Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR
Tarix: 22-08-2017, 12:18 | Çap et
 Tovuz rayonu Azərbaycanın qədim abidələrlə zəngin rayonlarından biridir. Rayon ərazisində hər addımda məbəd və monastırlar, qədim yaşayış məskənlərinə rast gəlmək mümkündür. Sputnik Azərbaycan-ın əməkdaşı bu dəfə qədim və sirli yaşayış məskəni olan Torpaqqalada olub. Rayon mərkəzindən 12 km məsafədə, Kür çayının sağ sahilində yerləşən qədim şəhərgah, Aşağı Mülkülü kəndinin inzibati ərazisinə daxildir. Tarixi I minilliyə aid edilən yaşayış məskəni haqqında məlumata yazılı mənbələrdə çox az rast gəlinir. 1938-ci ildə qalada ilk dəfə araşdırma aparan sovet arxeoloqu Y.A. Paxomov buranın XI–XIII əsrlərdə Azərbaycanın həyatında böyük rol oynayan möhkəmləndirilmiş şəhər tipli yaşayış yeri olması qənaətinə gəlib. 6 hektar ərazini əhatə edən qədim şəhərgah 3 tərəfdən sıldırımla əhatə olunub, bir tərəfdən isə yalnız dar cığırın getdiyi təbii müdafiə quruluşuna malikdir. El arasında "Turan yolu" deyilən, Böyük İpək Yolu üzərində yerləşməsi buranın sürətli inkişafına təkan verib. Ərazidə, yaxınlıqda olmayan, on kilometrlərlə uzaqdan gətirilmiş nəhəng daşlardan inşa edilmiş qala, ibadətgah, su quyuları və digər tikililərin bir hissəsi hələdə qalmaqdadır. Burada dağınıq halda hər addımda rast gəlinən boyalı saxsı qab qalıqları isə üzərindən 100 illər keçməsinə baxmayaraq öz rəngini və parlaqlığını qoruyub saxlamaqdadır. Qədim yaşayış məskəni barədə Sputnik Azərbaycana danışan həvəskar araşdırmaçı Bəhruzər Rüstəmov buranın tam araşdırılmamış abidələr siyahısına aid edir. "Torpaqqala sovetlər dövründə araşdırıldığından, milli yanaşmayla tədqiq edilməsinə çox böyük ehtiyac var. Abidə hələ ötən əsrin ortalarında dövlət qeydiyyatına alınsa da, yaxşı qorunmayıb. Yaşayış məskəninin ətrafı sovxoza əkin sahəsi kimi verilib. Tırtıllı traktorlarla ərazi atım-atım edilib. Kotana ilişən küp qəbirlər, sümüklərin hamısı əraziyə səpələnib. Hazırda da ərazidə bir neçə kəndin pay torpaqları yerləşir. Sonradan isə "qara arxeoloqlar" ərazini öz məqsədləri üçün istifadə ediblər. Özbaşına qazıntılar aparılıb. Hansısa tarixi sirri aça biləsi materiallar ya götürüb, ya da dağıdılıb". Bəhruzər müəllim yaşayış məskənində yerləşən mistik tikililər barədə də danışıb: "Mən araşdırmalarımda çox maraqlı bir şeyə rast gəldim. Uçurumda, güman ki, ibadət yeri olan bir tikili var. Əraziyə yolu düşən ovçular, bir hissəsi salamat qalmış bu tikili istiqamətində güllə atmağın mümkün olmadığını deyirlər. Çünki həmin istiqamətdə güllə açılmır. Hətta, mübahisə edən adamlar da olub ki, sonradan sınayaraq bunun həqiqətən belə olduğunu deyiblər. Yəqin ki, bu o dövr insanlarının gizli elmlərdən agah olmaları, qravitasiyanı idarə edə bilmək bacarığı ilə əlaqədardır." Həvəskar diyarşünas, dövrünün əsas ticarət mərkəzlərindən sayılan Torpaqqalanın XVI- XVII əsrlərədək mövcudluğunu saxladığını bildirir. Son orta əsrlərdə Böyük İpək Yolunun əhəmiyyətini itirməsi səbəbindən əhali tədricən ərazini tərk edərək, hazırkı Tovuz və Ağstafa rayonlarına yayılaraq bir neçə kəndin əsasını qoyduqlarını və şəhərin tənəzzül etməsini deyir. Əraziyə ən axın yaşayış məntəqəsi olan Aşağı Mülkülü kənd sakinləri də yaşayış məskəninin çox tarixi sirləri aça biləcəyini deyərək, abidənin daha dəqiq araşdırılmasını istəyirlər. Mülkülülər bu gün də öz ata-baba yurdlarını unutmur, mütəmadi olaraq Torpaqqalanı ziyarət edirlər. Hələ sovetlər dövründə keçirilən 1 may həmrəylik günündə kənd camaatı rəsmi paradlara deyil, Torpaqqalaya üz tutublar. Müstəqillik dövründən sonra isə sakinlər 9 may qələbə gününü bir qayda olaraq Torpaqqalada keçirir, ata-babalarının yurd yerlərini ziyarət edir, eyni zamanda bu təbii gözəllikdən zövq alaraq istirahət edirlər.
        


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43 |
|
|
|
|