“Rusiyanın mövqeyi istənilən zaman yenidən Azərbaycanın əleyhinə dönə bilər...” - Etibar Məmmədov
Tarix: 5-04-2024, 17:23 | Çap et
 Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovla Moderator.az üçün budəfəki qısa söhbətimizdə Qərb və Rusiyanın Güney Qafqaz regionunda ciddi siyasi qarşıdurması fonunda Azərbaycanla Ermənistan arasındakı problemlərin həlli perspektivi, son günlər Naxçıvan istiqamətində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmasını ABŞ-nin təşkil etməsi haqda iddialar və s. mövzularda danışdıq. -Etibar bəy, necə hesab edirsiniz, Qərb, Avropa, ABŞ Ermənistandan əlini çəksə və bölgədə əsas kənar güc olaraq yalnız Rusiya qalsa, Kremlin və onun dəstəkçilərinin qeyd etdiyi kimi, Azərbaycanla Ermənistan arasındakı problemlər həllini tapacaq və aralarında sülh müqaviləsi imzalanacaqmı? – Azərbaycanla Ermənistan təkbətək qalsalar, bir çox məsələlər həllini tapar... – Təkbətək yox, yenə də Rusiyanın təsir dairəsində... – Hələ ki Rusiyanın mövqeyi Azərbaycanın əleyhinə deyil... Amma Kremlin mövqeyi istənilən zaman yenidən bizim əleyhimizə dönə bilər. Necə ki, tarixboyu həmişə əleyhimizə olub. Ermənilər isə alət kimi istifadə edilmək üçün həmişə hazır olublar. Ona görə də Rusiya ilə onların mövqeləri yenidən uyğunlaşa bilər. Bugünkü vəziyyətdə Azərbaycanın xarici siyasətinin qarşısında duran vəzifə yeni müttəfiqliklər əldə etməkdən ibarətdir. Yəni yalnız Türkiyənin müttəfiqliyi ilə biz çox uzağa gedə bilmərik. Azərbaycanın mövqeyini müdafiə edən digər müttəfiqlərimiz də olmalıdır. Eyni zamanda təkcə ölkəmizin enerji resurslarına arxayınlaşmaq və Avropa ölkələrinin bizdən asılılığını əsas götürərək digər istiqamətlərdə fəaliyyətsiz dayanmaq ağır nəticələrə gətirib çıxara bilər. Konkret ABŞ-yə gəldikdə, hələlik Ağ Evin başı qarşıdakı prezident seçkilərinə qarışıb, ona görə də Cənubi Qafqazla bağlı ciddi təsiredici fəaliyyət göstərə bilməz. Gələcəkdə, qısa müddətdən sonra öz fəaliyyətini gücləndirə bilər. Odur ki, bütün bu təhlükələrin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir... – Qərbin bölgəyə təsiri olmadığı halda Rusiya İrəvanda Paşinyan hakimiyyətinin devrilməsinə nail olacaq və yenə də özünə sadiq Köçəryan, Sərkisyan tipli revanşistlərin hakimiyyətini bərpa edəcək. O halda Ermənistan Moskvanın dəstəyi ilə yenə də Qarabağla bağlı iddialarını irəli sürəcək və nəticədə bir müddət sonra Azərbaycanla yeni genişmiqyaslı savaş başlayacaq. Siz necə düşünürsünüz? – Bütün variantlarda Azərbaycan hərbi üstünlüyünü təmin edib, sərhədlərini yüksək səviyyədə möhkəmləndirib və müdafiə sistemini qurub. Bu, böyük bir nəticədir. Ermənistanın yenidən toparlanması, öz ordusunu Azərbaycana hücum səviyyəsində hazırlaması üçün hələ illərlə vaxt lazımdır. Təxribatlar üçün həmişə imkan var və hər bir təxribat da nəticədə Azərbaycana qarşı ittihamlara gətirib çıxarır. Bunu həmişə nəzərə almaq lazımdır... – Söhbət ondan gedir ki, İrəvanda Moskvanın dəstəyi ilə revanşist qüvvələr hakimiyyətə gətirilsə, sözsüz ki, onlar yenidən Qarabağ iddiası ilə çıxış edəcək və yeni işğallar üçün cəhdlər göstərəcəklər. Rusiya da yeri gələndə Azərbaycana təzyiqlər göstərmək üçün onlardan istifadə edəcək... – Onlar belə iddialarla çıxış edəcək və cəhdlər göstərəcəklər. Bunu həmişə ediblər, bundan sonra da edəcəklər. Nə qədər ki, üstünlük bizdədir, hansısa rəsmi sənədlərin imzalanmasına nail olmalıyıq... – Bəzi ekspertlər iddia edir ki, son günlər Naxçıvan istiqamətində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmasını Amerika təşkil edib. Belə bir şey mümkündürmü? – Ermənistan heç vaxt özü heç nə etmir, kimsə nəyisə onun üçün təşkil edir. İstər Amerika, istər Fransa, istərsə də Rusiya olsun. Mümkündür, hər şey ola bilər...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
|