Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir .....                     Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? .....                     Pezeşkianın səfərində Zəngəzur detalı .....                     Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi .....                     Vəkillər Kollegiyasına üzv olmaq istəyən .....                     Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək .....                     Müştərisi 'Unibank'a ÜSYAN ETDİ .....                     Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? .....                     "Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq" .....                     İranlı ekspertdən ŞƏRƏFSİZLİK .....                     Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? .....                     Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər .....                     Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? .....                     “Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” .....                     "Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" .....                     Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA .....                     Ulvira Qarayevaya vəzifə verildi .....                     Öldüyü deyilən müğənni SAĞ İMİŞ .....                     Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                 

İlham Rəhimovla Ruhi barışdı və miras savaşı başladı - Şok təfərrüat
Tarix: 21-04-2017, 11:24 | Çap et
İlham Rəhimovla Ruhi barışdı və miras savaşı başladı
Müğənni, biznes-ledi Ruhinin (Ruhiyyə Əliyeva) həyatında yeni bir səhifə açılıb. Sənətçinin uşaqlarının atası, Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan azərbaycanlı oliqarx-professor İlham Rəhimovla barışdığı xəbəri yayılıb.

1 milyonluq ev, "Lexus” və...

BakiPost.az-ın məlumatına görə, keçmiş cütlüklərin ulduzu yenidən qoşalaşıb və küsülülüyə son qoyulub.

Deyilənə görə, bu barışıq Ruhi və uşaqları üçün düşərli olub. Belə ki, İ.Rəhimovun övladlarına sahib çıxdığı, onları bahalı bağçaya qoyduğu, şəhərin mərkəzində hərəsinə bir mənzil aldığı xəbər verilir.

Bu mənzillərə təxminən 1 milyon pul xərcləyən milyarder professorun Ruhini də hədiyyəsiz qoymadığı, ona son model "Lexus” markalı avtomobil hədiyyə etdiyi bildirilir.

Yada salaq ki, onlar uzun müddət vətəndaş nikahında yaşayıblar və sonradan ayrılıblar. Bunun səbəbləri barədə bir qədər sonra...

Tərəflərin barışmasına gəlincə, Ruhi BakiPost.az-a bununla bağlı açıqlama vermək istəməyib.

İlham Rəhimovla Ruhi barışdı və miras savaşı başladı


Uşaqlar heç vaxt görmədikləri atanı necə tanıdılar?

Oxucularımızın bəzilərinə bəlli olduğu kimi, müğənni ilə milyarderin münasibətlərinin qurulması və onların ayrılmasının çox maraqlı tarixçəsi var.

Əvvəla İ.Rəhimovla R.Əliyeva həmyerlidirlər. Müğənni 1977-ci il, martın 8-də Tovuzun Aşağıeyyublu kəndində dünyaya göz açıb.

Yeri gəlmişkən, münasibətlərinin olduğu illərdə hər 8 mart Ruhi üçün xüsusi keçirmiş. Həm doğum günü, həm xanımlar günü münasibəti ilə Putinin dostu Ruhini ən bahalı hədiyyələrə qərq edirmiş...

İ.Rəhimov özü isə 1951-ci il, yanvarın 14-də Tovuzda doğulub. Onların arasında 22 yaş fərqi var.


Görüş belə baş tutub...


BakiPost.az ata İlham Rəhimovun doğulandan bəri üzlərini görmədiyi 6 yaşlı oğulları ilə ilk görüşü barədə olduqca maraqlı məlumatlar öyrənib. Məlum olub ki, bir müddət əvvəl İ.Rəhimovun qohumlarından biri hansısa məclisdə uşaqları görür və onların şəklini çəkərək professora çatdırır. İ.Rəhimov fotoları görər-görməz heyrətlənir, professor uşaqların ona həddindən artıq çox oxşadığını deyir.

Guya, elə məhz bu nüans onu yumşaldıb, necə deyərlər, ürəyinin "sarı simi”nə toxunub. Odur ki, bu hadisədən sonra Ruhidən uşaqları onunla görüşdürməsini xahiş edir.

Və... bu görüş baş tutur və əkizlər dərhal atalarını tanıyırlar. Bu, onların hər gün şəklini gördüyü adamdır...

Bundan sonra uşaqlarla görüş intensiv xarakter alır. Bu əsnada yaranmış fürsət Ruhi ilə İ.Rəhimovun əlaqələrini yeni məcraya yönəldir və onlar barışmağa qərar verirlər. Davamında isə professor uşaqları himayəsinə götürmək qərarına gəlir.

İlham Rəhimovla Ruhi barışdı və miras savaşı başladı

İndi onların bir ailə şəklində yaşayıb-yaşamadığı haqda müfəssəl məlumat olmasa da, tez-tez görüşdükləri xəbər verilir.

Bu ayrılıq nədən oldu? - Dosye

İ.Rəhimovla Ruhi uzun müddət vətəndaş nikahında yaşayıblar. Böyük sərvət, bahalı həyat, dünyanın ən füsünkar guşələrinə səyahət... və s.

Ancaq bütün bu dəbdəbəli, lüks həyat tərzi müğənni ilə milyarderi heç cür tam şəkildə xoşbəxt edə bilmir. Səbəb cütlüklərin övladlarının olmamasıdır.

Qaynağımız bildirir ki, cütlük övlad sahibi olmaq üçün dünyanın hər yerində şəfa axtarır. Hər dəfə də ümidsiz, üzücü xəbərlər alırlar.

Lakin padşahın nağıllarında olduğu kimi, illər sonra gözlənilmədən Ruhi hamilə qalır. Bu xəbər onları şoka salmaya bilməzdi.

Amma elə gözlənilmədən də Ruhi bu şad xəbərin mükafatını ala bilmir. Cəmi iki ay sonra müğənni ilə milyarderin yolları ayrılır.

Qeyri-müəyyən səbəbdən İ.Rəhimov Ruhinin hamiləliyinə inanmır.

İlham Rəhimovla Ruhi barışdı və miras savaşı başladı

Hətta onlar ayrılandan sonra professora yaxın çevrədən mətbuata ötürülməsi şübhə doğurmayan məlumatlarda Ruhinin uşağa qalmasının mümkün olmadığı bildirilirdi. Amma bu informasiyalar özünü doğrultmur və Ruhi əkiz oğlan dünyaya gətirir.

Həmin ərəfədə İ.Rəhimovun onu tək qoyması, Ruhiyə qarşı hətta düşmən mövqeyində dayanması, bu azmış kimi, o dövrün ciddi siyasi fiqurlarından olan deputat Rəbiyyət Aslanova ilə rəsmən evlənməsi müğənnini çox ciddi çətinliklərlə üzləşdirir.

Mətbuatda gedən yazılar, ətrafın münasibətindən o, həyatının və doğulacaq körpələrinin təhlükədə olduğu qənaətinə gəlir. Buna görə də Türkiyəyə gedərək, heç kimin bilmədiyi bir ünvanda yaşayır və uşaqlarını orada dünyaya gətirir.

Təbii ki, dövrün ciddi siyasi qanadlarından birində təmsil olunan R.Aslanova və Kremldə ən yüksək əlaqələrə malik İ.Rəhimov qarşısında, onların gözlənilən təzyiq və təhdidləri önündə bir müğənninin tab gətirməsi absurd olardı. Ona görə də İ.Rəhimovun onun hamiləliyinə inanmadığı halda, Türkiyəyə gedərək orada əkizləri doğur.

Ən maraqlısı isə belə bir məqamda müğənninin uşaqlarına ata babalarının adını qoymasıdır.

Belə ki, İ.Rəhimovun atasının adı Məhəmmədhəsən olub və hazırda əkizlərdən biri Məhəmməd, digəri Həsən adını daşıyır. Hətta cütlüklərin ayrılmasına baxmayaraq, uşaqlar gözünü açandan heç vaxt görmədikləri atalarını tanıyıblar.

Bunun üçün Ruhi qəribə bir jest edib. O, uşaqların otağına İ.Rəhimovun portretini asıb və onlara bu insanın kim olduğunu izah edib. Ona görə də uşaqları ataları ilə 6 yaşlarında ilk dəfə görüşəndə onu dərhal tanıyıblar...

Rəbiyyət Aslanova ilə siyasi nikahın sirri

İlham Rəhimovla Ruhi barışdı və miras savaşı başladı

Bir daha qeyd edək ki, belə bir çətin vəziyyətdə - hamilə olduğu halda milyarderin gənc, gözəl qadını atıb getməsinə, 66 yaşlı R.Aslanova ilə evlənməsinə baxmayaraq, Ruhi bu günə qədər uşaqlarının atası kimi professoru təqdim edib.

Ancaq bu işdə ən müəmmalı və sirr pərdəsi hələ də açılmayan məqam İ.Rəhimovun R.Aslanova ilə niyə evlənib, niyə tez bir zamanda boşanmasıdır.

Bəli, belə ehtimallar var idi ki, onların ailə qurması sırf siyasi addımdır. Yəni, Putinin dostu oğlu Prezident Administrasiyasında şöbə müdiri olan R.Aslanova ilə siyasi məqsədlərə çatmaq üçün evlənir.

Amma çox keçmədi ki, Nurçu qalmaqalı işində "vurulan” Elnur Aslanov vəzifədən getdi və ümumilikdə Aslanovlar çökdü və... həm də İ.Rəhimov Aslanovlarla vidalaşdı.


Amma hələ də mübhəm olaraq qalır ki, İ.Rəhimov R.Aslanova ilə evlilikdə hansı siyasi amallarına çatmaq istəyirmiş.


Varislərin savaşı

İlham Rəhimovla Ruhi barışdı və miras savaşı başladı


İndisə İ.Rəhimov təzədən Ruhiyə qayıdıb, uşaqlarını himayəsinə götürüb. Amma gələn informasiyalar deməyə əsas verir ki, bu vüsal çütlüyə yenə də tam xoşbəxtlik vəd etmir. Çünki ortada yeni bir konflikt ocağı yaranmaqdadır. Məsələ varislik uğrunda savaşdan gedir. Milyarderin birinci ailəsindən iki qızı var və İ.Rəhimovun varidatının hazırda varisləridir.

Ruhidən olan əkiz oğlanlar isə hələlik rəsmi şəkildə atalıq himayəsinə götürülməyib, əgər bu, baş verərsə, o halda milyarderin mirası üstündə həngamə qopacağı, varislik mübahisəsinin yaranacağı istisna edilmir.

Baxmayaraq ki, hələlik tərəflər arasında isti münasibətlər hökm sürür: varis qızlar Məhəmməd və Həsən kimi uşaqlara maraqlı tapıntı kimi baxırlar. Onlar ailəlikcə tez-tez görüşüb, məclislər qururlar. Ancaq həmin o şirin "kuklalar” rəsmi övladlığa götürüləndə, yəni varis olanda bu oyunun necə davam edəcəyini proqnozlaşdırmaq çox da çətin deyil...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir - KİV
Bu gün, 10:35
Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? - det
Bu gün, 10:25
Pezeşkianın səfərində Zəngəzur detalı – “Dəyişilik gözlənilir”
Bu gün, 10:21
Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi
Bu gün, 07:01
Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər bu gün imtahan verəcək
Bu gün, 06:59
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək - DİQQƏT
Bu gün, 06:57
Müştərisi 'Unibank'a ÜSYAN ETDİ - NARAZILIQ VAR...
Bu gün, 06:54
Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? - GƏLİŞMƏ
Bu gün, 06:35
"Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq"
Bu gün, 06:16
İranlı ekspertdən ŞƏRƏFSİZLİK - “Azərbaycana qarşı döyüşməyə hazıram”
Bu gün, 06:12
Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 06:09
Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər - AKTUAL
Bu gün, 06:01
Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Bu gün, 00:45
Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Bu gün, 00:41
“Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Bu gün, 00:38
"Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Bu gün, 00:33
Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Bu gün, 00:27
Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 00:22
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
Dünən, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Dünən, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Dünən, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Dünən, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Dünən, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Dünən, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Dünən, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Dünən, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Dünən, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Dünən, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Dünən, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Dünən, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Dünən, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Dünən, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Dünən, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Dünən, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Dünən, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Dünən, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Dünən, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Dünən, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Dünən, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Dünən, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Dünən, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Dünən, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Dünən, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Dünən, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Dünən, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Dünən, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Dünən, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Dünən, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru