Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

Xudatda tender “oyunları” - İTTİHAM
Tarix: 21-06-2018, 13:26 | Çap et
Xudatda tender “oyunları”
Dövlət satınalmalarını həyata keçirərkən sifarişçi və podratçı təşkilat arasında gedən “otkat” oyunları çox kəslərə məlumdur.

I yazıda Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xudat İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən elan olunan müsabiqələrdə ən çox qazanan “Tural – 2009” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2010-2015-ci illər ərzində 16 dəfə, ümumilikdə 245 890 manat dəyərində dövlət satınalmaları ilə bağlı keçirilən tenderin qalibi olması barədə pərdəarxası məqamları sizə təqdim etmişdik.

Yenicag.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, 2011-2015-ci illər ərzində Xaçmaz rayon İcra Hakimiyyətinin Xudat İnzibati Dairəsi üzrə nümayəndəlik tərəfindən həyata keçirilən satınalmaların digər qalibləri “Elvin”, “Laçın Mİ”, “Dəli Dağ MS” Məhdud Məsuliyyətli Cəmiyyətləri olub.

Belə ki, “Elvin” MMC 2013-2014-cü illərdə ərzaq məhsullarının satın alınması üçün 105818 manat dəyərində, Xudat şəhər uşaq bağçalarına ərzaq məhsullarının satınalınması üçün isə 113460 manat dəyərində müsabiqələrin qalibi olub.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, “Elvin” MMC (VÖEN 7700173301) 2001-ci ilin avqust ayının 21-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərinə görə kommersiya qurumunun hüquqi ünvanı, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 26 göstərilir. Təşkilatın rəsmi təmsilçisi isə Məmmədov İlham Əsgər oğludur.

Həmçinin, məlum olub ki, 2015-ci ildə uşaq bağçalarına ərzaq məhsullarının satın alınması üçün keçirilən, dəyəri 111430 manat olan satınalmada qalib elan olunan “Laçın Mİ” MMC-nin də (VÖEN 7701283901) qanuni təmsilçisi Məmmədov İlham Əsgər oğludur.

2014-cü il avqust ayının 21-də dövlət qeydiyyatına alınan kommersiya qurumunun hüquqi ünvanı isə, Xaçmaz rayonu, Xudat şəhəri, Əliağa Vahid küçəsi, ev 10 göstərilir.

Qaliblərin siyahısında adıçəkilən “Dəli Dağ MS” MMC isə 2012-ci ildə ərzaq məhsullarının satın alınması üçün keçirilən 102150 manat dəyərində olan müsabiqəni udub.

Araşdırmalarımız zamanı məlub olub ki, “Dəli Dağ MS” (VÖEN 7700632141) 2009-cu il noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb. Qurumun hüquqi ünvanı Xaçmaz rayonu, Xudat şəhəri, Əliağa Vahid küçəsi ev 10 göstərilir. Təşkilatın qanuni təmsilçisi isə Məmmədova Sərfinaz Abdurəhman qızıdır.

Maraqlıdır ki, Məmmədova Sərfinaz Abdurəhman qızı 2011-2015-ci illərdə Xudat İcra nümayəndəliyi tərəfindən keçirilən satınalmalarda həm də fiziki şəxs kimi iştirak edərək, qalib elan olunub. Qalibi olduğu satınalmaların dəyəri isə 109210 manatdır.

Onu da qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, yuxarıda adıçəkilən ünvanda, yəni Xudat şəhəri, Əliağa Vahid küçəsi ev 10-da Məmmədovlar ailəsinə məxsus yaşayış evi yerləşir və 1956-cı il təvəllüdlü Məmmədov İlham Əsgər oğlu, 1959-cu il təvəllüdlü Məmmədova Sərfinaz Abdurəhman qızının rəsmən həyat yoldaşıdır, həmin ünvanda yaşayırlar.

Beləliklə məlum olur ki, 2011-2015-ci illərdə həm fiziki şəxs, həm də müxtəlif kommersiya qurumlarının adı ilə Xudat icra nümayəndəliyinin keçirdiyi müsabiqələrin qalibi elan olunan Məmmədovlar ailəsi, bu illər ərzində ümumilikdə, 439 918 manat dəyərində satınalmaları udublar.

Məlumat üçün bildirək ki, adıçəkilən ailə həqiqətən də sahibkarlıq fəaliyyəti ilə məşğul olur və məhz Xudat Şəhər icra nümayəndəliyinin yerləşdiyi Heydər Əliyev küçəsində, Polis Bölməsi ilə üzbəüz ailəyə məxsus ərzaq mağazası var.

Onu da qeyd edək ki, məsələyə münasibət bildirmək üçün Məmmədov İlhamla əlaqə saxladıq. O həmin bu satınalmalar və məbləğlər barədə konkret nəsə deyə bilməsə də, müsabiqələrdə iştirak etdiyini təsdiqlədi. Məmmədov İlhamın sözlərinə görə, ailəsinə məxsus kommersiya qurumları yalnız “ərzaq məhsullarının satın alınması üçün” keçirilən müsabiqələrdə qalib olub. Bu da şəhər ərazisindəki bağçaların ərzaq təminatının Xudat İcra nümayəndəliyi tərəfindən həyata keçirildiyi dövrə təsadüf edib. Konkret məbləğlər barədə bir söz deyə bilməyən müsahibimiz bildirib ki, rəqəmlər yadında qalmasa da, bunu ancaq ödədiyi vergi sənədlərinə əsasən xatırlaya bilər. Həmişə qanunda nəzərdə tutulan məbləğdə vergi ödədiyini bildirən sahibkar, yalnız həmin sənədlərə əsasən, hansı məbləğdə satınalmaların qalibi olduğunu deyə biləcəyini qeyd edib.

Maraqlıdır ki, sahibkar yalnız ərzaq məhsullarının satınalınması üçün keçirilən müsabiqələri bildiyini desə də, araşdırmalar zamanı məlum olur ki, 2015-ci ildə onun həyat yoldaşı Məmmədova Sərfinaz Abdurəhman qızı “dəftərxana ləvazimatlarının alınması üçün” keçirilən 7060 manat məbləğində satınalmanın qalibi olub. Bu müsabiqədən və məbləğdən isə, ailənin məlumatı olmayıb…

Ardı var…

Yeni Çağ Sosial Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru