Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...
Tarix: 15-07-2019, 10:31 | Çap et
İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb...
Son günlərin əsas müzakirə mövzusu kənd təsərrüfatı məhsullarının bahalaşmasıdır. Doğrudan da yayın ən qızğın dövrü olmasına baxmayaraq mövsüm meyvə və tərəvəzlərinə əl vurmaq mümkün deyil. Qiymətlərinin ən ucuz olması gərəkən meyvə-tərəvəzlərin qiymətləri qışın oğlan çağından fərqlənmir. Adi pomidor-xiyar almaq sadə vətəndaş üçün əlçatmaz olub. Digər məhsullarda da vəziyyət eynidir. Bazarlarda həm qiymət,həm də keyfiyyət problemi hökm sürür.
Sonuncu maaş və pensiya artımlarından sonra binəva vətəndaş heç düz-əməlli sevinməmiş soğanın qiyməti elə həddə çatdı ki, adamın yeməmiş də içi göynəyir. Kartofdan isə danışmağa dəyməz. Artıq ikinci ildir ki, qarpız bazarlarda az qala avtoritetlik edir. Vətəndaş isə bazarlardan əli boş üzü qara geri dönməyə məcbur olur. Qiymətlər hər gün qalxır-necə deyərlər sürətlə inkişaf edir.
Məlumdur ki, bizim istənilən məmurdan, bu sahəyə cavabdeh olan ən böyük vəzifə sahibi İnam müəllimdən bunların səbəblərini soruşsaq, havadan başlayıb suda qurtaracaq, Rusiyanı İrana, İranı Türkiyəyə qatacaq, xiyarın biqeyrətliliyindən, qarpızın satqınlığından, soğanın acı taleyindən danışacaq. Amma heç kimi inandıra bilməyəcək, adamın adının İnam olması da köməyə gəlmir bu zaman. Çünki, hər gün bazardan boş torba ilə evinə gəlib televizorda “qarpız kəsdim bal kimi” mahnısını eşidəndə “yalançının...” deyərək kanalı dəyişən vətəndaşın bu sözlərə qarnı toxdur. Görün nə günə qalmışıq ki, Rusiya gömrüyü Azərbaycanın pomidor xiyarını bəyənməyib geriyə qaytaranda sevinirik ki, bazarlarda qiymətlər bir az ucuzlaşacaq. Baxmayaraq ki, urus qağaların bəyənmədiyi o pomidor-xiyarın hansı keyfiyyətdə olması, sağlamlığımıza necə təsir göstərməsini heç fikirləşən də olmur. Çünki, biz yeyib-içən xalq olduğumuz üçün belə şeylərə çox da fikir vermirik. Ümumiyyətlə əvvəllər lağ obyekti olan, bir-birinə sataşmaq üçün istifadə edilən “xiyar” sözü artıq bəy tərifinə çevrilməkdədir. Qiymətlər bir az da qeyrət eləsə xiyar müəllimin şəninə dastanlar, mahnılar belə yazıla bilər.
İndi pomidor-yumurta üzünə həsrət qalan, gecələr yemişin xəyalına sarılaraq yatan sadə insanlardan biri İnam müəllimdən soruşsa ki, bəs dövlətin illərdir kənd təsərrüfatına sərf etdiyi milyardlar hara getdi, görəsən nazirimiz nə cavab verər? Ümumiyyətlə təzə nazirimizin gəlişindən sonra hamı sevincək olmuşdu. Xüsusilə onun quzu ilə şəkil çəkdirməsindən sonra bir sıra tənqidçilər əməlli-başlı quzuya dönmüşdülər. Amma quzuların səssizliyi çox çəkmədi. Nazirlə selfidən sonra quzu ətinin qiymətləri kosmik sürətlə artmağa başladı. Beləcə nazirin qucağında quzu kimi uanan heyvancığaz tədriclə and yerinə, sitayiş obyektinə çevrildi. Yazını çapa hazırlayarkən İnam müəllimin yeni şəkillərini axtardıq ki, bəlkə bilməyib pomidor-xiyarla,yemiş-qarpızla da şəkil çəkdirib. Yoxsa bunlara birdən nə oldu ki, özlərini belə yuxarıdan aparmağa, bəzi məmur balaları kimi harınlıq etməyə başladılar. Şükürlər olsun ki, belə selfiyə rastt gəlmədik. Odur ki, son qiymət artımlarında kənd təsərrüfatı nazirimizin günahkar olması, düzgün iş prinsipi qura bilməməsi haqqında söylənilən iddialar özünü doğrultmadı. Nədən ki, ortada şəkil sübut yoxdur. Ol səbəbdən bu hadisələrdən təxribat iyinin gəlməsi daha inandırıcıdır. Yoxsa ki, İnam müəllim neyləsin ki, bütün kənd təsərrüfatı sahəsi inhisardadır. Bir inhisarçı başqasının xiyarına qətiyyən toxuna , onun dediyi qiymətə şəkk gətirə bilməz. Yazıq kəndli əkdiyini-biçdiyini bazarlara çıxara bilmirsə, İran kartofu Gədəbəydə lotuluq edirsə burda cənab nazirin nə günahı? Dövlət hər il milyonlarla subsidiya ayırdığı halda məhsuldarlıq ildən-ilə aşağı düşürsə İnam müəllimi qınamaq insafsızlıqdır. Odur ki, bazara gedəndə imkan edib pomidor-xiyarla, yemiş-qarpızla bir selfi çəkin. Gələcəkdə nəvə-nəticələrin yanında basıb-bağlamaq üçün!
\\rublika.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru