"Azərbaycanda da bu məsələ həll olunmalıdır" - ÇAĞIRIŞ
Tarix: 13-01-2024, 09:12 | Çap et
 Ötən ilin sentyabrında Azərbaycan özünün bütün ərazisi üzərində suverenliyini bərpa etməklə yeni, tarixi bir dönəmə girdi. 7 fevral növbədənkənar prezident seçkisi də ən əvvəl bu dönəmin diktə etdiyi ölkə miqyaslı bənzərsiz siyasi tədbirdir. Müstəqillik dövründə ilk dəfə işğaldan azad ərazilərdə də baş tutacaq seçkidə xalq əlbəttə ki, bir daha öz sözünü deyəcək.
Bəzi məlumatlara görə, bu tarixi olaydan sonra dövlət səviyyəsində bəzi əfv və amnistiya qərarları verilə bilər. Bəs onların arasında vətəndaşlara pandemiya dövründə kəsilmiş və hələ də ödənilməyən cərimələr də ola bilərmi?
Xatırladaq ki, qonşu Gürcüstan və Türkiyədə hökumətin təklifi və parlamentin qərarı ilə belə cərimələr silinib. Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin martından koronavirus səbəbilə elan edilən xüsusi karantin rejimi aprel ayının 2-dək uzadılıb. Karantin rejimi tam ləğv edilməsə də, infeksiyanın çox yayıldığı zaman xeyli sayda insanın cərimələnməsinə səbəb olan maska və digər qadağalar götürülüb. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlər zamanı qaydalara uymayan vətəndaşlar cərimələnib. Ümumilikdə cərimələnən insanın sayı, onların ödədiyi cərimənin məbləği, nə qədər insanın cəriməni ödəmədiyi barədə məlumat açıqlanmayıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a deyilən bəzi fikirlərlə razılaşmadığını bildirdi: “Hesab edirəm ki, hər bir vətəndaş məsuliyyətli olmalı idi. Pandemiya bir ağır mərhələ idi və bu cərimələrin tətbiqində əsas məqsəd insanların qaydaya, nizama öyrədilməsi və cəmiyyətin sağlamlığının qorunması idi. Amma biz bu cərimələrdən insanları azad etməklə növbəti dəfə belə pandemiya yarandığı təqdirdə proseslərin qarşısını ala bilməyəcəyik. İnsanlar arxayınlaşacaq ki, o vaxt cərimələr oldu, bu cərimələr silindi. Ona görə biz qaydaları pozsaq da, növbəti dəfə cərimələr tətbiq olunmayacaq. Əgər tətbiq olunacaqsa da, sonradan əfv olunacaq və bağışlanacaq. Ona görə də hesab edirəm ki, bizim əsas hədəfimiz insanların məsuliyyət hissini artırmaq olmalıdır. Biz insanları məsuliyyətə yönəltməliyik. Əksinə olarsa, biz onları sistemsizliyə, qaydalara əməl etməməyə öyrədirik. Uzun perspektivdə bu məsələyə baxanda bizim üçün yarada biləcəyi problemlər daha çoxdur. Hesab edirəm ki, bu məsələdə geri addım atmamalıyıq. Bizim cəmiyyəti digər cəmiyyətlərlə müqayisə etmək yanlışdır. Çünki bizim cəmiyyətin psixologiyası, məsələlərə yanaşması tamamilə fərqlidir. Ona görə tələsməməliyik. Onu da nəzərə almaq lazımdır ki, bəzi insanlar cərimələrini ödəyib, bəziləri isə ödəməyib. Biz bu addımı atmaqla onların da haqqını pozmuş oluruq. Əlbəttə, ola bilər, dövlət nə vaxtsa əfvlə bağlı qərar qəbul etsin, dövlətin qərarları qarşısında bizim boynumuz qıldan incədir. Amma hesab edirəm ki, bu reallıqları nəzərə almalıyıq”. Deputat Razi Nurullayev isə açıqlamasında cərimələrin ləğv edilməsini təklif edib: “Bununla bağlı əvvəlki çıxışlarımda da demişəm, cərimələr ləğv olunmalıdır. Bununla bağlı hökumət, Milli Məclis səviyyəsində qərar verilə bilər. Gürcüstanda bu məsələ qaldırıldı və parlament səviyyəsində həll olundu. Hesab edirəm ki, Azərbaycanda da məsələ həll olunmalıdır. Düzdür, o zaman cərimə olunanlar var idi, amma dövlətin məqsədi insanları cərimələmək deyildi. Məqsəd insanları məsuliyyətli olmağa dəvət etmək idi. Bu baxımdan hesab edirəm ki, bu cərimələr ləğv olunmalıdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01 |
|
|
|
| • Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59 |
|
|
|
| • Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58 |
|
|
|
| • İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54 |
|
|
|
| • "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51 |
|
|
|
| • İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48 |
|
|
|
| • Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46 |
|
|
|
| • Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26 |
|
|
|
| • ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22 |
|
|
|
| • Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18 |
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
|