"Heç olmasa, strateji müttəfiqimiz olan Gürcüstanla sərhəddə dəhliz təşkil edək" - deputat
Tarix: 13-02-2024, 07:54 | Çap et
 2023-cü ildə qonşu Gürcüstanın beynəlxalq turizmdən gəlirləri pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 26.2 faiz (856.7 milyon dollar) artaraq 4.1 milyard dollara çatıb. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatında bildirilib. Qeyd olunub ki, təkcə ötən ilin dördüncü rübündə Gürcüstan turizmdən 873.67 milyon dollar gəlir əldə edib. Ötən ilin oktyabr-dekabr ayları ərzində Gürcüstanı 1.5 milyon nəfər ziyarət edib. Bunun təxminən 1.01 milyonunu beynəlxalq turistlər təşkil edib. Qardaş Türkiyənin turizm uğurları isə fantastikdir. 2023-cü ildə Türkiyəyə 57 milyon 700 min turist səfər edib. Türkiyənin turizmdən gəliri 54 milyard 300 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, Azərbaycan 2023-də neft-qaz, neft məhsullarının satışından 30 milyard dollar vəsait qazanıb. Məlumat üçün bildirək ki, Azərbaycan 2023-cü ildə turizmdən cəmi 1,4 milyard dollar gəlir əldə edib. Ölkəmizə il ərzində 2 milyon 85 min turist gəlib və hər bir turist ortalama 671 dollar vəsait xərcləyib. Ümumiyyətlə, ölkəmizdə turizm sahəsi, bu sektorun maliyyə gəlirləri ən çox müzakirə olunan məsələlərdəndir. Əfsuslar ki, Azərbaycanda turizm sahəsində heç də ürəkaçan mənzərə yoxdur. Bəzi ekspertlərin fikrincə, ölkəmizdə turizmin potensialından lazımınca yararlanmır. Bir sıra başqa amillərin də bu sahənin inkişafına mənfi təsir göstərdiyi deyilir.
Millət vəkili Vahid Əhmədov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə, o cümlədən Gürcüstanda turizm sahəsinə diqqət böyükdür. Deputatın sözlərinə görə, həmin qonşu ölkələrə turist axını çox yüksəkdir: "Gürcüstana turist axını niyə çoxdur? Ona görə ki, xarici turistlərlə bağlı problemlər öz həllini tapıb. Burada problem yaradan bir neçə məsələ var ki, onlar Turizm Agentliyi və turizm şirkətləri tərəfindən dərhal həll olunmalıdır. Birinci məsələ xidmət sahəsidir. Azərbaycanda Turizm İnstitutu var və həmin ali təhsil ocağının məzularının sayı kifayət qədərdir. Amma hələlik xidmət səviyyəsini yuxarı qaldıra bilməmişik. Xüsusilə, yerlərdə, regionlarda xidmət səviyyəsi aşağıdır. Digər məqam isə qiymətlərlə bağlıdır. Turizm xidmətlərində tətbiq olunan qiymətlər qonşu Gürcüstanla müqayisədə çox bahadır. Qiymətlər turistlər üçün sərfəli deyil. Ona görə də turistlərin ölkəmizə axını yoxdur. Xüsusən, pandemiya dövründən sonra turistlərin sayı xeyli azaldı. Azərbaycan Turizm Agentliyi bu sahənin inkişafına diqqət yetirməlidir. Çünki turizm ən az xərc tələb edən, əvəzində ən çox gəlir gətirən sahələrdən biridir".
Parlament üzvü bu istiqamətdə bir sıra addımların atılmasının zəruri olduğunu söyləyib: "Demirəm ki, bütün qiymətləri tənzimləsinlər. Amma harada mümkündürsə, bunu həyata keçirmək olar. Nəzərə alaq ki, turizm insanların istirahəti, maraqlı yerləri gəzərək xoş zaman keçirməsi deməkdir. Azərbaycanda kifayət qədər gəzməli-görməli yerlər, tarixi abidələr, mənzərəli gəzinti yerləri var. Sadəcə, turistləri cəlb etmək lazımdır. Xüsusi proqramlar olmalı, qiymət siyasətinə və xidmət keyfiyyətinə yenidən baxılmalıdır. Turizm gəlirli sahədir. Azərbaycan da diqqətçəkən məkandır. Üstəlik, Qarabağda, işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülür. Turizm sahəsində imkanlar kifayət qədər böyükdür və ciddi irəliləyişə nail olmaq mümkündür".
V.Əhmədov əlavə edib ki, turistlər daha çox təyyarələrlə xarici ölkələrə səfər etsələr də, quru yollarından istifadə edənlər də var: "Quru sərhədlərinin bağlı qalması da turizm sahəsinə, turistlərin ölkəmizə gəlişinə mənfi təsir göstərir. Amma sərhədlərin bağlı saxlanması siyasi məsələdir. Qonşularımızda Azərbaycanı istəməyən, dövlət başçısının apardığı müstəqil siyasəti qəbul etməyən qüvvələr, dairələr var. Yəni sərhədlərin bağlı qalmasında bir sıra məsələlər rol oynayır. Ancaq mən də razıyam ki, quru sərhədlər açılmalıdır. Hətta Milli Məclisdə bir neçə dəfə təklif etdim ki, heç olmasa, strateji müttəfiqimiz olan Gürcüstanla sərhəddə dəhliz təşkil edək və maşınların gediş-gəlişinə imkan yaradaq. Bu, uzun müddət davam edə bilməz. Azərbaycan-Ermənistan münasibətləri normallaşdıqca, sülh müqaviləsi imzalanandan sonra yəqin ki, bu məsələyə baxılacaq və quru sərhədləri açılacaq".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|