Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                 

ReAL və Klassik Xalq Cəbhəsi partiyalarına kimlər rəhbərlik edəcək? - YENİ GƏLİŞMƏ...
Tarix: 13-09-2024, 08:32 | Çap et
ReAL və Klassik Xalq Cəbhəsi partiyalarına kimlər rəhbərlik edəcək?
ReAL və Klassik Xalq Cəbhəsi partiyalarına kimlər rəhbərlik edəcək?

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək. Bu barədə “Qaynarinfo”ya açıqlamasında sözügedən partiyanın sədri Mirmahmud Mirəlioğlu deyib.

Sədr bildirib ki, istənilən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır: “Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs - sədr daşıyır. Bu, A variantımızdır. Təbii ki, istefa vermək, özü də istənilən yerdə və istənilən zamanda mümkündür”.

Sədr deyir ki, bu prosesdə ciddi bir məsələ var: “Bizim əvəzimizdən düşünən, bizim əvəzimizdən təkliflər irəli sürən adamlar və istəklər var. Bu arzu və istəklər çox zaman reallığa uyğun olmur”.

Məlum olduğu kimi, Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov istefa verib. O, bu istefanın səbəbi olaraq 1 sentyabrda baş tutan növbədənkənar parlament seçkilərində REAL Partiyasının uğursuzluğunu göstərib.

İlqar Məmmədovun bu addımı ilə bağlı Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Cebheinfo.az-a danışıb. Razi Nurullayev İlqar Məmmədovun istefa verməsini doğru qərar hesab etdiyini deyib: “Zənnimcə, doğru qərardır. Amma təbii ki, bu, mənim subyektiv fikrimdir. Hər partiyanın öz yolu var, istefa, sonra kimin sədr seçilməsi kimi məsələlər ReAL Partiyasının daxili işidir və onların qərarlarına Milli Cəbhə Partiyası və partiyanın başqanı olaraq hörmətlə yanaşıram.

İstənilən halda sədr partiyanın uğurları və uğursuzluqları üçün məsuliyyət daşıyır. Yaxşı haldır ki, İlqar Məmmədov müxtəlif bəhanələr altında özünə haqq qazandırmaq və uğursuzluqda başqalarını günahlandırmaq yolunu seçmədi. Bəlkə bu da bir siyasi mədəniyyət göstəricisidir. Partiya hansı səbəbdən olursa-olsun seçkilərdə məğlub olursa və bunu uğursuzluq kimi qələmə verirsə, günahı birinci özündə axtarmalıdır".

MCP sədri vurğulayıb ki, İlqar Məmmədovun bu cəsarətli hərəkəti təqdirəlayiqdir: “Təəssüflər olsun ki, bir çoxları öz uğursuzluğunu başqalarının çiyninə qoymağı sevir ki, özü suyun üzərində qalsın, batmasın. Ümid edirəm ki, AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli də İlqar Məmmədovun cəsarətinə sahib olub istefaya gedəcəklər. Bu, bütövlükdə Azərbaycanda siyasi proseslərin inkişafına müsbət töhfə vermiş olardı”.

Qeyd edək ki, bu istefa qərarından sonra partiyanın yeni sədrinin kim olacağı müzakirə mövzusuna çevrilib.

Siyasi kulislərdə ReAL Partiyasının yeni sədri olmağa ən iddialı şəxslər olaraq Natiq Cəfərli və Erkin Qədirlinin adı hallanır. Maraqlıdır, ReAL Partiyasının yeni sədri kim olacaq və bununla bağlı qərar nə zaman veriləcək?

Partiyanın icraçı katibi Natiq Cəfərli Cebheinfo.az-a açıqlamasında bildirib ki, bu axşam Siyasi Komitənin iclası keçiriləcək: “Bizim partiyanın nizamnaməsinə əsasən, qurultay Siyasi Komitəni seçir. Partiyanın ali idarəedici orqanı da məhz Siyasi Komitədir. Partiyanın sədrini də Siyasi Komitə təyin edir, sədr isə partiyanın gündəlik fəaliyyəti ilə məşğul olur. İlqar Məmmədov partiya sədrliyindən istefa versə də, Siyasi Komitədə qalacaq. Sadəcə, sədr kimi vəzifəsini icra etməkdən istefa verib.

Siyasi Komitə gələcək addımlarla bağlı qərar verəcək. Siyasi Komitənin istənilən üzvü sədr olmağa layiqdir. Lakin axşam keçiriləcək toplantıda kimlərin sədrlik üçün həvəsi və ya istəyi olsa, onu müzakirə edəcəyik. Çox güman ki, ReAL Partiyasının yeni sədrinin kim olacağı bu gün bəlli olacaq. Lakin bunu Konstitusiya Məhkəməsi parlament seçkilərinin yekun nəticələrini elan edəndən sonra açıqlaya bilərik".

Natiq Cəfərli ReAL Partiyasının sədri ola biləcəyi ilə bağlı iddialara da münasibət bildirib: "Siyasi Komitənin 8 üzvü var və onların hamısı partiya sədri vəzifəsinə layiqdir. Lakin yeni sədrin kim olacağı Siyasi Komitənin qərarından asılı olacaq. Əgər ReAL Partiyasının sədri olma məsuliyyətini mənə vermək istəsələr, bundan imtina etmərəm".

Yada salaq ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin də bir neçə gün əvvəl partiya sədrliyindən istefa verdiyi xəbəri yayılmışdı.

Sonra isə bəlli oldu ki. P.Hüseyn istefa verməyib. “Seçkinin nəticələri ilə əlaqədar məsuliyyət daşıyanlardan biri də siyasi partiya sədri kimi mənəm. Məsələni partiyanın İdarə Heyətində müzakirəyə çıxaracağam. Əksinə, bundan sonra siyasətlə daha geniş şəkildə məşğul olmaq barədə düşünürəm”, - deyə o bildirib.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45
Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru