Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                 

İbrahim Mehdiyevə qarşı ilginc iddia... - Yasamal RİH-in sökdüyü bina qəza vəziyyətində deyilmiş...
Tarix: 4-08-2016, 12:11 | Çap et
İbrahim Mehdiyevə qarşı ilginc iddia...
Məqalədə sputnik.az saytına istinadla bildirilirdi ki, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb. Sakinlər söküntü prosesinə, xüsusilə onlara məlumat verilmədən başlayan söküntüyə etiraz edirlər. Bina sakinlərinin bildirdiklərinə görə, söküntü “İnşaat və Konstruksiyalar” MMC-nin sifarişi və Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin göstərişi ilə həyata keçirilir. Lakin bir çox sakinlər mənzillərini tərk etmək istəmirlər. Bina sakini Mətləb Rəhimov bildirir ki, bina heç də qəza vəziyyətində deyil və sakinlər evlərini tərk etmək istəmirıər. Buna cavab olaraq, 22 saylı MİS-in əməkdaşları sakinləri işıq, qaz və sudan məhrum ediblər (sputnik.az).

Şərifzadə 33 ünvanında yerləşən bina qəza vəziyyətindədir”, – bu sözləri Kavkaznews.az-a Yasamal RİH-in təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov bildirib. Ş.Məmmədovun sözlərinə görə, bu il fevralın 25-də Nazirlər Kabineti qərar çıxarıb ki, qəza vəziyyətində olan binaları sökən şirkətlər sakinləri müvəqqəti mənzillə təmin etməlidir. “Kirə mənzillər üçün ödənişlər də inşaat şirkəti tərəfindən təklif olunur. Şirkətlə sakinlər arasında fərdi müqavilə bağlanır. Bu müqavilə əsasında da qəza vəziyyətindəki ev sökülür. Şərifzadə 33 ünvanındakı binanın söküntüsü “İnşaat və Konstruksiyalar” MMC tərəfindən həyata keçirilir. Sökülən binanın yerində yeni ev tikiləcək ki, həmin binada mənzillərin yaşayış sahəsi əvvəlkindən 20 faiz daha böyük olacaq. Dövlət bu prosedura bir qəpik də xərcləməyəcək”, – deyə şöbə müdiri qeyd etdi.

“Biz “İnşaat və Konstruksiyalar” MMC-nin yerləşdiyi ünvanı heç cür tapa bilmirik. Bu şirkət ancaq kağızda mövcuddur”, – deyə Şərifzadə 33 ünvanındakı binanın sakini Əzizağa Ələkbərov Kavkaznews.az saytına bildirib. Başqa bir sakin Xatirə İsmayılovanın sözlərinə görə, 22 saylı MİS-in rəisi Məmməd Hüseynov ona təklif edib ki, mənzilini tərk edib kirəyə köçsün. Məmməd Hüseynov mənə “İnşaat və Konstruksiyalar” şirkəti adından aylıq 300 manat aylıq kirəpulu təklif edib”, – deyə Xatirə İsmayılova qeyd edib.

Biz MİSR rəisi Məmməd Hüseynovdan soruşduq ki, nəyə görə şirkət adından danışıqları Yasamal RİH işçisi olduğu halda o aparır? “Ona görə ki, bunu mənə RİH başçısı İbrahim Mehdiyevin özü tapşırıb”, – deyə Məmməd Hüseynov Kavkaznews.az-a cavab verib. Avqustun 2-də biz jurnalist araşdırmasını davam etdirmək qərarına gəldik. Bu dəfə bizi növbəti sual maraqlandırırdı: “Şərifzadə 22 ünvanındakı bina hansı əsasla qəza vəziyyətində hesab olunur?”.

“Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin Layihələndirmə İnstitutu Şərifzadə 33 ünvanındakı binanın ekspertizasını həyata keçirib və binanın qəza vəziyyətində olduğunu bildirib”, – deyə Yasamal RİH-in baş memarı Eyvaz Bağırov Kavkaznews.az saytına bildirdi. Onun sözlərinə görə, sakinlərdən əvvəl də Yasamal RİH-ə binanın qəza vəziyyətində olması ilə bağlı müraciətlər daxil olurdu.

“Əvvəl bu problemin həlli üçün maliyyə imkanları yox idi. Amma Nazirlər Kabinetinin 25 fevral tarixli qərarı ilə belə bir imkan yaranıb”, – deyə Eyvaz Bağırov qeyd etdi. Şərifzadə в„–33 binasının sakini Əzizağa Ələkbərov Eyvaz Bağırovun sözlərini təkzib etdi.

“Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin əməkdaşları bizim binada heç bir ekspertiza aparmayıb”, – deyə Ə.Ələkbərov bildirdi. Biz özümüz aydınlaşdırmaq istədik, FHN TTNDA həqiqətən də Şərifzadə 33 ünvanındakı binanın qəza vəziyyətində olduğu barədə rəy veribmi ? Agentliyin ümumi şöbəsinə müraciət etdik, ümumi şöbə əməkdaşları isə bizə məsləhət gördülər ki, Yasamal rayonuna kurasiya edən müfəttişlə əlaqə saxlayaq. TTNDA-nın Yasamal rəyonuna məsul olan müfəttişi Zakir (bizə soyadını bildirmədi – red.) dedi ki, onun Şərifzadə 33-ün qəza vəziyyətində olması ilə bağlı məlumatı yoxdur.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, oliqarxlardan kimsə sözügedən binanın yerləşdiyi ərazini bəyənib. “Və həmin oliqarx qərar verib ki, binanın qəza vəziyyətində olduğu elan edilsin, sakinlər isə köçürülsün. Yəqin ki, binanın sökülməsindən sonra onun yerində göydələn tikiləcək”, – deyə hüquq müdafiəçisi qeyd etdi. O, sakinlərə təklif etdi ki, Yasamal RİH-i məhkəməyə versinlər.

“Qoy məhkəmədə RİH nümayəndələri bu binanın qəza vəziyyətində olduğunu sübut etməyə çalışsınlar”, – deyə N.Cəfəroğlu əlavə etdi.

Sözardı: Məqalə hazırlanarkən, bizə məlumat daxil oldu ki, SOCAR yanında “Azəriqaz” İstehsalat Birliyi Şərifzadə 33-ün qaz təchizatını dayandırıb. Sakinlərin sözlərinə görə, onların “Azəriqaz”a borcları yoxdur.

Belə olduğu halda, “Azəriqaz” hansı əsasla sakinləri qazdan məhrum edib? “Söküntü səbəbiylə binaya qaz təchizatı dayandırılıb” – deyə “Azəriqaz”ın Tahirova soyadlı dispetçeri Kavkaznews.az saytına bildirib. “Axı, orda hələ də insanlar yaşayır”, – deyə qeyd etdik. Təəssüf ki, dispetçer Tahirova bu iradımızı cavabsız qoydu.

İbrahim Mehdiyevə qarşı ilginc iddia...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru