“Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                 

“REAL FİASKO”... – Belə kampaniya ilə mandatı almaq olar, amma qazanmaq çətin...
Tarix: 4-02-2020, 12:10 | Çap et
“REAL FİASKO”...
ReAL Partiyası növbədənkənar parlament seçkilərində 30-a yaxın namizədlə iştirak etsə də, onların əksəriyyəti seçki dairələrində hərəkətlilik yarada bilmirlər. Tanınmış simalar da medianın, sosial şəbəkələrin gündəminə apardıqları effektli seçki kampaniyasının təsiri ilə deyil, müxtəlif diskusiyalarla, çəkişmələrlə gəlirlər.

Məsələn, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli, 16 sayl Yasamal Seçki Dairəsindən isə partiyanın qurucu üzvü Erkin Qədirlinin deputat mandatı alacaqları barədə müzakirələr gedir. Bu ehtimallar isə hələ seçkidən xeyli əvvəl gündəmə gəlmişdi. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) hər iki dairədən formal namizədlər irəli sürməsi isə sözügedən 2 ReAL təmsilçisinə mandat veriləcəyi ehtimalını daha da qüvvətləndirdi. Bu alternativsizliyi bir “Feysbuk” statusunda Erkin Qədirlinin özü belə ifadə etmişdi:

"16 saylı Yasamal ikinci Seçki Dairəsinin indiki durumu çox mənasızdır. Orada udmaq belə ayıbdır. Çox urvatsız qələbə olacaq. O da olacaqsa. Bu dairədən 25 namizəd var, özümdən başqa heç kimi tanımıram. Heç özümü tanıdığıma da əmin deyiləm..."

Milli Şuranın sədri Cəmil Həsənlinin açıqladığı deputat siyahısında N.Cəfərlinin və E.Qədirlinin də adlarının olması isə, sanki, odun üzərinə yağ tökdü. Xatırladaq ki, C.Həsənli 125 dairə üzrə hakimiyyətin hansı namizədə mandat verəcəyini əks etdirən siyahı yaymışdı. ReAl-ın hər iki namizədi C.Həsənliyə açıq narazılıqlarını bildirdilər. Natiq Cəfərli Milli Şuranın sədrini ağır ifadələrlə ittiham etməkdən də çəkinmədi.

Erkin Qədirli isə, incikliyini həmkarından bir qədər “yumşaq formada belə ifadə etmişdi: “Cəmil Həsənli o boyda siyahını yazmaq yerinə, bir kəlmə yazaydı ki, Milli Məclisi Natiq Cəfərliyə və Erkin Qədirliyə görə buraxıblar”.

“ReAL”çıların, deputat olub-olmayacaqları məlum olmasa da, onların apardıqları seçki kampaniyasını kifayət qədər uğursuz saymaq olar. Məsələn, Natiq Cəfərli sosial şəbəkədə seçki dairəsi ərazisində guya aktiv kampaniya apardığını əks etdirən fotolar yayımlayır. Amma fevralın 2-də onun Lökbatan Mədəniyyət Evində seçicilərlə keçirdiyi görüşdən yayılan fotolar, reallığın əslində nədən ibarət olduğunu göstərdi. 360 nəfərlik zalın bir küncündə 40-50 nəfərlə bir aya gələn namizədin piar menecerləri fotodakı boş yerləri gizlətmək üçün xeyli əziyyət çəkiblər. Buna baxmayaraq N.Cəfərlinin partiyadaşları və dostları sosial şəbəkələrdə "möhtəşəm görüş"lə bağlı postlar paylaşıb, onu təbrik ediblər.

Maraqlı məqamlardan biri də odur ki, əgər, hakimiyyət ReAL üzvünün deputat seçilməsində maraqlıdırsa, lazım olan görüntünü niyə təmin etmədi?

Görünür, ya Natiq Cəfərlinin deputat olacağı barədə ehtimallar bir qədər şişirdilib, ya da hakimiyyət ReAL namizədlərini urvatsız edərək mandat vermək istəyir.

Erkin Qədirli isə ümumiyyətlə seçkiyə könülsüz qoşulub. O, əvvəldən qeyd edib ki, seçkidə hər hansı saxtakarlıq olacaqsa, parlamentdə oturmayacaq və deputat mandatından imtina edəcək. Digər tərəfdən isə demək olar ki, təbliğat-təşviqat kampaniyası aparmır. Seçki kampaniyasının bitməsinə 4 gün qalsa da, ReAL-ın namizədi ancaq təşviqat materiallarını paylayıb, bir neçə məhəllə və binada sakinlərlə söhbət edib. Onun "Facebook" səhifəsində bir dənə də olsun seçki kampaniyasını əks etdirən foto paylaşılmayıb.

Bundan sonrakı seçki təşviqatını isə E.Qədirli evindən idarə etmək niyyətindədir. Bunu dünən özü bəyan edib. Sitat: “Söz verdiyim kimi, bu gündən başlayaraq, hər axşam saat 21:00-da səhifəmdə canlı yayım olacaq, seçki təşviqatı kontekstində danışacağam".

Əlbəttə, Erkin Qədirli tanınmış şəxsdir, sosial şəbəkələrdə kifayət qədər izləyicisi var. O, bir namizəd kimi seçki platformasını internet üzərindən, müasir kommunikasiya vasitələri ilə seçicilərə çatdıra bilər.

Amma bu üsullar, ReAL partiyasının parlament seçkilərinə qatılmaq qərarında göstərilən hədəflərlə üst-üstə düşmür. Partiya bəyan edib ki, əsas məqsədi əhalini fəallaşdırıb seçkiyə gətirmək, seçkiyə inandırmaq və səsləri ictimai təzyiqlə qorumaqdır. Şübhəsiz ki, bu hədəfə çatmağın birinci şərti namizədlərin qızğın seçki kampaniyası aparması, seçicilərlə intensiv işləməsidir. Amma ReAL-ın ən parlaq iki funksioneri bu istiqamətdə nə edirlər? Natiq Cəfərli görüntü yaratmağa çalışırdı, alınmadı. Erkin Qədirli isə evə qapanmağa üstünlük verdi.

Yeni yaradılmış siyasi partiyanın vətəndaşlarla ciddi iş aparmasına, dəstəyini artırmasına, proqramını yaymasına, cəmiyyətdə özünə inam yaratmasına ehtiyac var. Seçki prosesi bu fəaliyyət üçün ən uğurlu zaman sayılır. Amma ReAL-ın namizədləri buna çalışırlarmı? Göründüyü kimi, namizədlər partiya maraqlarını açıq şəkildə görməzdən gəlirlər.

Başqa tərəfdən, namizədlərin seçicilərlə birbaşa ünsiyyəti, seçki texnologiyalarının ən vacib şərtidir. Bu zaman seçiciyə ehtiram göstərilir, onların arzuları, problemləri özlərindən eşidilir. Vətəndaşa göstərilən bu sayğı və diqqət, əlbəttə, cavabsız qalmır. Hakimiyyəti daim seçiciyə hörmətsizlik etdiyinə görə tənqid edən müxalifət partiyasının özü iqtidar nümayəndələri ilə eyni dairədə fırlanır. Bu paralellik, sinxron yanaşma, əlbəttə, cəmiyyətin diqqətindən yayınmır. Yəqin ki, hakimiyyətin də nəzərindən qaçmayacaq...
AzPolitika.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru