Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

“BİZİM MİLLƏT MÜTİ OLMAĞA LAYİQ DEYİL”
Tarix: 27-05-2012, 11:13 | Çap et
“BİZİM MİLLƏT MÜTİ OLMAĞA LAYİQ DEYİL”

“İQTİDAR DA, MÜXALİFƏT DƏ XALQ ONLARIN TƏRƏFİNDƏ OLANDA GÜCLƏNİR”

DİA.AZ: - Azərbaycandakı ictimai-siyasi durum və cəmiyyət olaraq qarşılaşdığımız problemlərlə bağlı Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ilə söhbətləşdik.

- Bir ziyalı olaraq ölkədəki vəziyyəti necə dəyərləndirərdiniz?
- Bir ziyalı olaraq mənim ölkədə cərəyan edən proskslərə münasibətim olduqca mənfidir. İqtisadi inkişafın paytaxtın simasında öz əksini tapmasına rəğmən əhalinin sosial-iqtisadi durumu çox pis vəziyyətdədir. В»EurovisionВ» ərəfəsi şəhərin abadlaşdırılması çox yaxşıdır və mən də bir vətəndaş olaraq bundan razıyam. Amma bütün bunlar nəyin bahasınadır? Bu gün ən çox arzuolunan məsələ əhalinin rifahının düzəlməsidir. Çünki bu gün camaat sosial problemlər məngənəsində sıxılmaqdadır. Hamı bir tikə çörəyin hayındadır.

- Daha çox nədən narazısınız?
- Bu gün məni ən çox narahat edən odur ki, millət düşüncəsini itirib. Mənim yaşım çoxdur, sovet dövrünün çətin dönəmlərindən keçib bu günə gələnlərdən biriyəm. Necə ağır bir durum olsaydı belə özünü ziyalı sayan, ziyalı hesab olunan təbəqə xalqa öz fikirlərini çatdırmaq yollarını tapırdılar. Kimisi öz əsəri, kimisi hansısa formada öz addımı, kimiləri də bir başqa vasitələrlə xalqı ayıltmağın yollarını düşünürdü. Totalitarizmin höküm sürdüyü bir cəmiyyətdə Bəxtiyar Vahabzadə və onunla bir sırada duran yazarlarımız vardı ki, onlar öz əsərləri ilə camaatı oyatmağa çalışırdılar. Anarın özü həmçinin. Amma bu gün Anar susub. Sovet hökumətinə qarşı çıxan Anar bu gün ağzını açıb bir kəlmə söz deyə bilmir. Millətin aydınları da qabaqda getməsə, millətin aydınları da yol göstərməsə, onda millət manqurta çevrilir. Bu gün məni ən çox narahat edən də odur ki, millət manqurta çevrilməsin. Yəni bu gün bizim hər zamankından daha çox millətin öz sözünü deməyə gücünün çatmasına, öz haqlarını tələb etməyi bacarmasına ehtiyacımız var. Bizim millət müti olmağa layiq deyil. Çünki millətimiz heç zaman belə olmayıb. Bu gün isə millət çörək tapıb ailəsini doyuzdurmaq hayındadır.

- Deyirsiniz ki, xalqı düşdüyü vəziyyətdən xilas etmək üçün səfərbər edəcək ziyalılar ordusunun böyük əksəriyyəti susqunluğa qərq olub. Bu susqunluğun səbəbi nədir?
- Qorxu.

- Kimdən və nədən?
- Bilmirəm nədən. O ziyalılar ki, hərəsi öz sahəsində gücü çatan qədər sovet dövründə insanları ayıltmağa çalışırdılar, onların hərəsi bu gün bir kənara çəkilib, ancaq öz ilələrini, şaqlarını düşünürlər. Düzdür, bu gün də qabaqda olan aydınlarımız var. Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Eldar Namazov və digərləri yenə də öndədirdər. Amma onlar azdırlar. Sovet dönəmində ziyalılarda saf ruh vardı və onlar milləti şüurlu düşünməyə çağırırdılar.

- Azərbaycanda insan haqları qorunur və yaxud da əksinə, insan haqları kütləvi şəkildə kobudcasına pozulur?
- Şübhəsiz, Azərbaycanda insan haqları kütləvi şəkildə kobudcasına pozlur. Özü də məmurlar tərəfindən. Korrupsiya baş alıb gedir, məhkəmələr korrupsiyanın yuvasına çevriliblər. Biz bir çox məsələlərlə bağlı məhkəmə işlərində yaxından iştirak edirik. Həmin məhkəmə işlərinin əksəriyyəti də qadınlarla bağlı olur. Bir çox hallarda da biz həmin məhkəmələrdə uduruq. Bizim cəmiyyətimiz artıq neçə illərdir oturuşduğu üçün 10 məhkəmə işindən heç olmasa beşini uduruq. Amma elə məhkəmə sədrləri, hakimləri var ki, onlar həqiqətən də özlərinin mantiyasını qürurla daşıya, haqqı, ədaləti qoruya bilərlər. Elələri də var ki, onlar ağa qara deyib dururlar. Bir insana ki, küçəyə çıxıb В»Azadlıq!В» dediyi üçün 3 il həbs cəzası verilir, bu, hansı məntiqə, hansı ədalətə, hansı əxlaqa, hansı haqqa söykənir?

- İqtidarla müxalifət bir birini Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicini korlamaqda ittiham edir. Sizcə bu məsələdə daha çox kim haqlıdır?
- Əgər hakimiyyət ölkənin imicinin korlanmasını istəmirsə o zaman vicdan məhbuslarını azadlığa buraxsın. Görək ondan sonra hansısa müxalifət təmsilçisi küçəyə çıxacaq? Hakimiyyət belə bir addım atarsa, bütün beynəlxalq aləmdə Azərbaycanın imicinin yaxşıya doğru düzəlməsində böyük iş görmüş olar. Baxmayaraq ki, Rusiyada da siyasi məhbus məsələsi vardı, amma orada В»EurovisionВ» yarışması keçirildi. Ermənistanda da, Gürcüstanda da, Özbəkistanda və bütövlükdə əksər ölkələrdə siyasi məhbus məsələsi var, amma Azərbaycan onlardan fərqli ölkə olduğunu dünyaya bəyan etməlidir ki, daha da irəli getmiş olsun.

- Hakimiyyət müxalifəti radikallıqda, düşmən mövqeyindən çıxış etməkdə günahlandırır...
- Xeyr, əsla bu belə deyil. Mənim müxalifətdə təmsil olunanlarla yaxından məlumatım var. Müxalifət hər dəfə müəyyən vasitələrlə hakimiyyətə jest edir, güzəşdə gedir. Neçə dəfələrlə Müsavatın başqanı İsa Qəmbər В»EurovisionВ» yarışmasını siyasiləşdirməyin əleyhinə olduğunu bildirib, çox vaxt aqressiv olmayıb da. Belə olan halda bunlar nə istəyir?

- Eyni zamanda müxalifətin xarici qüvvələrin əlində vasitə olduğu ittihamı var...
- Azərbaycan müxalifətində təmsil olnanlar ziyalı insanlardır və onlar ölkənin dağıntılara məruz qalmasını, bir nəfər də olsun kiminsə burnunun qanamasını istəməzlər. Əbülfəz Elçibəy məhz ona görə hakimiyyətdən də, paytaxtdan da getdi ki, qardaş-qardaşı öldürə bilər. Azərbaycan müxalifəti digər ölkələrin müxalifətindən fərqli olaraq çox-çox yüksəkdə dayanır, heç vaxt da kiminsə əlində alət olmayıb. Eyni zamanda da Azərbaycan hakimiyyəti də kiminsə göstərişi ilə öz siyasətini müəyyənləşdirmir. Özü öz siyasətini müstəqil olaraq yürüdür. Xarici siyasətini də çox təmkinli, ehtiyyatlı aparır. Axı Azərbaycan müxalifəti nə edib ki, kiminsə əlində ələtə çevrilməkdə təqsirləndirilir, haranı dağıdıb ki, dağıdıcılıqda ittiham olunur? Müxalifət nə deyir ki? Müxalifət deyir ki, imzaladığınız beynəlxalq konvensiyaların şərtlərinə, götürdüyünüz öhdəliklərə əməl edin. Heydər Əliyevin son çıxışlarının lent yazısını izlədim. O, müxalifətlə danışıqlar aparılmasının, bir massa arxasında oturmağın, müxalifətə əl uzatmağın zəruriliyindən danışırdı. Axı bunları hakimiyyətdəkilərin böyüyü, liderləri deyib. Doğrudan da Heydər Əliyev müxalifətlə dil tapırdı, jurnalistlərin yanına gedirdi və mətbuat tərəfindən qəbul olunurdu da. 1993-98- kimi müxalifətdən çox adam həbs olundu. Amma sonra onların hamısı Heydər Əliyev tərəfindən azadlığa buraxıldı. O, jurnalistləri həbs etmirdi və onun vaxtında müxalifətin izdihamlı mitinqləri də keçirilirdi. Heydər Əliyev güclü insan idi, heç kimdən də qorxmurdu. Deməli, bu hakimiyyət qorxur ki, mitinqlərin keçirilməsinə də icazə vermir.

- Hakimiyyət nüfuz, yoxsa zor baxımından güclüdür? Hansı halda hakimiyyətlə müxalifəti bərabər müstəvidə görmək olar?
- Bir birinə bərabər olduqlarını deyə bilmərəm. Hesab edirəm ki, müxalifət də bir balaca gücsüzləşib, iqtidar da gücsüzdür ki, özünü belə aparır. Nüfuza gəlincə, xalqın nə iqtidarı, nə də müxalifəti sevdiyini görmürəm. Bu gün xalqı nə iqtidar, nə də müxalifət düşündürür, xalq yalnız bir tikə çörək tapmaq çabasındadır. İqtidar düşərgəsində də çox gözəl insanlar var və onlar bu vəziyyəti yaxşı başa düşürlər. Eyni zamanda müxalifətdə də çox gözəl insanlar var ki, biz onlarla dərdləşə bilirik. Yəni o tərəfdə də, bu tərəfdə də nüfuzlu insanlar kifayət qədərdir. Sadəcə olaraq yürüdülən siyasət pisdir. Bu gün müxalifətlə iqtidarın bir birinə qarşı real addım atması 13 siyasi məhbusun azadlıca buraxılması olardı. Hesab edirəm ki, bu hər iki tərəf üçün çox böyük addım olacaq.

- Hər iki cəbhənin bugünkü duruma düşməsinin səbəblərini kimdə və nədə axtarmaq lazım gəlir?
- Millətin biganəliyində. İqtidar da müxalifət də xalq onların tərəfində olanda güclənir. Xalq isə nə onun, nə də bunun tərəfindədir.

- Ölkədəki situasiyanın dəyişdirilməsində xarici faktorlarsız mümkün olmayacağı fikrinə şərik çıxırsınız?
- Beynəlxalq qurumlar Azərbaycanda nə edə bilərlər ki? Onlar burada heç nə eləyə bilməzlər, sadəcə olaraq vəziyyətlə bağlı hesabat hazırlaya, qüsurlarlar barədə fikirlərini səsləndirə bilərlər. Amma onlar Azərbaycanda inqilab etməyəcəklər. Əgər beynəlxalq təşkilatların gücü olsaydı, bu gün biz başqa mənzərənin şahidi olardıq. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı beynəlxalq təşkilatlar neçə-neçə qətnamələr qəbul ediblər. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağsız sərhədlərin pozulduğunu deyirlər. İşğal olunmuş ərazilərin qaytarılması barədə öz mövqelərini də açıqlayırlar. Bəs niyə ərazilərimizi geri qaytarmırlar? Bütün bunların hamısını Azərbaycan müxalifəti də yaxşı bilir.

- Qərb dünyası üçün Azərbaycanda dəyişikliyin olb olmamasının fərqi yoxdur, yoxsa, burada daha çox İran və rusiya faktorundan ehtiyatlılıq var?
- Azərbaycanın yerləşdiyi geopolitik durum elədir ki, Qərb dünyası ondan da ehtiyatlanırlar. Hızarkı durumda onlar üçün həm rusiya vacibdir, həm də İranda atom silahına malik olma prosesinin dayandırılması zəruridir. Belə bir vəziyyətdə beynəlxalq qurumlar da Azərbaycanda inqilabdan danışmağın yersiz olduğunu nəzərə alırlar. Bunu müxalifət də, iqtidar da bilir.

- Müsəlman ölkələrinin zəngin sərvətlərə malik olması faktının baş bəlasına çevrildiyi iddia olunur. Necə düşünürsünüz, zəngin milli sərvət, yoxsa ondan istifadə imkanlarının düzgün qiymətləndirilməməsi fəlakətlərə yol açır?
- Milli sərvətin baş bəlasına çevrilməsi fikri yanlış yanaşmadır. Norvec də zəngin təbii sərvətlərə malik ölkədir. Bu ölkə insanların ən çox məvacib aldığı dövlət kimi tanınır. Ən çox təqaüd alanlar da Norveçdədir və hər bir insanın adına nə qədər böyük miqdarda pul yazılır. Bəs niyə onlarda da rüşvət, korrupsiya faktlarına rast gəlinmir? Əgər hakimiyyət rüşvətin kökünü birdəfəlik kəsməkdə maraqlıdırsa, onda indiyə qədər yığılan rüşvətə toxunmadığını, amnistiya verdiyini, amma bundan sonra hər hansı formada belə bir fakt aşkarlanarsa, məsuliyyətdən qurtara bilməyəcəklərini açıq şəkildə bəyan etsin. Yəni Gürcüstan prezidenti Saakaşvilinin həyata keçirdiyi tədbirlər Azərbaycanda da reallaşdırılmalıdır. Belə bir istəq həqiqətən ortaya qoyularsa, görün ondan sonra rüşvətin kökü kəsiləcək, yoxsa yox.

- Azərbaycanda QHT rəhbərlərinin həbsi təcrübəsi də var…
- Bu yaxınlarda həbs olunan Oktay Gülalıyevin tutulması çox pis faktdır. Oktay Gülalıyevin həbsinə gəlincə, o hansısa qeyri-qanuni hərəkətlərə yol verməyib, sadəcə olaraq orada seminar keçirib, əhalinin haqlarını araşdırıb. Ona görə də onu azadlığa buraxmalıdırlar. Ucardan Xasməmmədov adlı hüquq müdafiəçisi vardı və o da həbs olunsa da adını çəkən yoxdur. В»Qurdlar VadisiВ» başlıqlı yazısına görə başı bəlalar çəkib. Eyni zamanda ucarlı jurnalist Fuad Hüseynovun həbsi barədə kimsə danışmır. Nə var, nə var o Ucarda bir polis rəisini öz yazısında tənqid edib. Neçə dəfə onu həbs ediblər, biz azadlığa buraxdırmışıq. Amma yenə də onu tutublar və üzünə də yalançı şahidlər qoyublar. Həmin insanlar Fuadın üzünə durmaqda, yalan ifadə verməkdə məcbur edildiklərini etiraf ediblər. Bilirsiniz, bizdə kim ki, üzdədir, kimin ki, proyekti vardı və ona görə pul almışdı onların adları çəkilir. Amma sadə insanlar heç kimin yadına düşmür. Minlərlə o insanlar bizim yanımıza gəlir ki, onların hüquqları hardasa müdafiə olunmayıb. Axı günahsız həbs olunanlar təkcə üzdə olan jurnalist, hüquq müdafiəçisi, siyasətçi deyil.

- Prezidentlə görüşmək üçün müraciət etmişdiniz. Nə yerdə qaldı həmin müraciət?
- Biz hələ ki, gözləyirik. Biz prezidentə monitorinq qrupu adından müraciət etmişik. İnsan haqları ilə bağlı Azərbaycandakı vəziyyətə dair dövlət başçısına sözümüzün oldğunu bildirmişik. Hətta bu vəziyyətdən çıxış yolları barədə təkliflərimizi də hazırlayıb hökumətə göndərmişik. Bu məsələdə Qubad İbadoğlu bizə köməklik göstərib və sosial problemlərdən xilas yollarını açıqlayıb. Amma buna cavab yoxdur. Təkcə paytaxtda deyil, bütövlükdə ölkənin hər yerində məmur özbaşınalığından bəhs edən sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru