İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? .....                     İş adamının oğlunun ölüm səbəbi məlum oldu .....                     "Niyə yaslarda bunları stola qoyurlar?" .....                     Azərbaycan XİN-də yeni idarə yaradılıb .....                     KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər .....                     Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb .....                     Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ .....                     "Məsələ yoluna qoyulacaq" .....                     “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” .....                     Kaya Kallas Mirzoyanla görüşüb .....                     Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! .....                     Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi .....                     SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... .....                     Pezeşkian qonşularla münasibətlərdən danışdı: .....                     Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... .....                     Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq .....                     Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək? .....                     “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? .....                     Bakıda kişi kirayə qaldıqları evdə dostunu .....                     Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… .....                     Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir .....                     Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb .....                     Yekaterinburqda amansızlıqla öldürülən azərbaycanlıların nəşi bu gün axşam gətiriləcək .....                     Rusiyada azərbaycanlılara qarşı yeni «soyğun» planı .....                     24 il əvvəl baş vermiş cinayət hadisəsi niyə indi Rusiyanın yadına düşdü? .....                     Başını itirmiş Putin Rusiyası... .....                     Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında .....                     Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır .....                     İki əsr geridə qalan Pyotr təfəkkürü... .....                     “Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlama .....                     "Vergini bu qiymətlə necə ödəyək?" .....                     Sabunçuda əməlli-başlı DƏRƏBƏYLİKDİR... .....                     Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək .....                     ABŞ və Hindistan saziş imzalamağa yaxındır .....                     İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür .....                     OPTİMALLAŞDIRMA adı altına ÖZBAŞINALIQ... .....                     Burda xarab məhsul satırlar, həm də... .....                     Müştərilər `Kontakt Home`la NƏ ETSİN? .....                     Rus icmasının sədr müavini heyrət içində .....                 

“Həm YAP-ın, həm də Prezidentin nüfuzu arxasında gizlənən kifayət qədər insan var” - Keçmiş deputat
Tarix: 3-07-2015, 09:52 | Çap et
“Həm YAP-ın, həm də Prezidentin nüfuzu arxasında gizlənən kifayət qədər insan var”
Milli Məclisin keçmiş deputatı, iqtisadçı alim Nazim Məmmədov Modern.az saytının sualların cavablandırıb.

- Bu il keçiriləcək parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?

- Əslində yenidən deputatlığa namizədliyimi irəli sürmək daha çox seçicilərin arzusudur. Seçicilərimi 2010-cu ildən bəri 104 saylı Gədəbəy -Tovuz seçki dairəsində tək buraxmamışam. Onların gündəlik problemləri ilə məşğul olmuşam. Dəfələrlə onlarla görüşmüşəm. Ziyalıların, kənd əhalisinin, yasda və toyda gördüyüm insanların birmənalı arzusu yenidən namizədliyimi irəli sürməyimdir. Bunun üçün artıq təşəbbüs qrupu da var. Seçkiyə start verildikdən sonra rəsmi qaydada namizədliyimi irəli sürəcəyəm.

- Deməli, seçkiyə müstəqil namizəd kimi gedəcəksiniz?..

- Azərbaycanın Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada formalaşmalıdır. Əslində siyasi partiyaların belə bir şəraitdə seçki siyahıları açıqlaması və proporsional olmayan seçki sistemində hansı namizədləri dəstəkləyib- dəstəkləməməsi barədə yaratdığı birliklər, bloklar hamısı qeyri-konstitusiondur. Bu, təbliğat-təşviqat kampaniyası vaxtı həm seçki sisteminə, həm də hakimiyyətin nüfuzuna xələl gətirir. Seçkidə uduzan partiya, yaxud beynəlxalq müşahidəçilər hakimiyyəti inzibati resurslardan istifadə etməkdə günahlandırır. Çünki insanlar konkret şəxsə səs verir. Partiya siyahıları ilə seçki keçirilmirsə, onda seçkiqabağı siyahıların açıqlanmasına və bu siyahının televiziyalarda oxunmasına KİV-də çap olunmasına nə ehtiyac var?! Bir çox hallarda bu siyahılar arxasında nüfuzu olmayan şəxslər gizlənir. Nüfuzu olmayan şəxslər qohum-əqrəbası, bəzən də başqa vasitələrlə siyahıya düşməyə cəhd edirlər.

Majoritar seçki sistemində siyasi partiyalar tərəfindən siyahıların açıqlanmasının tərəfdarı deyiləm. Bu, doğru deyil. Bununla bağlı bir neçə ay bundan öncə həm prezident İlham Əliyevə, həm də YAP-ın İdarə Heyətinin üzvlərinə yazılı müraciət etmişəm. İstər beynəlxalq müşahidəçilərə, istərsə də müxalifət partiyalarına iqtidarın inzibatı resurslardan istifadə etməsi ilə bağlı bəyanat səsləndirməsinə əsas verməməliyik. Mənim təklifim mütərəqqidir. Bu seçkilərdə də məhz belə addım atılacağına ümid edirəm. Keçmiş deputat Gülər Əhmədova və ABU-nun rektoru Elşad Abdullayevin məlum videolarını yada salmaq kifayətdir. Bu “vahid siyahı” Azərbaycanın imicinə hansı ziyanı vurub, məlumdur. Mən belə siyahıların olmamasını cənab prezidentdən xahiş etmişəm.

- Belə başa düşdüm ki, YAP-nın üzvü olaraq qalırsınız?

- Əlbəttə, 1999-cu ildən YAP-ın üzvüyəm. Azərbaycana rəhmətlik Heydər Əliyevin dəvət ilə gəlmişəm. Partiya biletinin mənə məhz Heydər Əliyev tərəfindən verildiyi hamıya məlumdur. Azərbaycana qayıdana qədər Rusiyada yaşamışam. 1998-ci ildə Heydər Əliyev ikinci dəfə prezident seçiləndən bir il sonra Moskva şəhərində diaspor təşkilatları və Rusiyada çalışan aparıcı şəxslərlə görüş keçirdi və onları vətənə dəvət etdi. Mən də o təşəbbüsə qoşulub, vətənə xidmət etmək üçün Azərbaycana qayıtmışam. Dəstəyimi də onun siyasi partiyasına belə ifadə etmişəm.

- Bunun üçün partiyadan hər hansı bir tələbiniz olubmu?

- Partiyadan heç bir imtiyaz tələb etməmişəm və bunun arxasınca da getməmişəm. Əksinə, hesab etmişəm ki, YAP-ın üzvü hər hansı bir imtiyaz sahibi olmamalıdır. 2005-ci ildə seçkiyə müstəqil namizəd kimi qatılmışam, seçki ilə məşğul olan şəxslərə əvvəl mənim prosesdən geri çəkilməyimi tələb edən, sonradan vəziyyət aydınlaşanda mənə kömək etmək istəyən müxtəlif şəxslərə fikrimi belə ifadə etmişəm ki, ən böyük dəstək mənə mane olmamaqdır. 2010-cu ildə təşəbbüs qrupu tərəfindən yenidən namizədliyim irəli sürülmüşdü və seçicilərin mütləq əksəriyyəti məni dəstəkləyirdi. Buna baxmayaraq YAP-ın vahid siyahısında hörmətli həmkarımız Rafiq Məmmədhəsənovu həmin dairədən namizəd göstərdilər. Mən də iqtidarın ümumi maraqlarını öz şəxsi maraqlarımdan üstün tutdum və seçkidən çəkildim. Seçicilərimi də Rafiq Məmmədhəsənovu dəstəkləməyə çağırdım.

Hesab edirəm ki, heç kəs şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmamalıdır. Əfsuslar olsun ki, YAP-ın, prezidentin nüfuzu arxasında gizlənən kifayət qədər insan var. Həmin insanlar bu gün də Milli Məclisdə təmsil olunurlar və yenə parlamentə düşmək istəyən kifayət qədər insan olacaq. Ancaq xalqın gözü tərəzidir. Seçicilər hər kəsin öz qabiliyyətinə, fəaliyyətinə görə qiymət verir. O insanlara bir daha səslənirəm, öz reytinqlərini özləri müəyyən etsinlər. Azərbaycanda kifayət qədər müstəqil reytinq təşkilatları var, onların vasitəsi ilə, gizli sorğu keçirərək şanslarını dəyərləndirsinlər.

104 saylı seçki dairəsindən kimin seçilməsi önəmli deyil. Əsas odur ki, o, xalqın səsini qazansın və dövlət siyasətini dəstəkləsin, Azərbaycanın inkişafına hər hansı töhfə versin. Dırnaqarası kömək etmək istəyənlər, mənə mane olmasınlar. Bu mesajı müraciətimdə həm partiya sədrinə, həm də YAP-ın İdarə Heyətinin üzvlərinə vermişəm.

- Sizə mane olmaq istəyən qüvvələr kimlərdir?

- Bir insanın danışdığı sözlər, söylədiyi fikirlər kiminsə xoşuna gələ də bilər, gəlməyə də bilər. Azərbaycandakı ictimai-siyasi situasiya, iqtisadiyyatla bağlı fikirlərimi açıqlayanda nə sağa, nə də sola baxıram. Düzgün olanı ifadə edirəm. Ola bilər ki, bu, kiminsə xoşuna gəlməsin. Həmişə cəmiyyətdə normal siyasi ortamın, iqtisadiyyatda və siyasətdə rəqabətin olmasını arzu etmişəm. Çünki liberal iqtisadiyyat düşüncəli bir insanam. Bu, bəzi monopolistlərin xoşuna gəlməyə bilər. Həm iqtidarda, həm də müxalifətdə su bulandıranlar var. Onlar iqtidar-müxalifət münasibətlərinin kəskin olması görkəmini yaradırlar. Bununla da öz varlıqlarını sübut etməyə çalışırlar ki, guya bunlar hakimiyyətə lazımdırlar. Belələri iqtidarda da var, müxalifətdə də. Onların “pulları” bu qarışıqlıqdan çıxır. Belələri mühafizəkar, biz isə liberal düşüncəli insanlarıq. Tarixdə həmişə mühafizəkarlarla liberallar arasında mübarizə gedib. Belə insanlar mənə qısqanclıqla yanaşırlar. Təəssüf ki, Azərbaycanda kommunist ideologiyasına qulluq edən və indi də vəzifədə olan şəxslər var, onlar Kremlin təsirini saxlamaq üçün hələ də öz dövlət vəzifələrindən istifadə etməyə cəhd edirlər. İqtisadiyyatda və siyasətdə “Rusiya islahatlarını” Azərbaycana gətirməklə məşğuldurlar. Belə adamlarla mənim “ulduzum barışmır”.

Kadr islahatlarının tərəfdarıyam. Yeni düşüncəli kadrlar olmasa, biz nə iqtisadi, nə də siyasi rəqabətliliyimizi təmin edə bilərik. Həmişə gənclərin, liberal düşüncəli insanların idarəetməyə gətirilməsinin, Nazirlər Kabinetinin çevik, dinamik olmasının tərəfdarı olmuşam.

- İctimai-siyasi fəaliyyətinizə görə təzyiqlərlə üzləşmisinizmi?

- Heç vaxt şəxsi fikirlərimə görə heç kimdən təpki almamışam. 2003-cü ildən ictimai-siyasi fəaliyyətlə məşğulam. İlham Əliyev prezident seçildikdən sonra imzaladığı iki fərmanı: regionların sosial iqtisadi inkişafı və işsizliyin aradan qaldırılması ilə bağlı dövlət proqramlarını şəxsən müxtəlif KİV-də iqtisadçı alim kimi müdafiə etməkdə davam etmişəm. 2005-ci ildə təşəbbüs qrupunun xahişini nəzərə alıb deputat seçkisində iştirak etmişəm. Yoxsa, mənin heç vaxt siyasətlə məşğul olmaq fikrim olmayıb.

İnsanlar istər iqtisadiyyatla, istər siyasətlə bağlı qərarlara təsir etmək niyyətlərinə düşəndə gərək ölkənin gələcəyini zərbə altında qoymasınlar. Azərbaycan postsovet ölkələri əsasında yaradılmış hər hansı yeni SSRİ tipli bloka qoşulmamalıdır. Kremlin yaratdığı müxtəlif qurumlarda, kollektiv müqavilələrdə iştirak etməməlidir. Təbii ki, ölkənin strateji maraqlarına uyğun olaraq həm Rusiya, həm də digər postsovet respublikaları ilə ikitərəfli münasibətlərimiz inkişaf etməlidir. Bizim AvroAtlantik məkana inteqrasiyamız dayanmamalıdır. Avropa Şurası, Avropa Birliyi kimi institutlardan qopmamalıyıq, əksinə dərin inteqrasiya etməliyik. İqtisadiyyatda rəqabətliliyi artırmalıyıq, monopoliya ləğv olunmalıdır. Bu cür fikirlərim bəlkə də hansısa məmura xoş gəlməsin, ancaq əmin olun ki, ölkəmizin rəhbəri də belə düşünür.

- YAP-ın toplantılarına qatılırsınız?

- Partiyanın müxtəlif toplantılarına xüsusi dəvətnamələr olmur. Çalışıram Bakıda olanda həmin tədbirlərə qatılam. Ancaq protokol qaydasında xüsusi toplantılara xüsusi dəvətnamələr verilmədiyi hallarda mən ora getmərəm. Mənim kimi YAP-ın 650 minə yaxın üzvü var. Mən də bu partiyanın sıravi üzvlərindən biriyəm. Mən YAP-ın heç bir strukturunda vəzifə daşımıram. YAP-ın üzvlüyü ilə bağlı mənim Gədəbəyin, yaxud Tovuzun hər hansı bir kənd müəllimindən heç bir fərqim yoxdur. Özümü fərqləndirmək niyyətim də yoxdur. Siyasi partiya olaraq hər zaman YAP-ın təəssübünü çəkməyimlə bərabər, həm də partiyanın daxili demokratikləşməsini, yenilənməsini arzulamışam .

- Sosial şəbəkələrdə bəzən mübahisəli müzakirələriniz olur. Bu, sizin reputasiyanıza zərər vermirmi?

- Fecebook sosial şəbəkədə 2008-ci ilin sonundan varam. Bu sosial şəbəkədə o vaxtdan bəri cəmi üç nəfərlə - Mehman Muradlı, Taleh Şahsuvarlı və Daşqın Gülməmmədov adlı şəxslərlə mübahisəm olub. Bu mübahisələr o şəxslərlə düşüb ki, onlar bir neçə siyasi partiya, redaksiyalar dəyişmiş, haradasa müvəqqəti dayanmış jurnalistlərdir. Onlar da təhqir və söyüş yazdıqları üçün məsuliyyətə cəlb etməyə üstünlük vermişəm. İnanıram ki, bu şəxslərlə bağlı fikirlərimi on minlərlə Facebook istifadəçisi bölüşür, çünki son “qalmaqalla” bağlı jurnalist həmkarlarından bəlkə yüzə yaxın mesaj aldım ki, yaxşı cavabını vermisiniz, bu “jurnalist” bizim üzqaramızdır. Təbii ki, bu mənim həm vaxtımı, həm də əsəblərimi aldı, ancaq cəmiyyət xatirinə bu da lazımdır.

Sosial şəbəkədə “cığallıq” edən deyiləm. Ancaq sözümü həmişə nəinki sosial şəbəkədə, teledebatlarda, radiolarda da demişəm. Alnım açıqdır, heç kəsdən qorxub çəkinəcəyim yoxdur. Təəssüf edirəm ki, insanlar öz tərbiyələrini, gündəlik danışıq tərzlərini sosial şəbəkəyə gətirirlər. Bu insanların doğru yolda olmadıqlarını anlatmağa çalışmışam və bundan sonra da çalışacağam. Davakar insan deyiləm. Ancaq bu, o demək deyil ki, sülh tərəfdarı olmağıma baxmayaraq kimsə məni əsassız olaraq təhqir edirsə, biz onun cavabını verməməliyik. Hər kəsin öz tərbiyə üslubu var, onu da göstərir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36
KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:31
Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 11:22
"Məsələ yoluna qoyulacaq" - Rusiyadan Azərbacyanla bağlı açıqlama
Bu gün, 11:19
“Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” - deputat
Bu gün, 11:17
Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün, 11:13
Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! - Kənan MM
Bu gün, 11:11
Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi - VİDEO
Bu gün, 11:10
SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... - Həm də aşağı vəzifəlilər üçün...
Bu gün, 11:03
Pezeşkian qonşularla münasibətlərdən danışdı: - yeni bir fəsil başlayır!
Bu gün, 10:55
Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 10:51
Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq - İskəndəryan
Bu gün, 10:43
Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Görünəni odur ki...
Bu gün, 10:37
Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək?
Bu gün, 10:35
“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? - Hüquq-mühafizə orqanları araşdırma aparır
Bu gün, 10:33
Bakıda kişi kirayə qaldıqları evdə dostunu BIÇAQLADI
Bu gün, 10:24
Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… - İcazə verin şübhələnək...
Bu gün, 10:10
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir - İLGİNC FAKTLAR
Bu gün, 10:07
Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb - QƏRAR
Bu gün, 10:01
Yekaterinburqda amansızlıqla öldürülən azərbaycanlıların nəşi bu gün axşam gətiriləcək - AÇIQLAMA
Bu gün, 10:00
Rusiyada azərbaycanlılara qarşı yeni «soyğun» planı - Putin müharibənin xərcini miqrantlara yükləyir
Bu gün, 09:54
24 il əvvəl baş vermiş cinayət hadisəsi niyə indi Rusiyanın yadına düşdü? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:48
Başını itirmiş Putin Rusiyası... - BUNDAN SONRA...
Bu gün, 09:45
Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında
Bu gün, 09:41
Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
Bu gün, 09:29
İki əsr geridə qalan Pyotr təfəkkürü... - deputatdan REAKSİYA
Bu gün, 09:25
“Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlama - KİV
Bu gün, 09:15
"Vergini bu qiymətlə necə ödəyək?" - ETİRAZ VAR...
Bu gün, 09:12
Sabunçuda əməlli-başlı DƏRƏBƏYLİKDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:06
Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək
Bu gün, 08:59
ABŞ və Hindistan saziş imzalamağa yaxındır - “Politico”
Bu gün, 08:57
İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür - ANIM
Bu gün, 08:48
OPTİMALLAŞDIRMA adı altına ÖZBAŞINALIQ... - Əgər QANUN buna yol vermirsə...
Bu gün, 08:45
Burda xarab məhsul satırlar, həm də... - GİLEY
Bu gün, 08:38
Müştərilər `Kontakt Home`la NƏ ETSİN? - AKTUAL
Bu gün, 08:28
Rus icmasının sədr müavini heyrət içində - “Əsl şokdur! İnana bilmirəm!”
Bu gün, 07:23
Etnik təmizləmə aparan Rusiya öz içindəki qeyri-rusları NƏ EDƏCƏK? - AKTUAL
Bu gün, 06:53
İranın məğlubiyyət sindromu: Tehranın avantürası Bakıya sıçraya bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 06:43
Rusiyada şovinizm dövlət səviyyəsinə keçib - ONA GÖRƏ DƏ...
Bu gün, 06:31
Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirildi - TƏFƏRRÜAT
Bu gün, 06:29
Xamenei niyə Azərbaycanla müharibə aparır? - VİDEO
Bu gün, 06:26
Simonyan Paşinyanı təhqir etdi - İlk dəfə deyil...
Bu gün, 06:23
Subhani də erməni müxalifəti kimi RUS AĞZI ilə HÜRÜR - FAKT BUDUR!
Bu gün, 06:19
Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb
Bu gün, 06:16
Yekaterinburq QƏTLİAMI - deputat ŞƏRH EDİR
Bu gün, 00:44
Manana anasının arzusunu gerçəkləşdirdi - VİDEO
Bu gün, 00:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru