmin iynəni özümüz də vururuq və qanaxma müvəqqəti kəsir. O üzdən götürüb evə gəldik, gecəni də özümüz iynə vurub qanaxmanın qarşısını aldıq. 2 saat ərzində 3 saylı Şəhər Klinik Xəstəxanası xəstəyə və yaxınlarına əsəb, gərginlik yaşatdı.

İndi bildiniz ki, o xəstəxanaya niyə ölüxana deyirlər? Kim yatıb, yuxuda nə görüb belə bir qərar verib ki, xəstə yalnız ərazi üzrə xəstəxanaya aparılmalıdır?.. Seçimi niyə xəstəyə buraxmırlar? Əgər ərazi üzrə təyin etdikləri xəstəxanada bu xəstəni müayinə və müalicə etmək imkanları yoxdursa, xəstəni niyə məhz həmin xəstəxanaya aparırlar? Ortada vaxt itkisi, insan həyatı… Xəstəxana həkimləri qanaxmayla qapısına gələn xəstəni qəbul etməkdən imtina edir, təsəvvür edirsiz? Xəstəxana təklif edir ki, xəstəni yalnız bir gecəlik qanaxmasını kəsmək üçün reanimasiya şöbəsində saxlaya bilər, səhər özü başının çarəsinə baxsın. Təsəvvür edirsiz, xəstə müayinə olunmamış, qanaxmanın səbəbi tapılmamış, şöbədə oturub tum çırtlayan növbətçi həkimin biri deyir, ağciyərdən ola bilər, xəstəni Ağciyər İnstitutuna aparın, o biri deyir, qara ciyərdən ola bilər, Vərəm Dispanserinə aparın)))) Sabah baş verənlərlə bağlı səhiyyə nazirinə müraciət edəcəm, sonra da hüquqşünaslarla məsləhətləşib hüquqi addımlar atacam. Həmkarlarımdansa məsələni diqqətdə saxlamalarını xahiş edirəm. Bu, təkcə bir xəstənin problemi deyil, hər gün neçə-neçə xəstənin kitabını belə bağlayırlar. Saatlarla qəbul şöbələrində ləngidib axırlarına çıxırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yekaterinburq QƏTLİAMI - deputat ŞƏRH EDİR
Bu gün, 00:44
Manana anasının arzusunu gerçəkləşdirdi - VİDEO
Bu gün, 00:42
Putinin əli azərbaycanlıların qanına batıb - AzTV
Bu gün, 00:39
"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"
Dünən, 18:07
Azərbaycanlı şahmatçını küsdürdülər, ölkədən getdi… - AXI NİYƏ?..
Dünən, 18:04
"Əgər Putin onları cəzalandırmasa, biz bunun qarşılığını verməyi bilirik" - Partiya sədrindən SƏRT açıqlama
Dünən, 18:01
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb - TƏFƏRRÜAT
Dünən, 17:58
İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir - KİV
Dünən, 12:21
Yekaterinburqda “qara bayram” - Qubernator hücumdan əvvəl Azərbaycan konsuluna nə deyib?
Dünən, 12:18
Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir - Nazirlik
Dünən, 12:14
Uydurma keçmişin əsarəti altında - AKTUAL
Dünən, 10:32
“Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” - ETİRAZ
Dünən, 10:29
Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 10:24
Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? - GƏLİŞMƏ
Dünən, 10:18
Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi – cəmi 17 günə / FOTO+ VİDEO
Dünən, 10:08
“Bədheybət poqonlular”in zühuru - Aeroportda gözləyən “qara lentli maşınlar” dönəmi qayıdır
Dünən, 10:02
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT
Dünən, 09:59
Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Dünən, 09:00
Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Dünən, 08:58
Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Dünən, 08:52
"Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Dünən, 08:48
Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Dünən, 08:27
"Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:22
"Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Dünən, 08:17
İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Dünən, 08:14
Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Dünən, 08:11
Masallıda baş verən cinayət işinin motivi məlum olub
Dünən, 08:06
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 05:11
Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Dünən, 02:46
Avropanın baş diplomatı İrəvana gəlir
Dünən, 02:41
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 02:37
Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Dünən, 00:36
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
28-06-2025, 23:49
Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
28-06-2025, 23:43
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
28-06-2025, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
28-06-2025, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
28-06-2025, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
28-06-2025, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
28-06-2025, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
28-06-2025, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
28-06-2025, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
28-06-2025, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
28-06-2025, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
28-06-2025, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
28-06-2025, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
28-06-2025, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
28-06-2025, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
28-06-2025, 10:06
"Qocalıqdan çox qorxuram"
28-06-2025, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
28-06-2025, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru