"Bakcell"dən Azərbaycan-Fransiz Universitetində (UFAZ) keçirilmiş beynəlxalq innovasiya müsabiqəsinə dəstək!
Tarix: 30-05-2018, 17:49 | Çap et
 DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “ActInSpace 2018 Azerbaijan” beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərdi.
DİA.AZ xəbər verir ki, 2014-cü ildən etibarən bütün dünyada təşkil olunan ActInSpace müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Fransiz Universiteti (UFAZ) tərəfindən keçirilib. Kosmos proqramları sahəsində beynəlxalq nüfuza malik ActInSpace müsabiqəsi Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Kosmik Agentliyi (ESA) və ESA BİC Sud France kimi təşkilatların iştirakı ilə dünyanın 40 ölkəsinin 70 şəhərində keçirilir. Dünyanın istənilən ölkəsindən gələn iştirakçılar üçün açıq olan bu müsabiqənin əsas məqsədi sahibkarlığın inkişaf etdirilməsi və proqram təminatı, verilənlər bazaları və kosmik infrastruktur sahəsində mövcud olan problemlərin həlli yollarının tapılmasıdır.
“ActInSpace 2018 Azerbaijan” UFAZ tərəfindən, Fransanın Azərbaycandakı səfirliyi, Bakcell şirkəti, “IT STEP Academy” və “AIKON Constructions” şirkətinin sponsorluğu və dəstəyi ilə təşkil olunub. Bakının müxtəlif universitetlərindən olan 100-dən artıq tələbədən ibarət komandalar müsabiqədə iştirak etməklə CNES, ESA, Airbus və kosmik sənayesində fəaliyyət göstərən digər təşkilatlar tərəfindən qoyulmuş real həyat tapşırıqları üzərində çalışıblar. Komandalara kosmik texnologiyalar üçün istifadə olunacaq innovativ xidmət və məhsulları fikirləşib öz ideyalarını irəli sürmək üçün 24 saat vaxt verilib.
Mayın 24-də “AIS2018 Azerbaijan” müsabiqəsinin sponsorları və partnyorlarının iştirakı ilə keçirilmiş mətbuat konfransında çıxış edən “Bakcell”in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, şirkət gənc nəslin nümayəndələrin təşəbbüslərini və Azərbaycanda təhsilin inkişaf etdirməsi ilə bağlı layihələri dəstəkləməyə həmişə hazırdır: “İnnovasiyalar Bakcell şirkətinin fəaliyyətində həlledici rola malikdir. Bildiyiniz kimi, Bakcell ölkədə müxtəlif hakaton və startap layihələrin keçirilməsini dəstəkləyən ilk şirkətlərdən olmaqla yanaşı özünün müasir startap inkubasiya mərkəzini yaradıb. Bizim əsas missiyamız Azərbaycanın gənc vətəndaşlarını maarifləndirmək və onlara inkişaf üçün stimul verməkdir. Bu baxımdan AİS təşəbbüsünə dəstək vermək imkandan çox məmnunuq. "Bakcell"i bu layihənin yerli partnyoru qismində seçdiklərinə görə Fransa Səfirliyinə və UFAZ-a öz dərin təşəkkürümüzü bildiririk. Biz əminik ki mütəxəssislərimizin təcrübəsi və dəstəyi yarışma zamanı komandalar üçün olduqca faydalı olacaq”.
Tələbələrin hazırladıqları startap layihələr ekspertlər tərəfindən qiymətləndirilib və iki layihə final mərhələsinə keçib. Qalib komanda Strasburq Universitetinin rektoru Mişel Deneken, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Le Gal və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevdən ibarət münsiflər heyəti tərəfindən seçilib. UFAZ-ın 5 nəfər birinci kurs tələbəsində ibarət “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, UFAZ-ın “Tensor Science” komandası isə ikinci yerin qalibi olub. Qalib komanda iyunun 27-si Azərbaycanı beynəlxalq final mərhələsində ilk dəfə olaraq təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.
Qeyd edək ki, “ActInSpace 2018 Azerbaijan” müsabiqəsinin keçirilməsinə maliyyə dəstəyi göstərən Bakcell həmçinin iştirakçıları texniki məsləhət və təlim dəstəyi ilə təmin edib. Belə ki, Bakcell şirkətinin “AppLab” inkubasiya proqramının ekspertləri və komanda üzvləri iştirakçılara startap layihələrinin hazırlanmasında kömək etmək üçün texnologiya və biznes modeli kimi sahələr üzrə öz təcrübə və bilikləri ilə bölüşüb.
İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18 |
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
|