Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                 

“Arzu edirəm ki, yuxarıda, sədarətdə oturanlar millət vəkillərinin fikirlərinə təmkinli və dözümlü yanaşsınlar” - deputat
Tarix: 21-12-2015, 08:28 | Çap et
“Arzu edirəm ki, yuxarıda, sədarətdə oturanlar millət vəkillərinin fikirlərinə təmkinli və dözümlü yanaşsınlar”
Parlamentin sonuncu plenar iclasında sədarətlə deputatlar arasında mübahisələr oldu. Müzakirələr zamanı vətəndaşları narahat edən ciddi məsələlərdən biri, Xəzər dənizinin qanunsuz hasarlanması ilə bağlı bəzi deputatların çıxışları sərt iradlarla qarşılandı. Ancaq bu cür kəskin reaksiyanın səbəbi anlaşılan olmadı. Mübahisə tərəflərindən biri olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə də bu mövzuda geniş söhbət etdik.

- Fəzail bəy, əvvəlcə istərdim dəqiqləşdirim, qanunvericiliyə edilmiş sonuncu əlavə və dəyişikliklər Xəzər sahillərindəki hasarlara, qanunsuz tikililərə şamil ediləcəkmi, yoxsa qanun bundan sonrakı tikintiləri qadağan edir?

- Bu qanunun geriyə tətbiqi var. Bunu həmkarım Çingiz Qənizadə də hüquqi baxımdan əsaslandırdı və qanunun geriyə tətbiqinin olduğunu dedi. Qanunun iki baxımdan geriyə tətbiqi var: birincisi, həmin hasarlamalar, obyektlər xüsusi mülkiyyət deyil, uzunmüddətli icarədir. Deməli, onun üzərində istənilən fəaliyyətin aparılması, icarə müqaviləsinin ləğvi, yaxud saxlanılması, təbii ki, o torpaq üzərində mülkiyyət hüquqi olan subyekt tərəfindən müəyyənləşir. İkinci tərəfdən isə bəlli olduğu kimi, dövlət əhəmiyyətli, ictimai əhəmiyyətli layihələrin yerinə yetirilməsi zamanı bu cür addımlar atılır. Məsələn, yollar çəkilir. Bildiyiniz kimi, Bakının yolları xeyli genişlənib, müasir yol infrastrukturu yaranıb. Eyni zamanda dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə də ehtiyac durulur ki, bunun üçün də hətta ictimai əhəmiyyət kəsb edən layihələrdə də artıq qanunvericilik də imkan verir ki, həmin mülkiyyət hətta konkret şəxsə məxsusdursa, ora müəyyən qiymətlər qoyulur və həmin layihələr həyata keçirilir. Bu, ictimai mahiyyət daşıyan bir məsələdir. Yəni dənizin kənarında istirahət etmək bütövlükdə ictimai xarakter daşıyır və Azərbaycan vətəndaşının da konstitusiyaya görə istirahət etmək hüququ var. Dənizə yaxın yerlərdə və dəniz sahilində istirahət etmək də hər bir Azərbaycan vətəndaşının konstitusiya ilə müəyyən olunmuş hüququdur. Bu hüququ isə heç bir halda və heç kim məhdudlaşdıra bilməz.

- Ancaq məhdudlaşdırırlar, özü də kifayət qədər...

- Bunu əgər məhdudlaşdırırlarsa, deməli, həm də konstitusiyanın, Azərbaycan vətəndaşlarının istirahət hüququnun məhdudlaşdırılması anlamına gəlməlidir.

- Bu məhdudiyyəti yaradan səlahiyyət sahibləri ilə bağlı niyə ölçü götürülmür? Təkcə dəniz sahili də deyil. Məsələn, Cavid Qurbanov dəmir yolu xəttinin ətrafının satılmasından şikayətlənib. Niyə satanlar cəzalandırılmır, amma pulunu verib ərazini alanların adı hallandırılır?

- Bəli, burada bir qayda olaraq həmin sahəni əhatə edən rayon icra strukturları, yaxud bələdiyyələrə tapşırıqlar verərək arxada qalanlar bu cür torpaq sahələrini vətəndaşlara veriblər. İnsanlar ya dəmir yolu xəttinin kənarında ev, ya dəniz kənarında istirahət mərkəzləri, restoranlar tikiblər və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bələdiyyələrə qədər, yəni 1999-cu ilə qədər isə bu, rayon və şəhər icra hakimiyyətinin birbaşa sərəncamı ilə reallaşmağa başladı. Ona görə də bəli, Cavid Qurbanovun dediyində çox böyük həqiqət var. Bilmirəm siz fikir vermisinizmi, dəmir yolunun Bakıdan üzü Biləcəriyə doğru aparan hissəsində qatarın vaqonları az qala açılmış pəncərəyə dəyərək keçmək zorunda qalır. Bütün bunlar isə, əlbəttə, vaxtilə yol verilmiş ciddi pozuntulardır.

İndi Cavid Qurbanov dəmir yolunu yeniləşdirməyə çalışır, qalır çətin durumda. Bilmirəm, bu işlərə icazə verən bələdiyyələrin, icra başçılarının üzərinə hansı məsuliyyəti qoymaq, ya cinayət işi açmaq olar, bu, xüsusi hüquqi araşdırma tələb edir. Amma fakt faktlığında qalır ki, bunlar var. Lakin bütün bunların hamısına artıq ümumi yanaşma var. O ümumi yanaşma da ondan ibarətdir ki, vaxtilə kiminsə tamahkarlıqla, yaxud digər məqsədlərlə insanlara verdiyi ərazilər təmizlənməlidir. Dəmir yolunun ətrafı dəmir yoluna qalmalıdır, Xəzər dənizinin də sahili Azərbaycan vətəndaşlarının ixtiyarına verilməlidir.

- Siz Xəzərboyu tikilmiş obyektlərin sonrakı taleyi barədə nə təklif edirsiniz? Məsələn, Zahid Oruc dedi ki, həmin obyektləri sökməkdənsə, vergi yükünü artırmaq lazımıdır.

- O da bir yanaşmadır. Zahid Oruc demədi ki, o tikililər hamısı qalsın. Mən də o fikirdə deyiləm ki, hamısı sökülsün. Təbii ki, ora əmək sərf ediblər, vəsait qoyublar. O da Azərbaycan vətəndaşıdır, imkanı olubsa, bunu edib. Ona görə də buna aqressiv münasibət bəsləmirəm, anlaşıqlı qəbul edirəm. Əgər qanun çərçivəsində tikilibsə, fəaliyyət göstərə bilər. Lakin onun ərazisi hektarlarla olmalı deyil. Yəni bir insanın bağ evi - lap dənizin kənarında da olsa - qoy olsun 15-20 sot. Bundan artıq o torpağı nə edəcək, orda nə yaradacaq? Orda gözəl istirahət guşəsi yaratmaq, gül-çiçək bəsləmək, dekorativ meyvə ağacları da əkmək olar. Əgər dəniz sahəsində bağların ümumi ərazisi hektarlarla ölçülürsə və hektarlarla ərazi, dəniz sahili hasarlanırsa, artıq bu, yolverilməzdir və xüsusi yanaşma tələb olunur. Ondan başqa dənizin sahilinə aparan yollar da açılmalıdır. Hətta mümkündür ki, Mərdəkan, Buzovna, Bilgəh tərəfdən dəniz sahilinin bəzi yerləri kiminsə tərəfindən zəbt olunmayıb. Ancaq bu ərazilərə də getmək mümkün deyil. Çünki dənizin sahili elə hasarlanıb ki, sadəcə olaraq boş yerlərə gedib pul vermədən çimərlikdə istirahət etmək mümkün deyil. Buna görə də ciddi addımlar atılmalıdır. Özəl çimərliklər ola bilər, buna normal yanaşıram. Kimin imkanı varsa, daha yüksək səviyyəli, komfort şəraiti olan çimərliklərə daxil ola, pul da xərcləyə bilər. Ancaq bununla bərabər, imkanı, maliyyə vəsaiti olmayan insanların da sərbəst şəkildə ailəsi ilə bərabər istirahət etmək imkanlarını təmin etmək lazımdır. Söhbətin əsas mübahisəli tərəfi bundadır.

- Ancaq sizin çıxışınız, hasarlamalara qarşı çıxmağınız sanki sədarət tərəfindən məmnunluqla qarşılanmadı. Səbəb nədir?

- Təbii qarşılanmadı. Mən belə məsələlərdə mübahisəyə girmək istəmirəm. Amma arzu edirəm ki, yuxarıda, sədarətdə oturanlar millət vəkillərinin fikirlərinə təmkinli və dözümlü yanaşsınlar. Çox təəssüf edirəm ki, bir sıra hallarda bu təmkinlilik və dözümlülük gözlənilmir. Bu da xoşagəlməz mübahisələrə gətirib çıxarır. Milli Məclisin deputatı cəmiyyətdə aktual olan məsələlər, xalqı narahat edən, dövlətimizə ziyan vura biləcək məqamlara toxunmalıdır. O, bunu etmirsə, artıq heç Milli Məclisdə oturmalı deyil, heç deputat statusunu daşımalı da deyil. Yaxşı, biz nə edək, gələk kiminsə xoşuna gəlmək üçün qanun layihələri barədə bir-iki kəlmə deyək, sonra ona səs verək, bununla da qurtarsın? Bəs, bu diskussiyalar nəyə lazımdır? Nəzərə almaq lazımdır ki, ölkə prezidenti dəfələrlə deyib ki, bütün sahələrdə ictimai nəzarəti gücləndirmək lazımdır.

İctimai nəzarətin həyata keçirilməsində ən mühüm vasitələrdən biri Milli Məclisin deputatlarıdır. Deputatlar onlara daxil olan informasiyalar əsasında son dərəcədə vacib, əlbəttə, bütün xırda məsələləri deyil, ciddi məsələləri ümumiləşdirib parlamentdə qaldırmalıdır. Siz jurnalistlər də Milli Məclisin deputatının sözlərinə əsaslanaraq bunu ictimai rəyə gətirə bilərsiniz. Bundan sonra da cənab prezidentin dediyi kimi, o, özü birbaşa mətbuatla tanış olur və qaldırılan məsələlərin hamısı haqqında onda fikir formalaşır, konkret addımların formalaşmasında isə bu informasiyalar və bu məlumatlar, ictimai nəzarət xətti ilə gündəliyə gətirilən aktual məsələlər ümumiləşdirilir və dərhal addımlar atılır, ona ciddi reaksiyalar verilir. Əlbəttə, kimsə elə düşünürsə ki, özünün aqressiv mövqeyi ilə, mikrofonu söndürməklə mənim gündəliyə gətirmək istədiyim fikirlərin qarşısını alacaq, fikrimcə, o, böyük səhvə yol verir. Çünki mən nə söz deyirəmsə, orada dövlətimizin, xalqımızın maraqları, dövlətimizin imici, xalqımızın mənafeyi var. Ona görə də bu meyarlarla mən hər zaman fikrimi ifadə etmişəm, bundan sonra da fikrimi davam etdirəcəyəm. Yadınıza gəlirsə, Saakaşvili vaxtilə Azərbaycanın Milli Məclisinin tribunasından istifadə edib xoşagəlməz bir situasiya yaratdı.

Mən çıxış etmək istədim, amma çox hörmət etdiyim Ziyafət Əsgərov çıxışa imkan vermədi. Mən mətbuata çıxdım, brifinq keçirtdim, o fikirləri söylədim. Amma yaxşı olmazdımı mən fikirlərimi Milli Məclisdə deyəydim və bu, daha effektli olardı? Millət vəkillərinin alternativ sözündən, fərqli fikirlərindən çəkinmək lazım deyil. Onda onun qarşısını almaq lazımdır ki, o fikirlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına ziddir və antikonstitusion çağırışlardır, xalqımızın maraqlarına və hədəflərə uyğun gəlmir. Bəli, onda qəti mövqe nümayiş etdirmək lazımdır. Yoxsa dənizin sahilinin hasarlanmasına qarşı deputatların kəskin fikirlərinin qarşısı alınmalı deyil. Əksinə, imkan verilməliydi ki, fikirlər söylənilsin və fikirlərə uyğun olaraq konkret addımlar atılsın. Əgər razı deyilsə belə, sadəcə olaraq, bir replika verə bilər ki, mən sizin fikirlərinizlə razı deyiləm. Bundan o tərəfə olmalı deyil.

- Ziyafət Əsgərovla mübahisəniz səbəbsiz deyildi. Səbəb nədir?

- Çox tez-tez belə şey olur. Mən çox təəssüf edirəm. Ancaq Ziyafət Əsgərov tək mənə qarşı deyil ki. Bir sıra hallarda deputatların çıxışlarına yersiz müdaxilələr edir. Əlbəttə, Ziyafət Əsgərovun Milli Məclisin 1-ci vitse-spikeri kimi dövlətimiz qarşısında çox ciddi xidmətləri var. Onun savadına, dövlətimizə sədaqətinə, intellektual səviyyəsinə heç bir şübhə ola bilməz. Ona bir hüquqşünas, bir millət vəkili kimi də böyük hörmətim var. Uzun illərdir bizim aramızda hər hansı problem olmayıb. Lakin mən bunu dostyana demək istərdim ki, belə şeylərə fikri versə, daha yaxşı olar. Bu, mənim sadəcə olaraq Ziyafət müəllimlə bağlı dostscasına fikirlərimdir.

- Fəzail bəy, sizin dəniz sahilində bağ eviniz varmı?

- Mənim Novxanıda bağım var. Amma dənizlə bağımın arasında təxminən 2 km məsafə var. Ancaq təbii ki, balkonumdan, həyətimdən Xəzəri görürəm, çox böyük məmnuniyyətlə seyr edirəm, sərin dəniz havasını uduram. Lakin dediyim kimi, xeyli uzaqdadır. Hətta mənim dəniz kənarında bağım olsaydı belə, bu cür hasarlamanı heç bir halda aparmazdım.

- Sirr deyilsə, hasarınızın hündürlüyü nə qədərdir?

- Təbii ki, hasar olmalıdır, çünki bağ evidir, yol kənarında yerləşir, ailə-uşaqla həyətdə oturursan, hasarsız olması da mümkün deyil. Amma mənim hasarımın hündürlüyü hardasa 2 metr 40 sm-dir. Sadəcə çöldən içəri görünmür...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Dünən, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Dünən, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Dünən, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Dünən, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Dünən, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Dünən, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Dünən, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Dünən, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Dünən, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Dünən, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Dünən, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Dünən, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Dünən, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Dünən, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Dünən, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Dünən, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Dünən, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Dünən, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Dünən, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Dünən, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru