Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

“AZƏRBAYCANDAKI “BEŞİNCİ KOLON”UN İŞİ ÇƏTİNDİR...” – “Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək”
Tarix: 21-03-2024, 11:33 | Çap et
“AZƏRBAYCANDAKI “BEŞİNCİ KOLON”UN İŞİ ÇƏTİNDİR...”
Geosiyasət üzrə mütəxəssis Sülhəddin Əkbər “AzPolitika”-ya müsahibəsində Rusiyadakı prezident seçkisinin nəticələri, Rusiya hərbçilərinin Azərbaycandan çıxarılma perspektivləri, NATO baş katibi Yens Stoltenberqin regiona səfəri, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim eidirik:

- Sülhəddin bəy, Rusiyadakı prezident seçkiləri gözlənilən sonluqla bitsə də, Mərkəzi Seçki Komissiyası beşinci dəfə namizəd olan Vladimir Putinin 88 faizə yaxın səslə qalib gəldiyini elan etdi. İlk dəfə idi ki, Putin özünə belə yüksək nəticə yazdırmağa ehtiyac duyurdu. Ermənistanda və Avropanın digər ölkələrində yaşayan rusların əksəriyyəti isə Putindən daha çox digər namizədlərə səs verib. Səfirliklərin xaricdə açdığı seçki məntəqələrində müxalifətin çağırışı ilə korlanan bülletenlərin də sayı kifayət qədər çox idi. Necə dəyərləndirirsiz bu nəticələri?

- Əvvəla, mən bunu seçki adlandırmazdım. Klassik anlamda bu seçki deyildi. Sadəcə nəticələri əvvəldən bəlli olan "Stalin" stilində keçirilmiş "seçki" idi. Birincisi, Putin müharibənin məsuliyyətini rus xalqı ilə bölüşmək ehtiyacı hiss edirdi. İkincisi, təbii ki, öz "legitimliyini" yeniləmə ehtiyacı da var idi. Üçüncüsü və ən vacib məsələlərdən biri o idi ki, Putin işğal etdiyi ərazilərdə seçkilər keçirməklə göstərmək istəyirdi ki, ölkənin bütün ərazisində seçkilər keçirilir və guya o, Rusiyanın bütün coğrafiyasına nəzarət edən legitim bir prezidentdir. Dördüncüsü, belə bir məşhur deyim var: "Hakimiyyət pozur, mütləq hakimiyyət isə mütləq pozur". Bu, artıq Rusiyanın dövlət başçısının nə qədər pozulduğunu göstərir. Belə bir göstəricinin ortaya çıxmasının səbəbi odur ki, Putin yüksək faizlərə mənəvi-psixoloji ehtiyac hissi edirdi. O, növbəti seçkidə 90-nın üzərinə qalxmalıdır ki, özünə uyğunluğunu qane edə bilsin. Rusiya sərhədlərindən xaricdə bu seçkiyə olan münasibətə gəlincə, bu, anlaşılandır. Rusiya daxilində total nəzarət, repressiya rejimi tam təmin olunub. Rusiyada bolşevik inqilabından sonrakı müddətdə ilk dəfədir ki, Rusiyanın xüsusi xidmət orqanları hakimiyyətə tam nəzərat edir. Xaricdə isə belə bir rejim, basqı yoxdur. Digər tərəfdən, xaricdə yaşayan ruslar Rusiyanı tərk edən, ümumiyyətlə hakimiyyətə və ya müharibəyə müxalif olan insanlardır.

- Maraqlıdır ki, Ermənistanın Gümrü şəhərində yaradılmış seçki məntəqəsində də nəticələr Putinin əleyhinə idi. Gümrüdə Rusiyanın 5 minə yaxın hərbçisinin olduğu hərbi bazası var. Bu baxımdan, maraqlıdır, hərbçilər ona yox, Davankova daha çox səs verdilər. Yeri gəlmişkən, İrəvandakı səfirlikdəki məntəqədə də Putin az səs alıb, amma Bakıdakı nəticələrdə qalib gəlib…

- Bu suala dəqiq cavab vermək çətindir. Çünki seçki komissiyalarını Bakıda və İrəvanda, eləcə də Gümrüdə kimin təşkil etdiyini bilmirik. Onların hakimiyyətə münasibəti necədir? Burada fərqlər, müəyyən nünslar var. Hər halda bu seçkini Azərbaycan hökuməti təşkil etmir.

- Bəli, Rusiya səfirliyi təşkil edir…

- Gümrüdəki nəticəyə gəlincə, bu, mənə 90-cı illərdə özümün parlament seçkilərindəki iştirakımı xatırladır. Həmin vaxt Qıvraq kəndində hərbçilərlə görüş keçirmişdim və seçkidə ən yüksək nəticələrimdən birini də məhz hərbçilər arasında qazanmışdım. Bilirsiz niyə? Çünki mənim əsas təbliğat tezislərimdən biri o idi ki, "Xalq Cəbhəsi, yəni biz qalib gəlsək, ilk işimiz sizi öz vətəninizə göndərmək olacaq və hər kəs öz vətənində xidmət edəcək". İndi Gümrüdəki hərbçilər də bilirlər ki, onlar potensial olaraq müharibəyə göndərilə və orada həyatlarını itirə bilərlər. Ona görə də mən burada qeyri-adi bir şey görmürəm. İrəvandakı nəticələrə gəlincə, bilirsiniz ki, Ermənistana müharibədən sonra daha çox müxalif yönümlü insanlar gəliblər. Bakıya gələnlər isə əsasən turist kimi, Rusiya ilə əlaqəsini kəsməyən insanlardır. Düşünürəm ki, bu faktorun da rolu ola bilər.

- Qərb ekspertlərinin biri demişdi ki, Putin yüksək nəticələr elan etməklə həm də Rusiya siyasi elitasına mesaj verir ki, ona böyük ictimai dəstək var. Çünki bu ölkədə hakimiyyət məsələsi yüksək elita tərəfindən müəyyən olunur. Putin bu çevrələrin onu hakimiyyətdən uzaqlaşdıra biləcəklərindən narahatdır, ona görə böyük ictimai dəstək nümayiş etdirir ki, bu faktoru nəzərə alsınlar…

- Ola bilər. Təbii ki, Putin öz hakimiyyətinə sosial və ictimai dəstəyin yüksək səviyyədə olduğunu nümayiş etdirmək istəyir. Ətrafı üçün də bu lazımdır. Xüsusilə Priqojinin Moskvaya yürüşündən sonra onun imicinə böyük zərbə dəymişdi. Ciddi suallar yaranmışdı ki, Putin Rusiyaya, xüsusən də öz ətrafına tam nəzarət edə bilirmi? Putin yaxın ətrafında konsolidasiyanı daha da gücləndirmək istəyir. Bu tip rejimlərdə elitadaxili münasibətlər çox önəmlidir. Mənə elə gəlir ki, indi Putin rus xalqından daha çox, məhz hakimiyyətə yaxın olan şəxslər haqqında düşünür. Çünki müxalifət, müstəqil media ən azı ölkə daxilində sıradan çıxarıldığına görə yaxın perspektivdə Rusiyada kütləvi bir hərəkat görünmür. Elitadaxili proses isə gizli gedir. Yəqin ki, yeni hökumətin təşkilində hərbçilərə, keçmiş hərbçilərə, xüsusi xidmət orqanlarının nümayəndələrinə daha çox diqqət ayrılacaq. Bu da konsolidasiyanı daha da gücləndirməyə imkan verəcək. Putin eyni zamanda repressiv rejimini, nəzarət sistemini daha da gücləndirəcək. Bu nəzarət sistemi təkcə xalqın yox, həm də hakim elita üzərində olacaq.

- Bəs xarici siyasətdə nə dəyişə bilər? Xüsusən də, Ukrayna müharibəsində Rusiyanın mövqeyində gözlənilməz qərarlar mümkündürmü?

- Xarici siyasətdə ciddi bir dəyişikliyin olacağını düşünmürəm. Çünki xarici siyasətdə artıq Rusiya aktiv rol oynamır. Rusiya xarici siyasəti reaktiv xarakter daşıyır. Yəni baş verən hadisələrə reaksiya əsasında formalaşır. Çünki ABŞ başda olmaqla, kollektiv Qərb tərəfdən siyasi, diplomatik təcridə məruz qalıb. Rusiyanın təkcə Qərb tərəfindən deyil, həm də qlobal Cənub daxilində təcrid olunması üçün çox aktiv iş gedir. Bu baxımdan, Putin müəyyən səylər göstərəcək. Çalışacaq ki, özünü sülhpərvər göstərsin, danışıqlara açıq olduğunu bildirsin. İlk çıxışında elə bu istiqamətdə müəyyən mesajlar verib. Makronun təkliflərinə cavabında deyib ki, danışıqlara hazırdır və Olimpiya oyunları zamanı atəşkəs məsələsinin müzakirəsinə açıqdır. Putinin əlində qalan yeganə aktiv xarici siyasət aləti bu danışıqlar prosesidir.

- Bunu stimullaşdıra bilərmi?

- Ən azı yaxın perspektivdə bu görünmür. Çünki Ukraynanın arxasında duran güclər danışıqlar prosesinə getmək niyyətləri olsa da, bu yay Kiyevi gücləndirmək üçün ən azı bir cəhd edəcəklər.

- Bəs Rusiyanın Cənubi Qafqaza yönəlik siyasətində necə, yeniliklərin şahidi olacağıqmı?

- Bəli, yeniliklər ola bilər. Birincisi, Cənubi Osetiyanın "parlament sədri" Rusiya ilə birləşmə haqqında danışıqların getdiyini bildirib. Bu artıq çox ciddi bir mesajdır. Ermənistan-Rusiya münasibətlərinin gərginləşdiyi bir vaxtda bu, Azərbaycanın da diqqətini cəlb etməlidir. Çünki Cənubi Osetiya onsuz da de-fakto ilhaq olunub. De-yure ilhaqdan sonra isə Gürcüstanda və Ermənistanda vəziyyət gərginləşə bilər. Bu baxımdan, Azərbaycan da diqqətli olmalıdır. Çünki Azərbaycan da artıq gələn il rus qoşunlarının çıxarılması məsələsini qaldırmalıdır. Bir tərəfdən kollektiv Qərb, ABŞ başda olmaqla NATO Qara Dəniz, Cənubi Qafqaz və Xəzərdə aktivləşmək istəyir. Digər tərəfdən isə Rusiya mövqelərini itirdikcə aqressivləşir. Rusiya Moldovadakı nüfuzunu xeyli itirib, Ukrayna ilə də müharibə aparır. Qara Dəniz donanması çox ciddi zərbə alıb, üçdə bir qüvvəsini itirib. Əsas gəmiləri Sevastopol limanından çıxarıb, kiçik-kiçik qruplar halında Novorossiysk və digər limanlarda yerləşdirib. Hərbi qüvvələrin müəyyən hissəsini Abxaziyada yerləşdirməyi düşünür. Rusiya ola bilsin ki, daha böyük zərbələr aldıqdan sonra Xəzər donanmasının bəzi gəmilərini Qara Dənizə keçirməli olacaq. Bütün bu faktorları Azərbaycan nəzərə alımalıdır. Həm Qara dənizdə baş verən və Rusiya əleyhinə olan bu gedişatı, həm Ermənistan-Rusiya münasibətlərini, həm də Cənubi Osetiya ilə bağlı irəlidə gözlənilən prosesləri.

- Sülhməramlıların qalması ilə bağlı Azərbaycana ikitərəfli müqavilə təklif oluna bilərmi?

- Heç şübhə etmirəm ki, bununla bağlı hazırda danışıqlar gedir. Amma Azərbaycanın buna gedəcəyinə az ehtimal verirəm. Azərbaycan da Rusiya - Ukrayna müharibəsinin nəticələrini gözləyir. Azərbaycanın gözləmə rejimində olmasını göstərən ciddi faktorlardan biri odur ki, 22 fevral 2022-ci ildə Rusiya ilə "Moskva bəyannaməsi”ni imzalasa da, onu ratifikasiya etməyib. Bu, ciddi faktordur. Digər tərəfdən, Azərbaycan xalqı, Azərbaycan ordusu, Azərbaycanın yeganə strateji müttəfiqi Türkiyə buna necə reaksiya verəcək? Türkiyə Prezident səviyyəsində bildirib ki, 2025-ci ildə rus qoşunları Azərbaycanı tərk etməlidir. Eyni zamanda burada NATO-nun, ABŞ-nin, Böyük Britaniyanın və İsrailin mövqeyi nəzərə alınmalıdır. Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək. Bu baxımdan Rusiyanın və Azərbaycandakı "beşinci kolon"un işini çətin qiymətləndirəm. İşləri çətindir…

- Yeri gəlmişk, NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfərində əsas mesajı Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin vacibliyi barədə idi. Artıq Türkiyə də, Avropa da bu məsələni qaldırır. İndiki ərəfədə NATO rəhbərinin regiona səfərini necə qiymətləndirirsiniz? NATO - Azərbaycan münasibətlərində dəyişiklik gözləyə bilərikmi?

- Baş verənləri qlobal, regional və subregional kontekstdə dəyərləndirmək lazımdır. Qlobal kontekstdə baxsaq, hazırda dünya dövlətləri arasında 3 qrup üzrə qruplaşma prosesi gedir. ABŞ rəhbərliyində kollektiv Qərb, yəni demokratik dünya, Çin rəhbərliyində Cənubi Şərq yəni anti-demokratik dünya, həm demokratik, həm də qeyri-demokratik ölkələrin olduğu qarışıq qrup. Hər bir tərəf çalışır ki, öz qrupunu böyütsün. NATO-nun 32 üzvü var və 40-dan artıq ölkə ilə əməkdaşlıq edir. NATO çalışır ki, qrupunu gücləndirsin. Azərbaycana subregional səfərin qlobal məqsədi məhz budur. Regional olaraq isə Qara dənizdə baş verənlərə baxmaq, Vilnüs Sammitində qəbul edilən qərarları nəzərə almaq lazımdır. Soyuq müharibə dövrü bitəndən sonra ilk dəfə NATO Rusiyadan 4480 səhifəlik müdafi planı qəbul edib. Burada Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya önəmli yer tutur. Bu bölgəyə liderlik Türkiyəyə həvalə olunub, bura qardaş ölkənin məsuliyyət zonası hesab olunur. İndi Qərb burada təşəbbüsü ələ almaq istəyir. Gürcüstanın NATO, Avropa Birliyi ilə əlaqələri hər kəsə məlumdur. Avropa Birliyi Ermənsitanla da dialoq halındadır. Burada yeganə zəif həlqə Azərbaycandır. Bu baxımdan, NATO-nun subregiona və Azərbaycana diqqəti anlaşılandır. Həmçinin Rusiyanı regiondan çıxarmaq istəyi də var. Bunun üçün də ilkin zəmin hazırlanmalıdır. Birdən-birə bu, mümkün deyil. İlkin zəmin isə sülh müqaviləsindən keçir. Ermənistanla Azərbaycan arasında sülh olmalıdır ki, Rusiyaya ehtiyac qalmasın. Sülh olsa, "sülhməramlı"lar bölgədən çıxmalıdır. Azərbaycan - Ermənistan, Ermənsitan - Türkiyə normallaşması başlasa, Rusiyaya Ermənistanda da ehtiyac qalmır. Beləcə Ermənistandan Rusiya silahlı qüvvələrinin çıxarılmasının önü açıla bilər. Azərbaycan və Ermənistanda bu proseslər getsə, Gürcüstan da daha cəsur siyasət aparacaq. İndi RusiyAdan çəkinir. Həmçinin onu da qeyd edək ki, Stoltenberqin dövrü başa çatmaq üzrədir və bu, həm də bir vida səfəri hesab oluna bilər.

- Sonda bu yaxınlarda işıq üzü görən “Milli ideologiyanın və milli-ideoloji siyasətin əsasları” kitabınızdan danışmaq istərdik. 4 illik zəhmətə başa gələn bu əsərə zərurət nədən qaynaqlanırdı?

- 2017-ci ildə mənim ilk kitabım - "Milli siyasətin əsasları" işıq üzü görüb. Həmin kitabı yazmaqda məqsədim o idi ki, Azərbaycanda milli siyasətin əsasını qoyum. 1992-ci ildə MTN-də işə başlayanda, bu məktəbi yaratmaq istəyəndə ilk dəfə bütün varlığımla hiss etdim ki, hər hansı adda olan bir məktəb üçün təkcə bir bina yetərli deyil. Onun üçün müəllimlər və kitablara, milli kadrlarla ehtiyac var. Bizim Londonda, Parisdə, Brüsseldə, Ankarada və ya Vaşinqtonda kadrlarımız oxuya bilər. Amma unutmamalıyıq ki, hər bir dövlətdə yazılan kitab dünyaya və siyasətə məhz həmin mərkəzin baxış bucağın əks etdirir. Bizə isə Bakıdan baxış lazımdır. Ona görə də qərara gəldim ki, Azərbaycanda milli mərkəzin əsasını qoymaq üçün kadrlara və milli kitaba ehtiyac var. Beləcə Azərbaycanın milli maraqlarını işləyib hazırladım. Milli maraqlardan biri də Azərbaycanın mili birliyidir. Milli birlik olmadan millət qarşısında duran aktual məsələləri həll edə, milli maraqların təhlükəsizliyini təmin edə bilməz. Milli birlik üçün də millət gərək zehnən və ruhən bir olsun. Fikirdə, zehndə birlik olmasa, onlar yoldaş da ola bilməzlər. Kitabın ərsəyə gəlməsində də məqsəd Azərbaycan vətəndaşını zehndaşa, ruhdaşa çevirməkdir ki, onlar yoldaş, eyni milli yolun yolçusu ola bilsinlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru