Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib .....                     20 yaşlı qızın faciəli ölümü .....                     Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                     Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib .....                     Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                     Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək .....                     Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır .....                     AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb .....                     Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib .....                     “Sputnik-Azərbaycan”da əməliyyat keçirilir .....                     Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər .....                     Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb .....                     Rüfət Səfərovun məhkəməsi keçirildi .....                     Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb .....                     “İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB .....                     Paşinyan keşişlərə: .....                     Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu .....                     Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? .....                     Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik .....                     Zatulin Rusiyanın məkrli planını açıqladı .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb .....                     Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... .....                     İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? .....                     İş adamının oğlunun ölüm səbəbi məlum oldu .....                     "Niyə yaslarda bunları stola qoyurlar?" .....                     Azərbaycan XİN-də yeni idarə yaradılıb .....                     KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər .....                     Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb .....                     Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ .....                     "Məsələ yoluna qoyulacaq" .....                     “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” .....                     Kaya Kallas Mirzoyanla görüşüb .....                     Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! .....                     Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi .....                     SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... .....                     Pezeşkian qonşularla münasibətlərdən danışdı: .....                     Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... .....                 

Gələcəyi olmayan müxalifət
Tarix: 10-07-2015, 11:19 | Çap et
Gələcəyi olmayan müxalifət
Ölkə müxalifətinin sıraları getdikcə daha çox seyrəlir və deyəsən, bu gedişlə o cameədə adamı günorta vaxtı çıraqla axtaracağıq. İstər Müsavat, istərsə də AXCP olsun, hər ikisi hazırda böhran yaşayır. Belə ki, sözügedən partiyalara üzvlükdən istefa verənlərin sayı durmadan artır.

Əvvəlcə Müsavat Partiyası haqda məlumat verək. Belə ki, təşkilatın əsas simalarından olan Rauf Arioğlunun partiyadan getmək istədiyi haqda iddialar təsdiqini tapıb və o, partiyadan uzaqlaşmaq haqda qərarını mediaya açıqlayıb. Bildirib ki, sadəcə olaraq, 49 yaşının tamam olmasını gözləyir və ad günündən dərhal sonra istefa ərizəsini yazacaq: “Partiyadan getmək barədə qərarı çoxdan vermişəm. Hələ qurultaydan öncə başqan namizədlərinin demək olar ki, hamısına elan etmişdim ki, qurultaydan sonra partiya üzvlüyündən gedəcəyəm. Bir neçə ay öncə bu qərarı icra edəcəkdim, indiki başqanın xahişi ilə təxirə saldım. Müsavat Partiyasından getməyimin zamanı gəlib. Uzun müddətdir Müsavatın opponentləri mənim qəzetçi kimi sərbəst fəaliyyətimi təşkilata qarşı şantaja çeviriblər. Bəzi partiya üzvləri də belə durumdan rahatsız olurlar və mənə qarşı əsassız ittihamlara yol verirlər. Məncə, jurnalistika özü bir dünya partiyasıdır və onun öz qızıl prinsipləri var. Bu prinsiplər partiyalılıq prinsipləri ilə ziddiyyət, özü də tam diametral ziddiyyət təşkil edir. Bunların ikisi bir yerdə mümkün deyil. Əminəm ki, Azərbaycanda da bu proses mütləq getməlidir və jurnalistlər “öz” partiyalarına - məsləklərinə aid olmalıdırlar. Onların partiya nizamnaməsinə tabe olması nonsensdir, söz azadlığı prinsiplərinə ziddir. Çünki partiya üzvü olan jurnalist bir sıra azadlıqları ilə yanaşı, söz azadlığının verdiyi imkanlardan da könüllü olaraq imtina edir, onu məhdudlaşdırır, buna məcbur qalır. Siyasi liderin yanında sirr tutan jurnalist artıq jurnalist deyil, o, peşəsinə xəyanət edir“.
R.Arifoğlu hələ ki, partiyadan getmək səbəbini tam açıqlamayıb və bu haqda geniş məlumatı yazacağı istefa ərizəsində göstərəcəyini bildirib: “Seçim anıdır, bunu etmişəm, geriyə yol yoxdur. Bundan sonra da müstəqil şəxs kimi ictimai-siyasi fəaliyyət göstərəcəyəm. Məsələn, təsisçilərindən biri olduğum Milli Strateji Düşüncə Mərkəzində fəaliyyətimi davam etdirəcəyəm. Mənə də, Müsavata da bu cür daha rahat olacaq. Təşkilata informasiya dəstəyini isə davam etdirəcəyəm. Ancaq Müsavatın yeni rəhbərliyi bunu istəməsə, məcburi edəsi deyiləm”.

Onu da deyək ki, R.Arifoğlu öz istefası ilə bərabər, qəzetdə çalışan əməkdaşların partiya üzvlüyü məsələsinə də toxunub. Heç kimə “gedin” deməyəcəyini, hər kəsin buna özünün qərar verəcəyini açıqlayıb. Onun bu mövqeyi isə qəzetçilərin də istefaya mədəni şəkildə dəvəti kimi qiymətləndirilir və onların da az zaman ərzində bu cür qərar verəcəyi gözlənilir.

Əslində baş redaktor açıqlamasında səsləndirdiyi fikirlərində partiya üzvü olan qəzetçinin obyektiv olmadığını, sədrin tərəfində olduğunu bildirməklə mövqeyini aydın şəkildə bildirib. Onun özünün bu səbəbdən istefa verdiyini elan etməklə digər qəzetçilərdən də analoji addımı gözlədiyi şübhə doğurmur. R.Arifoğlunun dediklərini - partiya üzvlüyü ilə jurnalist olmağın bir araya sığmadığını neçə illik fəaliyyətdən sonra, təxminən 50 yaşında dərk etdiyini nəzərə alsaq, “Yeni Müsavat” əməkdaşlarının Müsavat Partiyasından istefa vermək qərarına nə vaxt gələcəklərini söyləmək çətindir. Amma onların baş redaktorla narazı münasibətlər çərçivəsində işlərini davam etdirəcəkləri inandırıcı görünmür. Hansısa partiyanın heç bir yerdə çalışmayan üzvünün qarnını doydurmadığını nəzərə alsaq, bu yaxınlarda Müsavat Partiyasını tərk edənlərin sayının artacağını qaçılmaz hesab etmək olar.

Qeyd edək ki, digər müxalif partiya - AXCP-də də eyni vəziyyət hökm sürür və üzvlər bir-bir partiya sıralarını tərk edirlər. Sözügedən partiya üçün ən acınacaqlısı odur ki, oradan sıravi üzvlər deyil, əsas funksionerlər uzaqlaşır. Dediyimizin sübutu kimi, bəzi məqamları xatırladaq. Belə ki, AXCP-də faktiki olaraq “müavin tökümü” yaşanır və bu işə ilk olaraq Fuad Mustafayev imza atıb. Ondan sonra silsiləni Asəf Quliyev davam etdirdi. Sonra Razi Nurullayev qovuldu. Bu günlərdə isə Əli Kərimlinin digər müavini Əbülfəz Qurbanlı istefa verdiyini açıqladı və partiyada hökm sürən acınacaqlı durumu incə eyhamla etiraf etdi. Orada müxtəlif maneələrin yaradıldığını bildirməklə əslində sədrinin hansı xislətdə adam olduğunu bir daha ortaya qoydu. Bu istefa bəyanatından öncə də Ə.Qurbanlı və AXCP sədrinin münasibətləri haqda müxtəlif məlumatlar yayılmışdı. Bildirilirdi ki, partiya rəhbərliyi Ə.Qurbanlıya qarşı qısqanclıq nümayiş etdirib və ona fəallıq göstərməyə imkan vermir. Görünən odur ki, vəziyyət o qədər kritik həddə çatıb ki, əli-qolu bağlanan bu şəxs istefadan başqa çıxış yolu görməyib və postundan da, üzvlükdən də imtina edib. Hətta onun xeyli müddətdir istefa vermək istədiyi haqda da iddialar var. Bu gecikmənin səbəbi isə partiyada ona edilən basqılardır. Onun Facebook profilini bağlaması, telefonunu söndürərək heç bir zəngə cavab verməməsi də iddiaları təsdiq edən məqam kimi qiymətləndirilə bilər. Demək ki, o, xeyli müddət içində olduğu komandanın mahiyyətinə tam bələddir və bir tapşırıqla qaragüruhun ona hücum edəcəyini bilir. Ona görə də özünü və profilini qorumaq üçün Facebook səhifəsini deaktiv edib. Artıq lazımsız təhqirlər eşitməmək üçün isə telefonunu söndürüb.

Xatırladaq ki, AXCP sədrinin partiyada avtoritar rejim yaratdığı haqda açıqlama verən şəxslərin sayı kifayət qədərdir. Onların dediklərindən aydın olur ki, partiyadan istefa vermək istəyən çoxlu sayda adam var. Amma onlar qaragüruhun onları biabır edəcəyindən, Facebook-da kommentlərə tökülüşüb təhqir edəcəyindən, haqlarında müxtəlif yanlış şayiələr buraxılacağından çəkinirlər. Ona görə də hazırda partiyada rahat şəkildə mövqe bildirib və istefa ərizəsi yazıb çıxmaq müşkül məsələyə çevrilib. Oradan qaçmaq istəyən şəxsləri isə heç bir şəkildə qınamaq olmaz. Çünki normal düşüncəyə malik olan hər bir şəxs bilir ki, belə müxalifətin heç bir gələcəyi yoxdur və orada qalmaq müsbət nəsə vəd edə bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Bu gün, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Bu gün, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Bu gün, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Bu gün, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Bu gün, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Bu gün, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Bu gün, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Bu gün, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Bu gün, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Bu gün, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Bu gün, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Bu gün, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Bu gün, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Bu gün, 12:31
Paşinyan keşişlərə: - Kilsəni murdarlamayın
Bu gün, 12:23
Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:20
Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12
Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03
Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53
Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36
KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:31
Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 11:22
"Məsələ yoluna qoyulacaq" - Rusiyadan Azərbacyanla bağlı açıqlama
Bu gün, 11:19
“Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” - deputat
Bu gün, 11:17
Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün, 11:13
Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! - Kənan MM
Bu gün, 11:11
Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi - VİDEO
Bu gün, 11:10
SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... - Həm də aşağı vəzifəlilər üçün...
Bu gün, 11:03
Pezeşkian qonşularla münasibətlərdən danışdı: - yeni bir fəsil başlayır!
Bu gün, 10:55
Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 10:51
Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq - İskəndəryan
Bu gün, 10:43
Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Görünəni odur ki...
Bu gün, 10:37
Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək?
Bu gün, 10:35
“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? - Hüquq-mühafizə orqanları araşdırma aparır
Bu gün, 10:33
Bakıda kişi kirayə qaldıqları evdə dostunu BIÇAQLADI
Bu gün, 10:24
Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… - İcazə verin şübhələnək...
Bu gün, 10:10
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir - İLGİNC FAKTLAR
Bu gün, 10:07
Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb - QƏRAR
Bu gün, 10:01
Yekaterinburqda amansızlıqla öldürülən azərbaycanlıların nəşi bu gün axşam gətiriləcək - AÇIQLAMA
Bu gün, 10:00
Rusiyada azərbaycanlılara qarşı yeni «soyğun» planı - Putin müharibənin xərcini miqrantlara yükləyir
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru