“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                 

“İsa Qəmbərin özü də fərqindədir ki, Müsavat artıq bitib” - Partiya sədri
Tarix: 15-01-2015, 09:03 | Çap et
“İsa Qəmbərin özü də fərqindədir ki, Müsavat artıq bitib”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasın sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib, onu təqdim edirik:

“Dövlət çiynindəki bir çox lazımsız yükdən azad olmalıdır”

“Əgər hökumət özü ölkə banklarında pul saxlamaqdan qorxursa, niyə hansısa vətəndaş gətirib öz pulunu ora qoysun ki?”

“Bu gün 7 faizlə güzəştli şərtlərlə dövlətdən kredit alan sahibkar sevindiyindən uçur”

-Isa Qəmbər iddia edib ki, hakimiyyət Müsavatı ələ keçirmək istəyir. Doğrudanmı Müsavat hakimiyyət üçün o qədər önəm kəsb edir, özü də qurultaydan tamamilə zəif çıxmış və əldən düşmüş bir partiya?

-İsa Qəmbərin özü də fərqindədir ki, Müsavat Partiyası artıq bitib. Yəni İsa Qəmbərin o partiyanın başqanlığından getməsiylə Müsavat da ölkənin siyasi həyatından getmiş kimi qəbul olunmalıdır. Qaldı o iddialılara, mən vaxtilə də demişdim, bu gün bir-birilə savaşanların hər ikisi də bu iqtidarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər və onların öz mövqelərindən geri çəkilməməsi də məhz bu iqtidarın arzusu idi. Ona görə də nə Arif Hacılı geri çəkilib təkrar seçkilərə gedə bilmədi, yəni ona bu addımı atmağa icazə vermədilər, nə də Qubad İbadoğluna seçkinin nəticələrini qəbul etməyə imkan vermədilər. Yəni mən elə hesab edirəm ki, İsa Qəmbəri istefa verməyə vadar edən ən ciddi motiv ətrafında baş verənlərdən yetərincə məlumatlı olmasıydı. Ona görə də sadəcə olaraq öz keçmiş siyasi tərcümeyi-halını bəlkə də qorumaq üçün başqanlıqdan getdi.

-Onda sualı bu cür qoyaq ki, hakimiyyət Müsavatı ələ keçirmək istəyir yox, İsa Qəmbər artıq hakimiyyətin Müsavatı ələ keçirdiyinə əmin olduqdan sonra istefadan başqa yol görməyib...

-Mən düşünürəm ki, əsas faktorlardan biri budur.

-Tarif Şurası özünü iki qəpiklik etdi...

-Sözün doğrusu, o iki qəpik elə də böyük rəqəm deyildi. Amma görünən odur ki, iqtidar ciddi surətdə büdcəyə əlavə vəsaitlərin cəlb olunması barədə düşünür və bu cür qiymət artımlarına da həmin variantlardan biri kimi baxır. Təsəvvür edin ki, büdcədə neftin bir barelinin qiyməti 90 dollar nəzərdə tutulub, amma bu gün qiymət 40 dollara yaxınlaşır. Ona görə də büdcədə xeyli narahatlıq olacağı mənzərəsi yaranır. Hətta neftin qiyməti 60 dollarda dayansaydı belə büdcədə 450 milyon manat kəsir yaranacaqdı. İndi görün qiymət 40 dollara yaxınlaşdığı halda büdcənin kəsiri nə qədər artacaq. Təbii ki, bu kəsiri də doldurmaq lazımdır.

-Hələ neftin qiyməti 60 dollar ətrafında tərəddüd edəndə iqtisadçılar deyirdilər ki, may-iyun aylarında büdcəyə yenidən baxmaq zərurəti yaranacaq. Amma görünür belə getsə, elə fevralın 1-də parlamentin yaz sessiyasının ilk iclasındaca büdcəyə yenidən baxılmasıyla bağlı təkliflər səslənəcək.

-Yəqin ki, hökumət ilkin mərhələdə Neft Fondundan əlavə transfertlər cəlb edəcək ki, büdcə kəsiri aradan qaldırılsın. Birinci Avropa Oyunlarıyla bağlı bir sıra iri maliyyə tutumlu layihələr həyata keçirilir. Onların tikintisini də bəlli səbəblərdən dayandırmaq mümkün deyil. Amma təbii ki, bu oyunlara dəxli olmayan bir sıra layihələr mütləq dayandırılmalıdır. Hesab edirəm ki, hələ də gec deyil və zənnimcə Azərbaycan hakimiyyəti daha çox o sahələrin inkişafına diqqəti yönəltməlidir ki, həmin sahələri inkişaf etdirmək üçün potensial var. Məsələn, bir vaxtlar hökumət çox ciddi yanlışlıq etdi ki, Gürcüstanda gübrə zavodunun tikintisini həyata keçirdi. Halbuki hələ sovet dövründə nəzərdə tutulmuşdu ki, Naxçıvanda gübrə zavodu tikilsin. Yaxud Türkiyədə o nəhənglikdə kimya sənaye kompleksinə milyardlar qoyuldu. Ancaq həmin kompleks Səngəçal ətrafında qoyulmalıydı və biz dünyaya hazır məhsul satmalıydıq. Yəni deməyim odur ki, vaxtında müəyyən səhvlərə yol verilib. Hansı ki, bunları Azərbaycanda reallaşdırsaydılar hər şeydən öncə on minlərlə yeni iş yerləri açılacaqdı və büdcəyə qeyri-neft sektorundan yüz milyonlarla əlavə vəsaitlər daxil olacaqdı. Tutaq ki, biz gedib Makedoniyada hansısa bir köhnə hərbi hissəni alıb yüz milyonlarla vəsait qoymaqla bir turizm kompleksi yaradınca həmin vəsaiti Azərbaycanda bir istehsal müəssisəsi yaratmağa yönəltmək olardı. Tutaq ki, Azərbaycan isti iqlimli ölkədir və bizdə soyuduculara tələbat daha böyükdür. Ona görə də həmin pula bir nəhıng soyuducu zavodu ərsəyə gətirmək olardı. Yaxud lap bir velosiped zavodu da tikmək olardı. Əlbəttə, etiraf edək ki, xeyli yüngül sənaye müəssisəsi yaradılıb. Srağagün prezident Sumqayıtda daha bir tikiş fabrikinin açılışını etdi. Amma bunlar çox azdır. Ona görə də hesab edirəm ki, hakimiyyət vəziyyətdən çıxmaq üçün iki istiqamətdə addım atmalıdır. Birincisi, dərhal özəlləşdirməyə getməliyik. Dövlət çiynindəki bir çox lazımsız yükdən azad olmalıdır. Ehtiyac olarsa özəlləşdirməyə çıxarılan həmin müəssisələri alan sahibkarlara güzəştli şərtlərlə kreditlər verməlidir ki, onlar müasir tələblərə cavab verən texnologiyanı gətirib rəqabət qabiliyyətli məhsullar istehsal edə bilsinlər. Bundan əlavə respublikanın bir çox rayonlarında tikilmiş idman qurğuları, olimpiya kompleksləri, diaqnostik mərkəzlər təcili özəlləşdirilməlidir, çünki onların saxlanılması xərcləri həddindən artıq böyükdür. Bundan başqa dövlət mütləq idarəetmədə köklü islahatlar aparmalıdır. Məsələn, mən hesab edirəm ki, bu gün dövlət qulluğunda olan məmurların ən azı üçdə biri işdən çıxarılmalıdır. Ancaq təbii ki, onları taleyin ümidinə də buraxmaq olmaz. Onlara normal şərtlər altında kreditlər də verilməlidir ki, gedib öz bizneslərini qura bilsinlər, özəl sektorda özlərinə yer tapa bilsinlər. Bundan başqa paralel strukturlara ciddi əl gəzdirilməlidir. Məsələn, bələdiyyə və yerli icra hakimiyyəti orqanları. Məncə icra strukturlarının 80 faizi ixtisar olunmalıdır. Onların əksər işləriylə bələdiyyələr məşğul olmalıdır. Icra hakimiyyətləri yalnız yerlərdə mərkəzi hakimiyyətin təmsilçiləri kimi fəaliyyət göstərməlidirlər. Hətta bələdiyyələrə yerli hakimiyyət orqanı statusu verilməlidir. Özü də iqtidar nə qədər ki, güclüdür, yubanmadan bu islahatlara getməlidir. Ölkədəki sosial durum pisləşəcəyi şəraitdə və sosial narazılıqlar artacağı təqdirdə hakimiyyətin gedəcəyi islahatlar cəmiyyət üçün çox riskli olar. Çünki cəmiyyət bunu xoş niyyətdən doğan islahatlar kimi deyil, çarəsizlikdən atılmış addımlar kimi qəbul edəcək. Bunun ardınca hansı vasitə ilə olur olsun hakimiyyətə gəlmək istəyən radikal müxalifət bu situasiyadan yararlanmaq istəyəcək və cəmiyyət də daha dərin islhatlara gedilməsini tələb edəcək ki, bu da sonda ölkədə siyasi qarşıdurmalara və xaosa gətirib çıxara bilər. Ona görə də iqtidar nə qədər güclüdürsə bu islahatlara gedilməlidir. Məsələn, Taciksitan və Türkmənistandan başqa bütün keçmiş sovet respublikalarının hamısı ya parlamentli respublika modelinə keçib, ya da prezidentli-parlamentli respublika modelinə. Yəni hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırır. Yəni deməyim odur ki, ölkədə siyasi və iqtisadi islahatlar aparmaq zəruridir və düşünürəm ki, iqtidar da bu vəziyyəti görür, islahatın qaçılmaz olduğunu hiss edir.

-O zaman siftəni elə parlament seçkilərində proporsional seçki sisteminin bərpasıyla etmək doğru olmazmı?

-Bunun üçün konstitusiya dəyişikliklərinə gedilməldir. Bunu da yalnız referendum yolu ilə etmək mümkündür. Əlbəttə, siyasi iradə olduğu halda referendum lap mayda da keçirilə bilər, apreldə də. Payızda da parlament seçkilərini artıq yeni konstitusiyaya uyğun olaraq keçirmək olar.

-Siz büdcəyə əlavə vəsaitlərin cəlbi üçün hakimiyyətin az qala baş sındırdığını dediniz. Niyə dağa-daşa düşürlər, maliyyə amnistiyası elan etsinlər, adı bəlli məmurların dövlət büdcəsinin bir neçə qatından artıq xaricdəki vəsaitlərinin heç olmasa bir qismini qaytarsınlar ölkəyə investisiya qoyuluşlarına...

-Azərbaycan reallığında heç xüsusi amnistiyaya da ehtiyac yoxdur. Əgər düşünülürsə kimlərinsə xaricdə böyük həcmdə vəsaitləri var, ölkə rəhbərliyi tərəfindən onlarla sadəcə olaraq müvafiq söhbətlər etməklə də həmin vəsaitlərin respublikaya gətirilməsini təmin etmək olar. O ki, qaldı maliyyə amnsitiyası tətbiq etməklə Azərbaycana külli miqdarda vəsaitin dönəcəyini sözün doğrusu mən o qədər də real hesab etmirəm.

-Bayaq bir məqama toxundunuz ki, vaxtilə vəsaitləri yalnış olaraq xaricdə yerləşdiriblər. Gəlin razılaşaq ki, onsuz da xaricdə mürgü vuran və demək olar ki, üstünə faiz gəlməyən 50 milyard vəsait var. Dərd vəsait qıtlığı deyil ki, onu ölkəyə gətirib səmərəli xərcləmək və korrupsiya yemi olmaqdan qorumaqdır.

-Təbii, məndə o fikirdəyəm ki, hər bir halda dövlətin müəyyən həcmdə valyuta ehtiyatı olmalıdır ki, dar gün üçün saxlasın. Amma mən dəfələrlə parlamentin iclasında söyləmişdim ki, müəyyən miqdarda vəsaitlər saxlanılmaq şərtilə dövlətin Neft Fondunda toplanan pulların xərclənməsinin tərəfdarıyam. Ona görə ki, dolların özü də inflyasiyaya gedir və bu gün tutaq ki, 100 dollara alınan məhsulu gələn il həmin qiymətə almaq mümkün deyil. Amma mən o fikirdəyəm ki, hökumət həmin vəsaitlərin bir qismini Azərbaycan banklarında yerləşdirməklə həm xarici maliyyə dairələrinə göstərməliydi ki, özü vəsaitlərin bir hissəsini yerli banklarda yerləşdirməkdən çəkinmir. Yəni təsəvvür edin, əgər hökumət özü ölkə banklarında pul saxlamaqdan qorxursa, niyə hansısa vətəndaş gətirib öz pulunu ora qoysun ki? Axı biz hamımız bilirik ki, xaricdə saxlanılan vəsaitin illik gəlirliyi ən yaxşı halda 0,89 faizdir. Amma biz gətirib həmin vəsaitləri indiki kimi 7 faizdən Sahibkarlığa Kömək Milli Fondunun xəttiylə yerli iş adamlarına versək həm dövlət qazanar, həm sahibkarlarımız. Yəni etiraf edək ki, bu gün 7 faizlə güzəştli şərtlərlə dövlətdən kredit alan sahibkar sevindiyindən uçur. Mən istehlak kreditlərindəki faizləri heç demirəm. Mən dəfələrlə bu sualı parlamentdə Elman Rüstəmova da verirdim, bəzən cavab vermirdi, cavab verəndə də deyirdi ki, Neft Fondunun vəsaitlərini Azərbaycan banklarında yerləşdirmək mümkünsüzdür, çünki iqtisadiyyatımızın tutumu buna imkan vermir. Əlbəttə, mən də o fikirdəyəm ki, 30 milyardı birdən-birə ölkəyə gətirmək doğru deyil, amma heç olmasa prezidentin dediyi o 2 milyardı da gətirmədilər ki, guya bu da inflyasiya yaradan faktordur. Amma onsuz da bizim banbklar gedib xaricdən yüksək faizlə vəsait götürüb yerli sahibkarlara ikiqat faizlə verirlər.

Ardı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru