Astarada bazar davası böyüyür... - İDDİA
Tarix: 25-02-2016, 11:55 | Çap et
 Ötən günlərdə Astara rayonunda bazar qalmaqalı yaşandığına dair məlumat vermişdik. Bildirmişdik ki, 2006-cı ildə Rauf Həziyev tərəfindən satın alınan, hazırda da fəaliyyət göstərən iri ticarət mərkəzi ətrafında qəribə vəziyyət yaranıb.
JAM.AZ-a göndərdiyi məktubunda Rauf Həziyevin həyat yoldaşı Svetlana Didenko bildirmişdi ki, əri 2009-cu ildə şərlənərək həbs olunduqdan sonra qaynı Asif Həziyevə bazarı işlətmək üçün razılıq verib. Lakin rəsmi sənəddə razılıq müddəti 2012-ci ildə başa çatıb. Amma buna baxmayaraq, həmin müddətdən bəri Asif Həziyev qardaşına məxsus olan bazarı əsl sahibinə qaytarmaqdan imtina edir.
Qeyd edək ki, bununla bağlı Astara rayon Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi qətnamələr çıxararaq, bazarın həqiqi sahibi Rauf Həziyevi tanıdıqlarını, ticarət mərkəzinin ona qaytarılmasına hökm ediblər. Həziyev isə qardaşının onun ailəsinə baxmaması, heç bir köməklik göstərməməsi səbəbindən bazarı yaxın adamlarından birinə etibar edib. Bu məqsədlə ona da müddətli etibarnamə verib.
JAM.AZ bildirir ki, Asif Həziyev 2012-ci ildən bəri işlətdiyi bazardan pul yığsa da, dövlət büdcəsinə vergi ödəməkdən boyun qaçırıb. Bu artıq təsdiqini tapıb və Rauf Həziyevin qanuni nümayəndəsi məsələni 6 saylı Lənkəran Regional Vergi İdarəsinin qarşısında qaldırıb. Lakin bunun bir faydası olmayıb.
Bundan başaq, məhkəmənin çıxardığı qətnamələrin icra edilməməsi də müəmmalı şəkil alıb. Ona görə ki, Astara Məhkəmə Qərarları İcrası Şöbəsində Asəf Həziyevə gücləri çatmadığını bildirirlər. Ki, belə bir arqumentin gətirilməsi belə gülüncdür. Ona görə ki, Məhkəmə Qərarlarının İcra Şöbəsi əgər məhkəmə qərarlarını icra edə bilmirsə, bu zaman polisin yardımlarından faydalanmaq məcburiyyətindədir. Amma onlar bu imkanlardan da yararlanmırlar.
İşin gülməli tərəfi isə bir başqadır. JAM.AZ-a məlumat verən Svetlana Didenko bildirib ki, Asif Həziyev bazardan çıxmamaq üçün yeni vasitəyə əl atıb. Onun sözlərinə görə, Asif Həziyev dünən 5-6 nəfəri öyrədərək, bazarın qarşısında aksiya təyin etdirib. В«Həmin adamların etiraz etdikləri məsələ isə həqiqətən gülməlidir. Deməli, bu öyrədilmiş adamlar В«aksiyaВ» keçirib bəyan edirlər ki, bəs, Asif Həziyevin bazarın rəhbərliyindən çıxarılmasına etiraz edirlər və buna imkan verməyəcəklər. Arqument kimi isə bildirirlər ki, onlar Asif Həziyevə bazarı işlətmək üçün külli miqdarda pul veriblər. Bu adamlara sual verən lazımdır ki, Asif Həziyev 2012-ci ildən bazarın sahibi deyil, əksinə, oranı zəbt edib. Saxta yolla bazarı idarə edən birində niyə pullarını etibar ediblər? İkincisi, onların arasında hər hansı bir pul mübahisəsi varsa, bazar həmin prosesdə müzakirə və ya alqı-satqı predmeti ola bilməz. Ona görə ki, bazar mənim həyat yoldaşıma məxsusdur, üstəlik, Rauf Həziyev həmin ticarət mərkəzinin işlətməsini tamam başqa bir şəxsə etibar edib. Yəni, Asif Həziyev heç bir şəkildə bazara iddia edə bilməz. Oradan bir çöp aparmaq səlahiyyətinə və hüququna da malik deyil. В«AksiyaВ» keçirib, hay-küy salmaq da əbəsdir. Və bunun oyun olduğunun fərqindəyikВ». . Didenko sonda onu da bildirir ki, qaynı Asif Həziyevin əsas məqsədi bazarı əldən verməmək, davamlı olaraq rahat yolla qazanc əldə etməkdir. В«Azərbaycan hüquqi dövlətdir, burada qanunlar şahdır. Hər kəs qanun qarşısında bərabərdir. Asif Həziyev kimi adamların çıxardığı hoqqalar isə qanunları yanılda bilməz. Əminəm ki, Azərbaycan hökuməti, müvafiq dövlət qurumları bu adamın qanunsuz əməllərinin qarşısını alacaq və onunla bağlı zəruri tədbir görəcək. Eyni zamanda, bizim qanuni hüquqlarımızı bərpa edib, qoruyacaqВ».
Qarşı tərəfi də dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Dünən, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Dünən, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Dünən, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Dünən, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Dünən, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Dünən, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Dünən, 04:03 |
|
|
|
|