İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

YEVLAXDA AVTOVAĞZAL QALMAQALI DAVAM EDİR
Tarix: 21-10-2011, 14:56 | Çap et
YEVLAXDA AVTOVAĞZAL QALMAQALI DAVAM EDİR

ŞİRKƏTİN RƏSMİ ÜNVANI YARIMTİKİLİ İMİŞ

Yevlax sakini Bəhram Məmmədov AzadlıqRadiosunun В«Qaynar xəttВ»inə sahibkar kimi hüquqlarının pozulmasından şikayət edib. Deyir ki, ölkədə özəlləşmə başlayanda müdiri olduğu Yevlax avtovağzalının səhmlərinin 70 faizinə sahib olub. 2004-cü ildə ondan xəbərsiz avtovağzalın qalan səhmləri başqasına satılıb. Onun iddiasına görə, auksionda səhmlər ilkin olaraq ona təklif olunmalı idi. Ancaq səhmlər ondan xəbərsiz başqasına satılıb ki, bununla da onun alıcılıq üstünlüyü hüquqları pozulub.

Ancaq dərd bu olsaydı, yarı idi. İl yarım əvvəl ortaya В«İpək yolu 2009В» adlı MMC çıxıb və köhnə avtovağzalın yanında yenisini tikməyə başlayıb. Sahibkar deyir ki, söküntü-tikinti işləri zamanı şirkət köhnə avtovağzalın da ərazisinə əl uzadıb. Deyir, avtovağzalın 36 sot ərazisini zəbt etməsi bir tərəfə, hələ köhnə avtovağzalın ərazisindəki fəvvarəni də uçurub, avtovağzalın qarşısındakı sənət əsərlərini məhv edib. İndi sahibkar məhkəmə qapılarında qalıb.

Bəhram Məmmədov:

- İki il yarımdır fəaliyyətimizi tam dayandırmışıq. Səbəb də odur ki, sahibi olduğum köhnə avtovağzalın yanında yeni avtovağzal tikirlər. Avtovağzalın ərazisini hasarlayıblar, maşınların giriş-çıxışına icazə verilmir. Bu saat rayon avtovağzalı yoxdur. Təzə avtovağzal tikirlər. Tikintini В«ZQAN – HoldinqВ» şirkəti aparır, şirkətin apardığı tikinti Yevlax avtovağzalının texniki pasportunda göstərilən ərazidə aparılır. Ərazinin 36 sotu bizim ərazidir. Məhkəməyə müraciət edəndə də, Torpaq Komitəsindən xüsusi rəy aldıq ki, həmin ərazi Yevlax avtovağzalına aiddir. 3.5 hektar yer Yevlax rayon bələdiyyəsi tərəfindən В«İpək Yolu – 2009В» MMC-yə satılıb. Satılan torpaq sahəsinin 36 sotu bizimdir. İl yarımdır məhkəmə gedir, indi də orda tikinti gedir, Torpaq və Xəritəçəkmə Komitəsi də rəy verib ki, ərazinin 36 sotu bizə məxsusdur. 3 ərazidə qazıntı aparıblar, o ərazilərdən birində fəvvarə və sənət əsərləri olub. O sənət əsərləri Müəllif Hüquqları Haqqında Agentlikdə qeydiyyatdan keçib. Əsərlərdən ikisi zibilxanaya tullanıb, birini isə Gəncə yolunun üstünə qoyublar.

ŞİRKƏTİN RƏSMİ ÜNVANI YARIMTİKİLİ İMİŞ

Yevlax şəhər İcra Hakimiyyəti məhkəmə sorğusuna cavabında Yevlax avtovağzalındakı tikintinin В«İpək Yolu – 2009В» MMC tərəfindən aparıldığını göstərib.

Məhkəmənin Dövlət Yol Polisinə göndərdiyi sorğuya cavabda isə bildirilir ki, avtovağzal ərazisində işləyən texnika В«ZQAN – HoldinqВ»ə məxsusdur.

В«ZQAN-HoldinqВ» şirkətindən AzadlıqRadiosuna bildiriblər ki, Yevlax avtovağzalındakı tikinti işlərini onlar aparmırlar.

Vergilər Nazirliyinin saytında bu şirkətin qeydiyyatı barədə məlumatlar da var. Qeyd olunur ki, В«İpək yoluВ» MMC-nin qanuni təmsilçisi və təsisçisi Məmmədov Bəxtiyar Məmmədəli oğludur. Şirkətin Nizamnamə kapitalı 10 manatdır.

Şirkətin rəsmi ünvanı Yevlax şəhəri, Bakı prospekti 31-dir. Şirkətlə əlaqə saxlamaq üçün həmin ünvanın telefon nömrəsinə zəng vurduq. Məlum oldu ki, telefon nömrəsi həmin ünvana məxsus olsa da, hazırda müvəqqəti istifadəçisi qonşuluqda kirayədə yaşayan bir ailədir.

- Həmin ünvan В«İpək yolu – 2009В» MMC-nin rəsmi ünvanıdır. Həmin şirkət barədə məlumatınız var?

- Burda belə şirkət yoxdur. Həmin ünvan bizim qonşuluğumuzdadır. Orda ev tikilirdi, tikintisi yarımçıq qalıb. O ünvanın telefonunu müvəqqəti bizə veriblər ki, istifadə edək.

Elə məhkəmənin də şirkət nümayəndələrini məhkəməyə dəvət etmək üçün həmin ünvana göndərdiyi bildirişlər necə deyərlər, yarımtikiliyə dəyib geri qayıdır. Ona görə də məhkəmə şirkət nümayəndələrini danışdıra bilmir.

POLİSİN SAHİBKARLIQLA MƏŞĞUL OLDUĞUNU DİN-DƏ TƏSDİQLƏYİB

Daxili İşlər Nazirliyinə verilən sorğuya cavabda da В«İpək yolu 2009 MMCВ»nin sahibinin polis əməkdaşı olduğu təsdiqlənib. Həmçinin, Bəxtiyar Məmmədovun DİN Gəncə Regional Mühafizə İdarəsində işlədiyi göstərilir.

Nazirliyin Şəxsi Heyətlə İş İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə göndərdiyi məktubda deyilir ki, polis serjantı Bəxtiyar Məmmədəli oğlu Məmmədov В«Polis haqqındaВ» qanunu pozub, В«İpək yolu 2009В» MMC təsis edib, şirkəti 2 iyun 2009-cu il tarixdə Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən rəsmi qeydiyyata aldırıb. Yevlax şəhəri ərazisində müxtəlif təmir tikinti işləri ilə məşğul olmaqla sahibkarlıq fəaliyyəti göstərir.

Ötən il sentyabrın 17-də 1 saylı Yerli İqtisad Məhkəməsi belə bir qərardad çıxarıb ki, işə məhkəmədə baxılıb bitənədək В«ZQAN – HoldinqВ» В«Yevlax AvtovağzalВ» ASC-nin ərazisində qanunsuz işləri dayandırsın. Məhkəmənin dekabrın 16-da çıxardığı ikinci qərardadda isə göstərilir ki, В«İpək yolu 2009В» MMC həmin avtovağzalın ərazisində apardığı qazıntı və tikinti işlərini dayandırsın. Bəhram Məmmədov deyir ki, tikintini aparan şirkət məhkəmə qərarlarına məhəl qoymur və tikintini dayandırmır.

1 saylı Yerli İqtisad Məhkəməsi 1 saylı İnzibati İqtisad Məhkəməsinə çevriləndən sonra bu dəfə məhkəmə qərardad çıxarıb ki, Bəhram Məmmədovun iddiasına daha bu məhkəmədə baxıla bilməz. Şikayətə Şəki İnzibati İqtisad Məhkəməsində baxılmalıdır. İş materialları Şəki İnzibati İqtisad Məhkəməsinə göndərilib.

İndi Bəhram Məmmədov sahibi olduğu Yevlax avtovağzalının zəbt olunmuş 36 sot ərazisinin davasını Şəki İqtisad Məhkəməsində davam etdirir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru