Gəncə Gənclər Evində şübhəli satınalmalar – Qalib elan edilən “ailə podratı” kimindir?
Tarix: 7-06-2023, 10:53 | Çap et
 Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzi (SXM) 2022-ci ilin may ayının 12-dən 2023-cü ilin may ayının 3-dək dörd lot üzrə satınalma keçirib.
Qlobal.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 72.032 manat təşkil edib.

Gəncə Gənclər Evinin 2022-ci ilin may ayının 12-də sifrişçi olduğu “tədbirlər” lotu üzrə satınalmanın məbləği 28.394 manat təşkil edib. Bu satınalamda fiziki şəxs Daşdəmirova Vüsalə Nizaməddin qızı qalib elan edilib.
Gəncə Gənclər Evinin sifarişçi olduğu növbəti satınalmaya 2022-ci ilin may ayının 18-də yekun vurulub. “Dəftərxana və təsərrüfat malları” lotu üzrə keçirilən bu satınalmanın məbləği 9.407 manat, qalibi isə “Eltun 2006” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“Eltun 2006” MMC 2018-ci ilin may ayının 2-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Samux rayonu, Kolayır kəndi, qanuni təmsilçisi isə altı gün öncə Gəncə Gənclər Evinin sifarişçi olduğu digər satınalmasında fiziki şəxs qismində qalib elan edilən Daşdəmirova Vüsalə Nizaməddin qızıdır.
Gənclər Evinin növbəti satınalması 2022-ci ilin iyul ayının 7-də keçirilib. “Dəxtərxana və təsərrüfat mallarının satınalınması” lotu üzrə keçirlən bu satınalmanın məbləği 9.440 manat, qalibi isə “ASIYA080” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“ASIYA080” MMC 2022-ci ilin fevral ayının 18-də təsis edilib. Şirkətin hüquqi ünvanı Ucar şəhəri, Ş Qurbanov ev 37, qanuni təmsilçisi isə Mahmudov Rəfail Mahmud oğludur.
Gəncə Gənclər Evi son satınalmaya cari ilin may ayının 3-də yekun vurub. “İstehlakyönlü xidmətlərin (tədbirlərin) satınalınması” lotu üzrə keçirilən satınalmanın məbləği 24.791 manat olub. Satınalmada “FATİMƏ M” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

“FATİMƏ M” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin oktyabr ayının 18-də dövlət qeydiyyatına alınıb. Bu MMC-nin hüquqi ünvanı Ucar şəhəri, Ş Qurbanov ev 11, qanuni təmsilçisi isə Mahmudov Orxan Rafail oğludur.
Orxan Mahmudov Gəncə Gənclər Evinin 2022-ci ilin iyul ayının 7-də yekun vurduğu satınalmada qalib elan edilən “ASIYA080” MMC-nin qanuni təmsilçisi Rafail Mahmudovun oğludur.
Hər üç MMC-nin fəaliyyət profili, faktiki ünvanı, əlaqə telefonu barədə açıq internet resurslarında məlumat yoxdur.
Fəaliyyət profilləri barədə heç bir məlumat olmayan, qanuni təmsilçilərini qohumluq əlaqələri birləşdirən MMC-lərin hansı meyarlara əsasən 2 il ardıcıl olaraq Gəncə Gənclər Evinin sifarişçi olduğu satınalmalarda qalib elan edilmələri ortaya bir sıra suallar çıxarır.
 Amil Qurbanov, Gəncə Gənclər Evi SXM-nin direktoru
Qlobal.az məsələ ilə bağlı Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzindən mövqe öyrənib. Gəncə Gənclər Evi SXM-nin direktoru Amil Qurbanovun açıqlamasında deyilir: “Bildiririk ki, 2022-2023-cü illərdə Gəncə Gənclər Evi tərəfindən kotirovka sorğusu üçün elan verilmişdir. Elan nəticəsində müraciət edən təşkilatların ən aşağı qiymət təklif edəni seçib Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinə göndəririk. Nəticə etibarı ilə təsdiqlənir və sənəd olaraq bizə göndərilir. Qeyd: Elan müddətində istənilən təşkilat sorğuda rahat şəkildə iştirak edə bilər və bütün müraciətlər ( qohumluq əlaqəsi necə olur olsun ) sistem tərəfindən təsdiqlənir. Bildiyininz kimi elan verən təşkilat elanın vaxtı bitənə qədər heç bir təklifi görə bilmir və müdaxilə edə bilmir. Qanunvericiliyə əsasən bir ünvanda fərqli təşkilatlar və yaxudda qohumluq dərəcəsi necə olursa olsun təşkilat qeydiyyatdan keçirə bilər və müstəqil şəkildə kotirovka sorğusunda iştirak edə bilər. Bunları araşdırmaq bizim vəzifəmiz deyil. Hər hansı problem olduğunda sistem tərəfindən qəbul edilmir. Beləliklə bildirmək istəyirik ki, sorğuda istənilən təşkilatın iştirakı müstəqildir. Hər iki ildə müraciət edən üç təşkilat yetərsay olduğu üçün aşağı qiymət göstərən birini seçirik və əlavə təşkilatların müraciətlərinin qarşısını ala bilmirik. Yəni digər təşkilatlar sorğuda iştirak edə bilərlər. Əlavə olaraq qeyd edim ki, təşkilatlardan biri narazı olduğu halda satınalmalara müraciət edib nəticələri ləğv etdirə bilir”.
Qeyd edək ki, Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzi Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərir. //Qlobal.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|