Bu məhəllədə yaşayanlar qaz üzünə həsrətdir - GİLEY
Tarix: 9-12-2017, 10:28 | Çap et
 Son zamanlar təbii qazın verilməsi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Əsasən ucqar kəndlərdə bu problem özünü daha qabarıq şəkildə büruzə verir. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər nəzərdə tutulub. Bu tədbirlər davam etdirilsə də, qazlaşdırılmayan bölgələrimiz, kəndlərimiz qalır.
Göygöl rayonunun Mollacəlilli kəndinin bir hissəsinə təbii qaz verilmir. Kəndin bir hissəsinə təbii qazın çəkilişi üçün boru çəkilib və qaz paylanıb. Amma digər hissəsi mavi qaza həsrətdir.
Bununla bağlı “Cümhuriyət” qəzetinə müraciət edən kənd sakini Sahibə Hümbətova illərdir ki, istiliyin olmamasından şikayətlənib. Onun sözlərinə görə, Mollacəlilli kəndində 350 ev olsa da, bütünlüklə mavi qazla təmin olunmayıb: “Ölkə başçısının Göygölə son səfərindən sonra kəndə qaz xətti çəkildi və bununla da müəyyən evlərə istilik verildi. Amma kəndin yeni məhəlləsinə qaz çəkilməyib. Bu məhəllədə yaşayanlar qaz üzünə həsrətdir. Evdə istiliyin əldə olunması üçün odun yanacağından istifadə edirik. Biz Kəlbəcər köçkünüyük və burada məskunlaşmışıq. Qaz yoxdur, əziyyət çəkirik. Dəfələrlə ərazi üzrə qaz idarəsinə şikayətlərimizi bildirsək də, məsələ həllini tapmır, sadəcə vədlər verilir”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev “Cümhuriyət” ə şərhində bildirib ki, Regionların Sosial-İqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə qazlaşma işləri həyata keçirilir: “Hansı ərazi ki, qeyd etdiyim kimi 2017-ci ilin Dövlət Proqramına aid edilib, həmin kənddə, qəsəbədə qazlaşma prosesi həyata keçirilir. Bu proqram 2014-2018-ci illəri əhatə edib. Növbəti ildə də Dövlət Proqramına uyğun olaraq qazlaşma işləri aparılacaq. Onu da əlavə edim ki, 2017-ci ildə 50-dən artıq yaşayış məntəqəsi qazlaşdırılaraq, mavi yanacaqla təmin edilib. Hal-hazırda işlər tərəfimizdən davam etdirilir.
Əgər Mollacəlilli kəndi də Dövlət Proqramına daxildirsə, təbii ki, onun da qazlaşması maliyyə vəsaitindən asılı olmayaraq həyata keçiriləcək. Kəndin bir hissəsinə qazın verilməməsi məsələsini gərək aydınlaşdıraq. Qazlaşdırılanda ümumi ərazi bütünlüklə əhatə olunur. Ola bilər ki, kimsə özü fərdi qaydada qaz xətti çəkdirib. Ümumi layihə çərçivəsində qazlaşma gedəndə hətta yenidən həmin mənzillər də qazlaşdırılır. Hər halda bununla bağlı şikayətçi “Azəriqaz” a rəsmi müraciət etməlidir. Qurumda buna baxılsın, araşdırılsın və şikayətçiyə cavab verilsin”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07 |
|
|
|
| • Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00 |
|
|
|
| • AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56 |
|
|
|
| • Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47 |
|
|
|
| • “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36 |
|
|
|
| • İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31 |
|
|
|
| • “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05 |
|
|
|
| • İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59 |
|
|
|
| • Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47 |
|
|
|
| • Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
| • Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41 |
|
|
|
| • İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35 |
|
|
|
| • Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25 |
|
|
|
| • Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22 |
|
|
|
| • Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32 |
|
|
|
| • Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27 |
|
|
|
| • ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23 |
|
|
|
| • İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11 |
|
|
|
| • Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01 |
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
|