“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                 

Səlim Müslümovdan sahibkarlara qarşı yeni hücum planı - Qara günlər başlayır...
Tarix: 12-01-2015, 13:22 | Çap et
Səlim Müslümovdan sahibkarlara qarşı yeni hücum planı
Yeni ilin ilk ayları sahibkarlar üçün o qədər də ürəkaçan olmaya bilər. Yox, bu, iqtisadi səbəblərlə bağlı deyil. Analitik.az-a daxil olan məlumata görə, bir sıra nazirliklər öz səlahiyyətləri daxilində müəssisələrdə, xüsusən, özəl sektorda yoxlamalara başlayacaqlar.

Yoxlamaların daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aktivləşəcəyinə dair məlumat var. İndiyədək sahibkarlar Vergilər Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin və digər qurumların müvafiq strukturları tərəfindən yoxlamalarla üzləşirdilər. Belə yoxlamalar adi iş qaydasında gözlənilən idi. Bu ildən isə, yoxlamaların sistemli, genişmiqyaslı və adıçəkilən bu xidmət tərəfindən indiyədək keçirilən yoxlamalardan kifayət qədər fərqli olacağı bildirilir.

Belə ki, adıçəkilən xidmətin son dövrlərə qədərki fəaliyyətində sahibrkarlara – işəgötürənlərə qarşı sərt tədbirlərin tətbiq edilməsi müşahidə olunmurdu. Buna həm xidmətin qanunla nəzərdə tutulmuş səlahiyyətləri, həm də ümumiyyətlə, bu idarənin işinin o qədər də fəal olmadığı səbəb kimi göstərilirdi. Həmçinin, xidmətin daxil olduğu nazirliyin rəhbərinin В«xarizmasıВ»ndan irəli gələn mövqeyi bu xidmətin sahibkarların üzərinə getməsinə o qədər də geniş imkan vermirdi.

Səlim Müslümovun hədəfləri…

Lakin Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasından qısa müddət ərzində bu qurumun fəaliyyətində ciddi dəyişiklik, belə demək olarsa, hətta, qəti və güzəştsiz davranışlar müşahidə olunmağa başlayıb. S.Müslümov əlində olan səlahiyyətlərin maksimum istifadəsinə çalışan və buna nail olmağı bacaran məmurlardandır. Kifayət qədər təcrübəsi və idarəçilik strategiyası olan yeni nazirin rəhbərliyi altında qısa müddət ərzində nazirliyin fəaliyyəti artıq işəgötürənlərin üzərində öz təsirini göstərir. Ötən ilin ikinci yarısından başlayaraq, əsasən, Xidmətin əməkdaşlarının bu və ya digər sahibkarlıq müəssisəsində tez-tez görünməyə başlaması, yoxlamaların, monitorinqlərin aparılması nazirin də bu məsələdə qəti mövqeyinin olduğundan xəbər verirdi. Lakin nazirliyin, eləcə də xidmətin qanunla müəyyənləşdirilən səlahiyyətlərinin müəyyən qədər məhududluğu yoxlayıcıların tam əl-qol açmasına əngəl olan səbəblərdən idi.

Lakin artıq indi – 2015-ci ilin əvvəlində nazirliyin və onun struktru olan xidmətin qarşısında hüquqi cəhətdən maneələr, demək olar ki, tam aradan götürülüb. Nazirliyin işinə bələd olan mütəxəssislərin təhlilinə görə, 2014-cü ilin son 3 ayında qanunvericilikdə aparılmış dəyişikliklər sanki planlı şəkildə ƏƏSM nazirliyinin və xüsusən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin müəssisələrdə yoxlamalar aparmasına tam В«yaşıl işıqВ» yandırmasına xidmət edib. Əlbəttə, bəzi normativ aktlardakı dəyişikliklər həm də zamanın tələbi, bu və ya digər sahədə münasibətlərin tənzimlənməsi üçün vacib addımlar sayılır. Xüsusən, işəgötürənlər tərəfindən əmək müqavilələrinin bağlanmasına nəzarətin gücləndirilməsi, idarə və müəssisələrdə əməyin təhlükəsizliyi qaydalarına riyaət olunmasına, əmək intizamı və s. bu kimi işçilərin mənafeyinin qorunmasına yönəlmiş tədbirlər müsbət dəyişikliklər sayılır. Eyni zamanda, bu cür labüd dəyişikliklərin fonunda nazirliyin yoxlamalar aparmaq səlahiyyətlərinin kifayət qədər genişləndirilməsi və demək olar ki, yalnız formal məhdudiyyətlərin saxlanması nəzərə çarpır. Atılan addımların mərhələli şəkildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətlərinin genişləndirilməsinə, bununla yanaşı, digər strukturların da əlaqəli şəkildə fəallaşdırılmasına yol açdığı göz önündədir.

Qanunlarda dəyişiklik kimə sərfəlidir: Xidmətə, yoxsa sahibkara?

Bir sıra qanunvericilik aktlarında dəyişiklik və əlavələrə nəzər yetirmək kifayətdir. Ötən ilin sentyabr ayının sonlarından Əmək Məcəlləsinin bəzi maddələrində dəyişikliklər edilməyə başlandı. Məcəllənin 15-ci, 13-cü, 64-cü maddələrində, İnzibati Xətalar Məcəlləsinin 25.5, 53-cü madədlərində, Miqrasiya Məcəlləsində, o cümlədən, digər əlaqəli normativ aktlarda müvafiq olaraq aparılmış əlavə və dəyişikliklər nəticə etibarilə ƏƏSM nazirliyinin strukturlarının işəgötürənlərə qarşı sərt inzibati tədbirlər görməsi hüququnu tanıdı. Bununla yanaşı və ən əsası isə, ƏƏSMN-in strukturlarının müəssisələrdə yoxlamaları birbaşa, heç bir digər orqanla razılaşdırmadan həyata keçirməsinə şərait yaranıb.

Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2014-cü il tarixli Fərmanı ilə В«Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqındaВ» 28 sentyabr 2002-ci il tarixli Fərmanın 6-cı hissəsi ləğv edildi. O vaxt bəlkə heç mütəxəssislər də fikir vermədilər ki, 6-cı bəndin ləğv edilməsi hansı nəticələrə səbəb ola bilər. Məsələ burasındadır ki, ləğv olunan 6-cı bənddə dövlət orqanları (vergi orqanları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların aparılması qanunvericiliklə müəyyən elilmiş hallarda və qaydada yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilməsi göstərilirdi. Bu, aydın məsələdir ki, əlavə formal prosedurlar tələb edirdi. Hər dəfə yoxlamaya gedən orqan adıçəkilən nazirliyin nümayəndəsinin də iştirakını təmin etməli idi. Lakin 6-cı maddənin ləğvi, məsələn, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya Məşğulluq Mərkəzinə imkan verir ki, birbaşa, digər dövlət orqanının nümayəndəsini cəlb etmədən, yoxlamaya getsin.

Sonrakı dövrdə, ilin sonunadək, digər qanunlarda və məcəllələrdə dəyişiklik və əlavələr elə bir vəziyyət yaradıb ki, ƏƏSMN-in strukturları külli-ixtiyar sahibi kimi, sahibkarlıq subyektlərinə yoxlamalara girə bilərlər. Hətta, oktyabrın 3-də Nazirliyin Kollegiyası В«ƏƏSMN tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib edilməsi QaydalarıВ»nı da təsdiq etdi. Həmin Qaydalar oktyabrın 17-dən qüvvəyə minib. Artıq nazirliyin və müvafiq strukturlarının səlahiyyəti var ki, yoxlamaları təkbaşına keçirsin, cərimələr tətbiq etsin, cəzalar versin. Əmək Məcəlləsinə son dəyişikliklə isə nazirlik tətbiq olunan cərimələrin məbləğindən 25 faiz В«qonorarВ» götürmək səlahiyyətini də qazandı.

Bütün bunlar nə perspektiv vəd edir?

Nazirliyin bu və ya digər strukturu sahibkarlıq müəssisəsini yoxlamağa gedir. Əmək müqaviləsinin bağlanmasından tutmuş – işçilərin attestasiyası, əməyin mühafizəsi qaydaları, – bir sözlə, sahibkarın fəaliyyəti ilə bağlı istənilən məsələyə müdaxilə edir. Aşkar olunan nöqsanlara görə çox yüksək – 25 min manatadək cərimələr tətbiq edir. Qanunla yol verilən hallarda sahibkarın cinayət məsuliyyətinə cəlb edilməsinə dair təqdimat verir və sairə…Yığılan cərimə məbləğlərinin də 25 faizini işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə özünə götürə bilir. Hələ bu cür cərimə məbləğlərindən В«qurtulmaq üçünВ» sahibkarlar tərəfindən təklif ediləcək В«yoluna qoymaqВ» tariflərinin hansı hədlərə çıxacağını indidən demək tezdir. Baxmayaraq ki, artıq bu barədə də məlumatlar var… (Bu da ayrı mövzunun araşdırmasıdır-red.)

Sahibkarlar, В«səlib yürüşüВ»ndən müdafiəyə hazırdırmı?

Beləliklə, S.Müslümov rəhbərlik etdiyi nazirliyi qısa müddətdə sahibkarların ən çox В«çəkinməli olduğuВ» qurum səviyyəsinə yüksəltdi. 2015-ci il sahibkarlar üçün ƏƏSMN-in müvafiq strukturlarından müdafiə olunmaq ili olacaq. Hansı qanun pozuntusuna görə hansı cərimələrin tətbiq ediləcəyi də başqa araşdırmanın mövzusudur. Ancaq onu demək olar ki, indiyədək çox kiçik görünən qanun pozuntularının qarşılığında kifayət qədər böyük cərimə məbləğləri, hətta, sahibkarların cinayət məsuliyyətinə cəlb edilməsi perspektivi də var.

Artıq sahibkarların üzərinə В«səlib yürüşünəВ» bütün hazırlıq işləri başa çatıb. Başlamaq üçün bəzi kiçik təşkilati-texniki işlərin tamamlanması qalıb…Yoxlayıcıların təkmilləşdirilməsi, əlaqəli işlərin aparılması üçün bəzi MMC-lərin fəaliyyətinin təşkili və sairə.. Bəs görəsən sahibkarlar Səlim Müslümovun В«səlib yürüşüВ»ndən müdafiəyə hazırdırmı? Bunu isə yaxın gələcək göstərəcək...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru