Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                 

FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu? - "Azərbaycan hökumətindən yardım istəmədim"
Tarix: 15-12-2017, 13:09 | Çap et
FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?
Ziya Şahin 10 il Azərbaycanda yaşayan türkiyəli iş adamıdır. Azərbaycanı çox sevən və onu dünyada tanıtmaq üçün xeyli iş görən Ziya Şahin buna rəğmən, ölkədən FETÖ şəbəkəsinin qurduğu tələ əsasında deportasiya olunduğunu bildirir.

Axar.az türkiyəli iş adamı Ziya Şahin ilə müsahibəni təqdim edir:

- 10 il Azərbaycanda yaşamısınız və bildiyimiz qədər, bizim ölkəni çox sevirsiniz. Özünüzü necə təqdim edərdiniz?

- 1958-ci ildə Türkiyənin Malatya şəhərində anadan olmuşam, 18 yaşımda İstanbula gəlmişəm. Şirkətlər qurub, polad ticarəti ilə məşğul olmuşam. Daha sonra öz istəyimlə buradakı ticarətimə son verib, 2004-2014-cü illərdə Azərbaycanda yaşamışam. 17-25 dekabr 2013-cü ildəki hadisələr zamanı FETÖ nümayəndələri ilə münaqişələrimdən sonra onların vasitəsi ilə Türkiyəyə deportasiya edilmişəm.

- Azərbaycanda hansı yönlərdə fəaliyyət göstərmisiniz?

- 50 il əvvəl, 10 yaşımda olarkən cızıltılı səslər arasında Bakı radiosuna xüsusən Zeynəb Xanlarovaya qulaq asardım və bundan çox məmnun olardım. Nədənsə o zamandan bəri Azərbaycan sevgisiylə yaşamağa başlamışam. 2004-cü ildə naxçıvanlı dostlarımla Azərbaycana 3 günlük səyahət etdim. Ölkənizdən çox xoşum gəldi və bu 3 gün 10 il oldu. Azərbaycanda önəmli iş adamı hesab olunurdum. Pul qazanmaq adamlığı ilə iş adamlığı fərqli anlayışlardır. Mənə görə, əsl iş adamı Nuru Paşa və əsgərləri idi. Eynilə Qarabağ savaşı üçün Türkiyədən qaçıb gələn, qardaşlarına kömək edən, şəhid və qazi olanlar çox önəmli iş adamlarıdır.

Azərbaycan deyiləndə insanların ağlına ancaq neft, pul qazanmaq gəlir, amma bu, doğru deyil. Azərbaycan deyəndə mənim ağlıma ortaq tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz gəlir. Bu qədər ortaq dəyərimiz olan ölkəyə sadəcə pul qazanılacaq yer kimi baxmaq son dərəcə yanlışdır. Belə bir ölkə üçün lazım olanda can verməyə belə getməliyik. Mən də Azərbaycanda olduğum, yaşadığım 10 il boyunca yalnız Azərbaycanın xeyirinə işlər gördüm. Yəni xeyirli işlər görən iş adamlığı etdim.

- Azərbaycanın xeyrinə hansı işlər görmüsünüz?

- Çox iş gördüm. Rəhmətlik Bəxtiyar Vahabzadə gördüyüm işləri öyrəndi, sevindi və mənə öz evində böyük təşəkkür etdi.

2006-cı ildə Azərbaycanı tanıdan ilk saytlardan birini hazırladım. “Ziyasahin.com” adı ilə yaratdığım saytın yalnız adı mənə aiddir, qalan hissəsi Azərbaycandır. Elə həmin il məşhur aktyor Səyavuş Aslanın oğlu Eldar Aslanla bərabər tam 4 ay işlədik. Əslən azərbaycanlı olan məşhur müğənni Sami Yusifi Bakıya konsertə gətirdik. Bütün televiziyalar, qəzetlər, radiolar günlərlə bu konsertdən bəhs etdi. Hətta rəhmətlik Səyavuş Aslan o zaman buna görə çox sevindi və mənə gözəl bir hədiyyə belə almaq istədi, amma qəbul etmədim. Bunu Allah üçün etdiyimi və bunu hədiyyəsi olmaması gərəkdiyini söylədim. Səyavuş Aslan çox gözəl adam idi.

İrəvanda fəaliyyət göstərən bir sıra Türkiyə şirkətlərinin filiallarını qapada bildim. Türkiyə Mədəniyyət naziri Atilla Qoç Bakıya gələndə keçirilən iclasların birində ona sual verdim ki, Türkiyə şirkətlərinin İrəvanda nümayəndəliklər açması başqa iş adamlarına pis örnək deyilmi? Nazir bu sualdan sonra çaşıb qaldı. Cavabında dedi, bilmirəm, Ankaraya dönən kimi incələyəcəyəm. Bundan sonra jurnalistlər mənə yaxınlaşıb, bunun nə məsələ olduğunu sordular və ətraflı məlumat yaydılar. Daha sonra İrəvanda filiallar açan şirkət rəhbəri mənə zəng etdi və filialları bağladığını dedilər.

Bundan başqa, Bakıda türkiyəli məşhur şirkət rəhbəri olan dostumla Kanal 7-də jurnalist işləyən dostum Seyfullah Türksoyu tanış elədim. Seyfullah Türksoy bir zamanlar Heydər Əliyevdən müsahibə almış jurnalistlərdən biridir. Şirkət rəhbəri dostumun sponsorluğu ilə Şamaxı, Lahıc, İsmayıllı, Saatlıda Azərbaycanın tanıtımı ilə bağlı proqram çəkildi və bunlar Türkiyənin 4 televiziyasında yayımlandı. Bununla bərabər bir çox xəstə insanlara yardım edib, onları Trabzon və İstanbula müalicəyə göndərdim. Türkiyənin ən çox oxunan qəzetində Azərbaycanın xeyrinə yazılar yazdım. Nuru Paşanın əsgərlərindən birinin nəvəsi olan Mehdi Osmanovu tapdım və onunla yerli jurnallardan biri üçün müsahibə etdim. İTV ilə TRT arasındakı ortaq yayım fikri də mənimdir. Bunlara bənzər çox işlər gördüm. Yəni FETÖ-çuların məni deportasiya etdirmələri üçün bu şəkildə çox “günah” sahibi oldum.

Azərbaycanda çox gözəl illərim İsmayıllıda keçib. Qəbələyə gedən yolun üstündə Culyan Altı qəbiristanlığı var. İsmayıllıda ağsaqqalların dediyinə görə, burada Nuru Paşanın əsgərləri yatır. Bəzi iddialara görə isə bura yalnız kənd qəbiristanlığıdır. Ərəbcə yazıları olan qəbir daşlarının üzərində heyvanlar gəzirdilər. Bu məni narahat etdiyinə görə İcra Hakimiyyətinə getdim və onun ətrafının çəpərlənməsi, təmiri üçün izn istədim, amma nədənsə izn vermədilər. Bundan bir il sonra başqa türkiyəli iş adamı zəng edib, qəbiristanlığı təmir etmək istədiyini dedi, ona olanları anlatdım.

Hətta bir dəfə İsmayıllının mərkəzində yerləşən məscidin birinin ayaqyolusunun pis vəziyyətdə olduğunu gördüm. Buraya ustalar gətirib, hər şeyini düzəltmək istədim, amma o vaxtkı axund Yusif əsəbiləşdi, məni məmur olmaqda ittiham etdi. Mən də fikrimdən əl çəkdim. Belə gözləmədiyim münasibət də olub...

- FETÖ niyə məhz sizi hədəf seçdi?

- FETÖ-nun nümayəndələri çox təhlükəli və əsəbidirlər. Hər zaman özlərini gizlədərək çalışırlar. Azərbaycana gəldiyim gündən 2013-cü ilin 17-25 dekabr hadisələrinə qədər olan dövr ərzində bunlarla heç bir problem yaşamamışam. Bu tarixdən sonra xüsusilə sosial mediada Türkiyə hökumətinə, Ədalət və İnkişaf Partiyasına, Ərdoğana açıq şəkildə həqarətlər etməyə başladılar. İlk davamız “Zaman Azərbaycan”ın başında olan Enes Cansevərlə (İndi Avstraliyadakı “Zaman”ın rəhbəridir – red.) başladı. Bundan sonra FETÖ-nun qalalarından biri olan TUSİAB-ın (Türkiyə Sənayeçi və İş Adamları Birliyi) baş direktoru Kənan Sağlıklı ilə davam etdi. İrəvanda şirkət bağlatdığım üçün “Rotahaber.com” saytının sahibi olan məşhur FETÖ-çu jurnalist Ünal Tanık (indi həbsdədir) mənə zəng edib münaqişəyə girdi. Ona görə ki, İrəvanda filial açan şirkətlərə yardım edənlərdən biri də bu idi. Əsasən, Türkiyədəki FETÖ-çularla mübarizəyə girdim, onlara əngəllər yaratdım. Təbii ki, bunlar da məni düşmən elan edib, deportasiya olunmağım üçün şərait yaratdılar.

FETÖ-nun mənə vurduğu maddi zərər önəmli deyil. İsmayıllı rayonunda evim, bağçam, avtomobilim, dostlarım, 27 günlüyündən bəri bəslədiyim, indi 15 yaşında olan itim qaldı. Mənən çox təəssüfləndim. Bunların bu qədər xain olduğu heç ağlıma da gəlməzdi. Əlbəttə, bunların hardan qaynaqlandığını bildiyim üçün Azərbaycandan küsməmişəm, mən indi də İstanbulda Azərbaycanla bağlı toplantılara qatılıram, qardaşlarımızla görüşürəm.

- Bəs Azərbaycan hökumətindən yardım istəmədinizmi?

- Azərbaycan hökumətindən yardım istəmədim. Bu məsələdə mənə görə tək məsul olan şəxs illədir yaşadığım İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqovdur. O, rayonun təhlükəsizliyi və problemlərinə görə məsuliyyət daşıdığı kimi, rayonda yaşayan qonağın məruz qaldığı haqsızlıqlara görə də cavabdehdir. Mirdamət Sadıqov gərək bu məsələni yoluna qoysun.

- Amma budan ötrü sizin müraciətiniz lazımdır....

- Mən İstanbuldakı yaşayışımı, evimi, dostlarımı, qohumlarımı tərk edib, Azərbaycanda bir rayonda 10 il bu ölkənin xeyrinə iş görən biri olaraq bu deportasiyanı əsla haqq etmədim. Məsul olan şəxslərdən xahişim odur ki, deportasiyam ortadan qaldırılsın. Gəlib evimi, bağımı satıb, əşyalarımı götürə bilim. Mən 10 il Azərbaycanda yaşamış biri olaraq, əgər vergidən yayınmışamsa və ya hansısa başqa bir cinayət işləmişəmsə, məni cəzalandırsınlar. Mən özümə əminəm, Azərbaycanı sevdim, Azərbaycanın adına ləkə olan heç bir yanlış iş görmədim, əksinə, bacardıqca dəstək oldum və oluram.

FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?
FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?
FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?
FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?
FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru