BU DA OLACAQDI
Tarix: 23-05-2012, 13:51 | Çap et
AZƏRBAYCAN-İRAN SƏRHƏDDİ BAĞLANDI
Bu saatlarda Astara rayonundan aldığımız məlumata əsasən İranla-Azərbaycan sərhəddi bağlanıb. Sərhəddə olan vətəndaşlar GUNDEMİNFO.AZ-a bildiriblər ki, 24 saatdan artıqdır ki, sərhəddən yük maşınlarının buraxılması yasaqlanıb.
Hansı dövlət tərəfindən sərhədlərin bağlandığı barədə məlumat verilməsə də, söylənilir ki, yük maşınlarını hər iki tərəf nə İran, nə də Azərbaycan tərəfi keçid məntəqələrindən buraxmır.
Qeyd edək ki, son günlər Azərbaycanla İran arasında diplomatik gərginlik yüksələn xətlə davam etməkdədir. İranın Azərbaycandakı səfirini Tehrana çağırması, Azərbaycanın İrandakı səfirinin XİN-ə dəvət olunaraq xəbərdarlıq edilməsi prosseslərin bir qədər də gərginləşməsinə səbəb olub.
Qeyd edək ki, İran tərəfi sonuncu dəfə Bakıda səfirliyin qarşısında keçirilən aksiyada dini liderlərinin təhqir olunduğunu iddia edərək buna cavab verəcəklərini bildirməklə Bakını təhdid etməyə çalışdılar. Bunun ardından isə İranın informasiya agentlikləri total şəkildə Bakıda keçirilən В«EurovisionВ» yarışması ilə bağlı olaraq anti-təbliğat aparmağa başladılar.
Tərəflər arasında yaşanan bu gərginlik hər gün artmaqdadır. Azərbaycanın cənub rayonlarında da artıq İranın təsiri altında olan və В«EurovisionВ» yarışmasının əleyhinə təbliğat aparan mollaların həbsi reallaşıb. İki mollanının həbs edildiyi bildirilir.
Bu arada aldığımız məlumatda deyilir ki, İran səfirini geri çağıraraq Azərbaycanla sərhədlərini bağlamaq qərarına gəlib. Məlumatlara əsasən dünən İran prezidenti Mahmud Əhmədinecata, Türkiyə prezidenti Abdulla Gül bağlı qapılar arxasında məhz yük daşınmaları ilə bağlı olaraq məsələni müzakirə ediblər. Görüşdən sonra jurnalistlərə verilən açıqlama bildirilib ki, tərəflər iqtisadi əməkdaşlığı dərinləşdirməklə bağlı ciddi razılıq əldə ediblər.
GUNDEMİNFO.AZ yazır ki, İranın Pakistanla Belucistan əyalətindəki sərhədləri bağlamasından sonra yeganə quru yolu olaraq Azərbaycandan Rusiyaya, Ukraynaya yük daşınmalarını həyata keçirə bilirdi. Ekspertlərin fikirinxə İran bu qədər ağır iqtisadi şərtlərlə razılaşaraq, yəni Azərbaycanla sərhədləri qapadaraq özünü çətinə salmaz. Lakin ilkin xəbərlərdə deyilir ki, İran sərhəddi bağlamaqla Türkiyə ərazisindən Qara dənizə çıxış əldə etmək istəyir. Eyni zamanda Xəzər dənizi vasitəsilə də Rusiyaya yükdaşınmalarının həcmini artırmağı planlaşdırır.
Maraqlıdır ki, İran Azərbaycanla sərhədləri qapatmaq haqqında qərar verərsə, o zaman daha çox Naxçıvana iqtisadi zərbənin dəyəcəyi gözlənilir. Lakin bütün hallarda Azərbaycan iqtidarının İranla bağlı olaraq tutduğu mövqe dünya tərəfindən dəstəklənir. Və birmənalı olaraq Azərbaycanın fars-molla rejimi ilə bağlı olaraq mövqeyində düzgün yol tutduğu qeyd olunur.
Daxil olan digər bir məlumata, İranla Naxçıvan sərhəddi də bağlanıb. Belə ki, dünən günorta saatlarından başlayaraq, İran gömrükçüləri bir neçə sərnişin avtobusu istisna olmaqla, Culfa gömrüyündən İran ərazisinə avtomobillərin girişini heç bir izahat vermədən dayandırıblar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02 |
|
|
|
| • Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59 |
|
|
|
| • Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56 |
|
|
|
| • SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51 |
|
|
|
| • SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44 |
|
|
|
| • SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42 |
|
|
|
| • Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38 |
|
|
|
| • Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36 |
|
|
|
| • "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34 |
|
|
|
| • Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33 |
|
|
|
| • Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28 |
|
|
|
| • Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
| • Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23 |
|
|
|
| • Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22 |
|
|
|
| • "Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21 |
|
|
|
| • Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19 |
|
|
|
| • Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14 |
|
|
|
| • Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
| • Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01 |
|
|
|
| • Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57 |
|
|
|
| • Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30 |
|
|
|
| • Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25 |
|
|
|
| • Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15 |
|
|
|
| • İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12 |
|
|
|
| • "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
| • Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10 |
|
|
|
| • “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08 |
|
|
|
| • Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02 |
|
|
|
| • Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47 |
|
|
|
| • “Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45 |
|
|
|
| • Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43 |
|
|
|
| • Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38 |
|
|
|
| • Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29 |
|
|
|
| • "Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22 |
|
|
|
| • Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09 |
|
|
|
| • Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24 |
|
|
|
| • 2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11 |
|
|
|
| • İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02 |
|
|
|
| • AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01 |
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
|