Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                 

“Eldar Mahmudov nazir keçəndə göylə gedirdi” - ŞOK FAKTLAR
Tarix: 20-08-2016, 15:02 | Çap et
“Eldar Mahmudov nazir keçəndə göylə gedirdi”
“Keçmiş MTN şefi Eldar Mahmudovun qohumlarının sifarişi ilə həbs olundum, ağır işgəncələrə məruz qaldım, məcbur edirdilər ki, Ziya Bünyadovun ölümünü, adam oğurluğunu boynuma alım. Başqalarının törətdiyi cinayətləri zorla boynuma qoymağa çalışırdılar. Dəhşətli işgəncələrə dözməyib Ziya Bünyadovun ölümünü üstümə götürdüm. İttihamlar təsdiqini tapmayanda qanunsuz silah gəzdirməkdə və narkotik maddə saxlamaqda ittiham edib işi məhkəməyə göndərdilər”

“İşgəncələrə dözməyib, Ziya Bünyadovu qətlə yetirdiyimi demişdim”

Bunu virtualaz.org saytına Bakı şəhər sakini, keçmiş məhbus Gülməmməd İbadov deyib. Onun sözlərinə görə, keçmiş MTN şefi Eldar Mahmudovun qohumları tərəfindən obyektləri əlindən alınıb. Həyatını alt-üst edən, başına gətirilən bütün faciələrin səbəbkarı uşaqlıq dostu, yaxın qonşusu Vahid Həşimov olub: “Heç bir günahım olmadan 8 il həbsdə yatdım. Məni həbsə atdıran “Dəyirman” ləqəbli Vahid Həşimovla onun qardaşı Tofiq idi. Uzun illər yaxın qonşu, dost olmuşuq, şərikli biznesimiz olub. 1997-ci ildə Vahidin qardaşı oğlu Turalı oğurladılar. İki gün sonra isə məni həbs etdilər. İşgəncələrə dözməyib Ziya Bünyadovun qətlini boynuma götürməyə məcbur olsam da, uşaq oğurluğunu götürmədim. Bir müddət sonra Tural Həşimovun oğurluğunda əli olanların özlərini həbs etdilər. (Sözügedən cinayət işinə görə 11 nəfərlik dəstə tutulub, onlardan biri - Balaqardaş Dadaşov isə hələ də axtarışdadır – red.) Həbs edilənlərin hamısı ilə üzləşdirilmə keçirildi, cinayətdə əlimin olmadığı sübuta yetirildi. İttihamlar təsdiqini tapmayanda isə silah-sursatla, narkotiklə ittiham verdilər. Vahidin o vaxtlar Hacı Məmmədovla yaxın əlaqəsi vardı”.

“O vaxtlar da, sonra da onu Eldar Mahmudov himayə edirdi”

G.İbadov deyir ki, bütün bunlar azmış kimi, muzdlu killer tutaraq qardaşı Qərib İbadova sui-qəsd təşkil ediblər. Atəş nəticəsində qardaşı ağır yaralansa da, təsadüfən sağ qalıb: “Mənə və qardaşıma məxsus istehsalat obyektləri olan ayaqqabı sexlərinin zorla, saxta sənədlərlə əlimizdən alındı. Torpaq sahələrim, Qaradağda daş karxanam vardı, hamısına əl qoydular. Mən həbsdən çıxandan sonra əvvəlki münasibətlərin bərpa olunmasını istədi. Bizim iki obyektimizin əvəzinə Balakişiyev küçəsi, 23 və Məhsəti küçəsi, 9 ünvanda yerləşən obyektləri satıb pulunu verəcəyini dedi. Satdı, amma bizə pul vermədi. Onu Eldar Mahmudov himayə edirdi, deyirdi kimə istəyirsən, get şikayət elə, pulum da, adamım da var. Mansur adlı bir cangüdəni vardı, bizə qarşı çox pis davranırdı. Həmin bu Mansurgil qardaşım Qəribə və arvadına təzyiq ediblər, boş kağıza qol çəkdiriblər obyektlərə görə. O obyektlərdən bir neçə ailə dolanırdı, evinə çörək aparırdı”.

“Tez-tez Akif Çovdarovun adını çəkirdilər”

G.İbadovun sözlərinə görə, Mansur adlı şəxs uzun illər Rusiyada yaşayıb. Rusiyanın sabiq prezidenti Boris Yeltsinin mühafizə xidmətinin rəis müavini olub, həbsdə yatıb: “Həbsdə olarkən guya onu Azərbaycana qarşı “verbovat” ediblər. O da Azərbaycana qayıdandan sonra bu barədə MTN-ə məlumat verib ki, guya ona Azərbaycanda terror aktları törətmək təklif olunub, o da razılaşıb. O vaxtdan MTN-də agent kimi işləyib. MTN-ə yaxın adam kimi Vahidin mühafizə rəisi olub. Bunlar mənim üstümə gəlirdilər ki, ya əl çəkməlisən tələblərindən, ya da yenidən içəri girəcəksən. Tez-tez Akif Çovdarovun adını hallandırırdılar ki, şefə məlumat verək, belə edək. Mansurgilin ciblərində vəsiqələri də vardı. Düzü, əvvəl çəkinmirdim, sonra ehtiyat edirdim ki, birdən doğrudan da məni təkrar tutarlar. Sonradan həmin o Mansurun özünü muzdlu qatil öldürdü. İndiyə qədər də bu cinayətin üstü açılmayıb”.

“Eldar Mahmudov nazir keçəndə göylə gedirdi”

Haqsızlığa dözməyən G.İbadov sonda məhkəmələrə üz tutub: “Biz Vahidlə o vaxt dəyirmanı da ortaq işlədirdik. Mənim heç nəyə ehtiyacım yox idi. Vahidin isə mənə 70 min dollar borcu vardı. Həmişə gözü mənim obyektlərimdə idi. Eldar Mahmudov nazir keçəndən sonra isə Vahid artıq göylə gedirdi. Hazırda tikinti sektorunda çalışır, 50-dən çox obyektləri var, amma mənim 2 obyektimi vermək istəmir. Məcbur olub məhkəməyə müraciət etdim. Çünki mənə qarşı böyük haqsızlıq oldu. Amma məhkəmədə də bu işlər obyektiv araşdırılmadı”.

“Azadlıqda yaşamaq sənə darlıq edir, içəri üçün darıxırsan”

Şikayətçi deyir ki, 2014-cü ildə keçmiş MTN naziri Eldar Mahmudova ərizə ilə müraciət edərək qohumlarının onu incitdiyini bildirib: “Heç bir cavab gəlmədi, heç bir ölçü götürülmədi. Əksinə, bir-iki dəfə zənglər gəldi ki, deyəsən, azadlıqda gəzmək sənə darlıq edir, içəri üçün darıxmısan. Vahidin qardaşı oğlu, MTN-də işləyən Tural tərəfindən ardıcıl olaraq bu cür zənglər gəlirdi. Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra yenidən şikayət etdim. Bir həftə sonra məni MTN-ə də, prokurorluğa da çağırdılar, geniş izahatımı aldılar, obyektlərin sənədlərini verdim. Baş Prokurorluqda ərizəmi araşdırdılar, əvvəl dedilər ki, cinayət tərkibi var, sonra dedilər yoxdur. Hökmün surətini istədilər, hakimin, prokurorun kim olduğunu xəbər aldılar, nəyə görə həbs olunmağımı soruşdular”.

“Nə türmədən, nə ölümdən qorxmuram, kəfənim boynumdadır”

G.İbadov deyir ki, E.Mahmudov vəzifəsindən kənarlaşdırılsa da, onun qohumları tərəfindən bu günə kimi təzyiqlər davam edir: “Günahsız həbsə atıldığıma görə bəraət almaq istəyirəm. Vahid yaxın dostu vasitəsilə bir ay əvvəl söz göndərib ki, nardaranlısan, səni də tutub atacaqlar içəri. Nardaranlı olduğuma görə mənə hədə-qorxu gəlirlər. Nə türmədən, nə ölümdən qorxmuram, kəfənim boynumdadır. Mən nə qazanmışamsa öz halal zəhmətimlə qazanmışam, ailəmə heç vaxt haram tikə gəlməyib. Bu adam arxayındır ki, Nardaranda belə hadisə olub, mən şikayət etmərəm daha. Hələ Şərurlu İsfəndiyarın da bu işlərdə əli var. Mənim ərizəm araşdırılmır, şikayətlərinə obyektiv baxılmır, hüquqlarım tapdanır, yenidən təzyiqlər olunur. Nardaranlı olduğuna görə susdurmaq istəyirlər, həbs etdirəcəkləri ilə hədələyirlər”.

G.İbadov ölkə başçısına, daxili işlər nazirinə, baş prokurora müraciət edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru