Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                 

YAP-ın “üç qızıl dairə”si uğrunda mübarizə - Seçki ərəfəsi
Tarix: 13-07-2015, 09:23 | Çap et
 YAP-ın “üç qızıl dairə”si uğrunda mübarizə
Yeni Azərbaycan Partiyası parlament seçkilərində namizədlərinin müəyyənləşdirilməsində ciddi problemlə üzləşib. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, bu ayın sonunadək siyahı tam hazırlanıb prezidentə təqdim edilməlidir.

Qaynağın iddiasına görə, gözlənilənlərin əksinə olaraq, seçki siyahısında köklü dəyişiklik etmək mümkün olmur. Deputat fəaliyyəti ilə bağlı partiyadakı xüsusi araşdırma nəticəsində yalnız 20 nəfərədək adamın siyahıdan kənarlaşdırılması mümkün olur ki, bu da hansısa xidmətlərinə görə “keçici mandat” alanlardır. Üstəlik, 2010-cu il seçkisində mandatsız qalan YAP-çlır da indi mandat üçün çarpışır. Siyahıda 100 faiz adı olanlar belə rahat deyillər və onlar da avqustun ilk həftəsinədək gözləməli olacaqlar.

Əsas müzakirə mövzularından olan YAP-ın Seçki Qərargahına kimin rəhbərlik etməsi isə artıq həllini tapıb. YAP bu seçkiyə də baş nazirin müavini, hakim partiyanın icra katibi Əli Əhmədovun rəhbərliyi ilə gedəcək.

Hələ bir müddət əvvəl belə xəbərlər vardı ki, prezident seçkilərindən sonra Əli Əhmədovun baş nazirin müavini postuna, onun partiyadakı daha bir müavini Mübariz Qurbanlının isə Dini İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi YAP daxilində gərginliyi artırıb. Belə ki partiyada Ə.Əhmədovla münasibətləri gərgin olan qrup, eləcə də bəzi məmur-oliqarxlar icra katibinin bu dəfə seçkiyə nəzarət etməsini arzulamırdılar. Amma Ə.Əhmədovun YAP-dakı təşkilatçılıq bacarığı və prezidentin inandığı fiqur olması səbəbindən bu dəfə də ona etimad göstərilib.

Seçki Qərargahına rəhbərlik hələ işin yarısıdır və əsas namizədlərin müəyyənləşməsidir ki, bu məsələdə ciddi problem yarandığını yazının girişində qeyd etdik. Qaynağımızın məlumatına görə, ötən həftə YAP icra katibinin müavini Siyavuş Novruzovun Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın namizədliyi ilə bağlı dediklərinin təkzibi də siyahı ilə bağlı problemin olduğunu göstərib.

YAP-da əsas dartışma yaradan bir neçə boşalmış dairədən kimin namizəd olacağıdır. Əsas mübarizə “qızıl üçlük”- Əli Əhmədovun, Mübariz Qurbanlının və Cəlal Əliyevin dairəsi uğrunda gedir. Xatırladaq ki, Ə.Əhmədov Nərimanov birinci seçki dairəsindən, M.Qurbanlı 100 saylı Şəmkir - Daşkəsən, C.Əliyev isə 62 saylı Saatlı seçki dairəsindən son on beş ildə Milli Məclisin deputatı seçiliblər. Qeyd edək ki, iyunun 30-da C.Əliyevin 87 yaşı tamam olub.
Bu prestijli dairələrdən kimlərin namizəd olacağı barədə də son qərar verilməyib.

Dələduzluğa görə həbs edilən və mandatından imtina edən Gülər Əhmədovanın (Xətai seçki dairəsi), avtomobil qəzasında dünyasını dəyişən Hikmət Atayevin (Zaqatala), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən Asəf Hacıyevin (Nizami ikinci (Gəncə) seçki dairəsi) yerinə namizəd olmaq uğrunda da mövqe “döyüşləri” gedir.

Daha bir sensasion xəbər 2005 və 2010-cu ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat mandatı almış Aydın Abbasovla bağlıdır. YAP üzvü olmasa da, son on ildə mandat alan Aydın Abbasovun dairəsi də artıq boşalmış hesab edilə bilər. Maraqlıdır ki, Aydın Abbasova seçkiyə qatılmamaq tövsiyəsi edilməyib. Amma açıq şəkildə bildirilib ki, bu dəfə nə YAP-ın, nə hakimiyyətin dəstəyini gözləməsin.

Onun dairəsində də namizəd ola biləcək iki vəzifəli şəxsin oğlunun adı çəkilir. Bunlar Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov və Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevdir. Gəncə Ziya Məmmədovun ikinci vətəni hesab olunur və uzun müddət burada işləyib. Hakimiyyətdə güclü arxaları olan icra başçısı isə “Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri olan oğlunu bu dairədən deputat etmək iddiasındadır. Amma hələ bundan öncə də belə xəbərlər vardı ki, icra başçısına deyilib ki, Milli Məclisdə işləyən oğlu hələ çox gəncdir və təcrübə yığsa yaxşıdır. Nazirin bir qardaşının deputat olduğunu və Məmmədovların son vaxtlar adının mənfi planda daha çox hallanmasını nəzərə alsaq, onlara bağlı son qərarın necə olacağını indidən demək çətindir. Amma bir şey dəqiqdir ki, iqtidar parlamentdə bir ailədən iki nəfərin deputat olmasına heç vaxt isti baxmayıb. Mümkündür ki, nazirin qardaşını bu dəfə A.Məmmədov əvəzləsin. Məlumata görə, nazir nədənsə, oğlunun deputat toxunulmazlığı üçün çox çalışır...

Seçkilərlə bağlı ən mühüm xəbər rektorların yenidən namizəd olacağıdır. Xəbərlərə görə, hakimiyyət bu məsələ üzərində çox düşünsə də, sonda onların iştirakını əngəlləməməyə qərar verib. Buna səbəb rektorların hər birinin “on minlərlə tələbənin səsinin parlamentdə təmsilçiliyi”dir. Onlar hakimiyyəti inandırıblar ki, seçki prosesindən kənarlaşdırılmaları ali məktəblərdə “siyasi mühitə” mənfi təsir edə bilər.

Tam həqiqətləri bilmək üçün isə daha iki həftə gözləyək...

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru